On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Avropa İttifaqının (Aİ) üzvü olan 12 ölkənin nazirləri Avropa Komissiyasını (AK) seçkiləri xarici müdaxilələrdən, ilk növbədə, Rusiyadan qorumaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıblar.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məktubun Almaniya, Fransa, Belçika, Hollandiya, İspaniya, Xorvatiya, Danimarka, Çexiya, Yunanıstan, Kipr, Rumıniya və Sloveniya nazirləri tərəfindən hazırlandığı bildirilir. Onlar, həmçinin AK-ni “xarici informasiya manipulyasiyasına və müdaxiləsinə qarşı” xüsusi qurum yaratmağa çağırıblar.