"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                     20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib .....                     Bakı, Tiflis və İrəvan arasında nə baş verir? .....                     Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ .....                 

Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır - FAKT BUDUR!
Tarix: Dünən, 12:59 | Çap et
Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır
Avropa İttifaqı səfirləri Brüsseldə dünən Aİ-nin Ermənistandakı Mülki Missiyası (EUMA) ilə bağlı qərarı təsdiqlədilər. Sənədə əsasən, Avropa müşahidəçiləri Ermənistanın sərhəd bölgələrində daha iki il – 19 fevral 2027-ci ilədək qalacaqlar.

Aİ missiyanın iki il əvvəl verilmiş mandatını dəyişmədən saxladı: "Ermənistanın sərhəd və münaqişədən zərər çəkmiş bölgələrində insidentlərin sayının azalmasına kömək etmək, həmin bölgələrdə yaşayan əhali üçün təhlükə səviyyəsini aşağı salmaq və bununla da Azərbaycan-Ermənistan münasibətlərinin yerində normallaşmasına töhfə vermək".

Sənədə görə, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni əməkdaş. Bu qərarın yaxın zamanda Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən də təsdiqlənməsi gözlənilir.

Avropa İttifaqının Ermənistandakı mülki missiyası (EUMA) sadəcə bir müşahidəçi heyəti deyil, əslində Qərbin Cənubi Qafqazda destabilizasiya və geosiyasi manipulyasiya üçün yaratdığı alətdir. Rəsmi bəyanatlarda bu missiyanın məqsədinin "sərhəd insidentlərinin qarşısını almaq" olduğu iddia edilsə də, reallıq tam fərqlidir: missiya Ermənistanın siyasi və hərbi maraqlarını dəstəkləmək, Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq, Rusiya, Türkiyə və İran əleyhinə kəşfiyyat fəaliyyətləri aparmaq üçün istifadə olunur. EUMA öz fəaliyyəti boyunca sərhəd insidentlərinin qarşısını almaq bir yana, əksinə, bölgədəki gərginliyi artıran və sülh prosesini sabotaj edən struktur kimi çıxış edib.

Bu missiya əvvəlcə Ermənistanın şərq və cənub-qərb sərhədlərində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdu, lakin "müşahidəçilər" dəfələrlə Azərbaycanla sərhəddən xeyli uzaqda, hətta Rusiya hərbi bazası yerləşən Gümrüdə və Ermənistan-Türkiyə sərhədi boyunca peyda olublar. Bu, Avropa İttifaqının Ermənistan ərazisində apardığı casusluq fəaliyyətlərinin açıq göstəricisidir.

EUMA sıradan bir müşahidəçi heyəti deyil, geniş miqyaslı kəşfiyyat əməliyyatlarının aparıldığı bir mərkəzə çevrilib.

Azərbaycan əleyhinə fəaliyyətlər missiyanın əsas məqsədlərindən biridir. EUMA əməkdaşlarının Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərini binokl və kameralar vasitəsilə izlədiyi dəfələrlə qeydə alınıb. 2023-cü ilin dekabrında Azərbaycan hərbçiləri Qazax rayonunda EUMA müşahidəçilərinin açıq şəkildə kəşfiyyat apardığını müəyyən etdilər. Belə hallar mütəmadi olaraq baş verir və missiyanın Bakıya qarşı informasiya və hərbi təzyiq vasitəsi kimi istifadə edildiyini göstərir.

Rusiya da bu missiyanın hədəfindədir. Brüsselin Ermənistanı Moskva ilə əlaqələri kəsməyə təhrik etməsi və Qərbin hərbi qüvvələrini bölgəyə cəlb etməyə çalışması bunun açıq sübutudur. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Avropa müşahidəçilərinin xüsusi maraq dairəsinə daxildir və onların bu ərazi ətrafında peyda olması Qərbin Cənubi Qafqazda Moskvanın mövqelərini zəiflətmək planlarını göstərir.

Türkiyə Avropa İttifaqının uzunmüddətli rəqiblərindən biri kimi bu missiyanın fəaliyyətindən birbaşa ziyan çəkən dövlətlərdən biridir. EUMA əməkdaşlarının Türkiyə ilə sərhəddə yerləşdirilməsi və onların Ankara əleyhinə kəşfiyyat fəaliyyətlərində iştirak etməsi Türkiyənin regionda artan nüfuzunu nəzarət altına almaq cəhdidir.

İran da bu missiyanın hədəflərindən biridir. 2023-cü ildə EUMA əməkdaşlarının Ermənistan-İran sərhədində kəşfiyyat məlumatları topladığı və İranın ticarət yollarını izlədiyi barədə xəbərlər yayılmışdı. Qərb kəşfiyyat orqanlarının marionetinə çevrilən bu missiya, Tehran üçün təhlükə yaradan ciddi geosiyasi amilə çevrilib.

Avropa İttifaqı missiyanı təkcə casusluq fəaliyyəti üçün deyil, həm də siyasi təzyiq mexanizmi kimi istifadə edir. 2024-cü ilin yayında ABŞ Konqresi nümayəndə heyətinin EUMA müşahidəçiləri ilə birlikdə Ermənistan-Azərbaycan sərhədinə getməsi və 2024-cü ilin noyabrında Polşa prezidenti Andjey Dudanın EUMA müşahidə məntəqəsini ziyarət edərək binokl ilə Azərbaycan ərazisinə baxması açıq təxribat aktı idi. Qərb rəsmiləri və diplomatları bu missiyanı Azərbaycanın guya təhlükə mənbəyi olduğunu sübut etmək üçün istifadə edirlər. Fransız siyasətçilərin EUMA fonunda verdiyi açıqlamalar və Qərb mediasının bu missiyanı əsas götürərək Bakıya qarşı informasiya müharibəsi aparması, Avropa İttifaqının Cənubi Qafqazda hərbi-siyasi təsirini artırmaq cəhdinin tərkib hissəsidir.

Son zamanlar EUMA-nın hərbi funksiyalar əldə edəcəyi ilə bağlı sızan məlumatlar Qərbin Ermənistan vasitəsilə bölgədə eskalasiyanı yeni mərhələyə keçirmək istədiyini göstərir. Brüsseldə bu missiyanın hərbi təlimatçılarla gücləndirilməsi, Ermənistana hərbi texnika tədarük edilməsi və hətta Ermənistan ordusuna "mürəkkəb bölgələrdə" müşayiətçilik edilməsinə dair müzakirələr aparılır. Bu planların həyata keçməsi Cənubi Qafqazda ciddi eskalasiya yaradacaq və bölgənin geosiyasi xəritəsini kökündən dəyişə bilər.

Avropa missiyası nə sülhə, nə də təhlükəsizliyə xidmət etmir. Bilaəks, EUMA Qərbin Cənubi Qafqazı idarə etmək və öz maraqlarını təmin etmək üçün tətbiq etdiyi bir strategiyanın tərkib hissəsidir. Missiyanın məqsədi nə Ermənistanın təhlükəsizliyini təmin etmək, nə də regionda sabitlik yaratmaqdır. Əksinə, bu missiya süni şəkildə gərginlik yaradaraq, Qərbin bölgəyə daha dərindən müdaxilə etməsi üçün zəmin hazırlayır. Nəticədə, EUMA sülhməramlı və ya müşahidəçi qurum deyil, Qərbin Cənubi Qafqazda həyata keçirdiyi geosiyasi təxribatların bir parçasıdır.

Qərb Cənubi Qafqazda eskalasiyanı artırmağa yönəlmiş açıq bir siyasət yürüdür və EUMA bu strategiyanın əsas alətlərindən biridir. Missiyanın mandatının uzadılması Ermənistanın təhlükəsizliyini təmin etməyə yox, bölgədə münaqişəni dərinləşdirməyə xidmət edir. İrəvan anlamalıdır ki, Qərbin bu casus şəbəkəsinin fəaliyyəti Ermənistan üçün də təhlükəlidir, çünki bu, ölkəni xarici qüvvələrin geosiyasi poliqonuna çevirir və onun suverenliyini daha da zəiflədir.

Azərbaycan dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülh Qərbin manipulyativ oyunlarına yox, yalnız yerli dövlətlərin suveren maraqlarına əsaslanmalıdır. Bakının mövqeyi birmənalıdır: bölgədəki proseslər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir. Fəqət Avropa İttifaqı və onun müttəfiqləri EUMA-nı davam etdirərək, regionda sabitliyi pozmaq və yeni ziddiyyətlər yaratmaq yolunu seçiblər. Brüssel bilməlidir ki, bu missiyanın mandatının uzadılması sabitliyə yox, əksinə, qarşıdurmaların daha da kəskinləşməsinə və yeni toqquşmaların yaranmasına gətirib çıxaracaq.

Bu, sadəcə texniki bir qərar deyil, əksinə, Cənubi Qafqazın geosiyasi düzənini dəyişmək məqsədi daşıyan strateji bir planın tərkib hissəsidir. Məzkurplan sülhə yox, eskalasiyaya, təhlükəsizliyə yox, təxribatlara xidmət edir. Ermənistan bu prosesin sadəcə bir piyada fiquru olduğunu anlamalıdır. Qərbin təsiri altına düşən İrəvan, öz ölkəsini yad geosiyasi oyunların poliqonuna çevirərək, onun müstəqil qərar qəbul etmək imkanlarını tamamilə məhdudlaşdırır. Nəticədə Ermənistan Qərbin regiondakı maraqlarının icraçısı rolunda çıxış edir və bu, onun dövlətçilik perspektivlərinə ciddi təhlükə yaradır.

Azərbaycan regionun Avropa İttifaqının marionet teatrına çevrilməsinə imkan verməyəcək. Bakı artıq öz suverenliyini və müstəqil siyasət yürütmək iradəsini nümayiş etdirib və Qərbin növbəti təxribatlarına cavab sərt olacaq. Azərbaycan üçün EUMA sadəcə bir müşahidə missiyası deyil, bu, Qərbin Cənubi Qafqazı yenidən formalaşdırmaq üçün istifadə etdiyi geosiyasi silahdır. Brüsselin qərarı təkcə EUMA-nın fəaliyyətinin uzadılması deyil, bütövlükdə regionun geosiyasi düzənini dəyişdirmək üçün hesablanmış hədəfli bir planın tərkib hissəsidir. Avropa İttifaqı özünü "sülhməramlı" kimi təqdim etməyə çalışır, lakin əslində bu missiya bölgədə vəziyyəti daha da mürəkkəbləşdirən provokasiya alətidir.

Missiyanın əsas məqsədlərindən biri Ermənistana diplomatik və siyasi dəstək verərək, onu Azərbaycanın legitim maraqlarına qarşı yönəltməkdir. Qərb bütün mümkün vasitələrlə Ermənistanı saxta “təhlükəsizlik təminatları” ilə manipulyasiya edərək, İrəvanın Bakı ilə konstruktiv dialoqdan tamamilə imtina etməsinə səbəb olub. Bu isə yalnız gərginliyi artırır və sülh prosesinə zərbə vurur. Azərbaycan açıq şəkildə xəbərdarlıq etmişdi: EUMA-nın mandatının uzadılması sülh prosesini məhv edəcək və regionda yeni eskalasiyaya gətirib çıxaracaq. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan üçüncü ölkələrin regional işlərə müdaxiləsini qəti şəkildə qəbul etmir. Lakin gözlənildiyi kimi, Brüssel Azərbaycanın mövqeyini açıq şəkildə rədd etdi və missiyanı uzatmaqla regiondakı qarşıdurmanı dərinləşdirməyə qərar verdi.

Məsələ yalnız Azərbaycanla məhdudlaşmır. Qərb Cənubi Qafqazı dörd gücə – Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə bir mübarizə meydanına çevirməkdədir. EUMA-nın əsas hədəflərindən biri Rusiyanın Ermənistandakı mövqelərini sarsıtmaqdır. Brüssel artıq açıq şəkildə Ermənistanı Moskva ilə əlaqələri qoparmağa sövq edir. 2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə açıq şəkildə bəyan etdi ki, Rusiya artıq Ermənistanın təhlükəsizliyinin əsas qarantı deyil. Bu, Qərbin təzyiqləri və EUMA-nın fəaliyyəti nəticəsində mümkün olub. Missiyanın Gümrüdəki Rusiya hərbi bazasının yaxınlığında peyda olması və bu ərazidə kəşfiyyat məlumatları toplaması, Brüsselin Rusiya əleyhinə hibrid müharibə apardığını göstərir. Ermənistanın NATO-ya doğru sürüklənməsi və ABŞ ilə hərbi təlimlərin keçirilməsi də bu strategiyanın bir hissəsidir.

Türkiyə də Qərbin regiondakı geosiyasi oyunlarının hədəfindədir. Ankara Cənubi Qafqazda aparıcı gücə çevrilib və Azərbaycanın yanında yer alaraq Ermənistanı Ankara ilə sülh sazişi imzalamağa məcbur edib. Lakin Avropa İttifaqı bu balansı pozmaq üçün fəal şəkildə çalışır. Türkiyə ordusunun və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının izlənməsi, Zəngəzur dəhlizi layihəsinə mane olunması və Qərb mediasında Türkiyəni “təhlükə” kimi təqdim edən narrativlərin gücləndirilməsi bunun açıq sübutudur. Brüssel Bakı və Ankaranın geosiyasi inteqrasiyasını zəiflətmək üçün EUMA-dan bir vasitə kimi istifadə edir.

Nəticə etibarilə, EUMA regionda təhlükəsizlik yaratmaq üçün deyil, Qərbin geosiyasi təsirini artırmaq üçün formalaşdırılmış bir struktur kimi fəaliyyət göstərir. Missiyanın mandatının uzadılması Cənubi Qafqazın gələcəyi üçün ciddi təhlükədir və bölgədə yeni eskalasiyalara gətirib çıxara bilər. Azərbaycan və digər regional güclər bu hibrid müharibə alətinin real məqsədlərini görür və adekvat tədbirlər görməyə hazırdır. Brüssel bilməlidir ki, EUMA-nın regiondakı təxribatları nəticəsiz qalmayacaq. Azərbaycan və onun tərəfdaşları öz suverenliyini və milli maraqlarını qorumaq üçün Qərbin bu planlarına qarşı adekvat cavab verəcək.

EUMA faktiki olaraq Qərbin Cənubi Qafqazda apardığı hibrid müharibənin bir alətidir. Bu missiyanın əsas məqsədləri Azərbaycan əleyhinə casusluq fəaliyyəti aparmaq və sülh danışıqlarına təzyiq göstərmək, Rusiyanın regional mövqelərini zəiflətmək və Moskvanın təsirini azaltmaq, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığı pozmaq və Zəngəzur dəhlizini bloklamaq, eyni zamanda İranın regional təsirini azaltmaq və Tehranı Qafqaz üzərindən nəzarət altına almaqdır. Avropa İttifaqı Ermənistanı geosiyasi manipulyasiyalarında bir alətə çevirib, lakin bu planın uğursuzluğa düçar olması qaçılmazdır. Bakı, Ankara, Moskva və Tehran Qərbin bu oyunlarına sərt və qətiyyətli cavab verəcək.

EUMA-nın mandatının uzadılması sülhə xidmət etmir, əksinə, Qərbin bölgədə yeni münaqişə alovlandırmaq üçün atdığı növbəti addımdır. İrəvan anlamalıdır ki, bu missiya Ermənistana təhlükəsizlik gətirmir, əksinə, ölkəni Qərbin geosiyasi oyunlarının alətinə çevirir. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh yalnız region dövlətlərinin suveren maraqlarına hörmət əsasında mümkündür və Qərbin manipulyasiyalarına yol verilməməlidir. Avropa İttifaqı isə anlamalıdır ki, EUMA-nın davam etdirilməsi bölgədə sabitliyi yox, əksinə, qarşıdurmanı daha da dərinləşdirir və yeni münaqişələrə yol açır.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49
Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Dünən, 14:48
Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Dünən, 14:02
Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Dünən, 14:00
On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Dünən, 13:58
Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Dünən, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru