Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub. Bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib. İdman ustası, “Azəryol” və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib. Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək. O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.