İlqar Qasımov vaxtilə ADP-də Ali Məclis sədri postuna necə gəlibmiş - sərt ittihamlar
Tarix: 4-08-2015, 09:53 | Çap et
Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiyanın sabiq ədliyyə işçisi İlqar Qasımovun “Avrasiya Hərəkatı” yaratması ölkəmiz əleyhinə daha bir təhlükənin anonsu kimi qiymətləndirilir. Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası, Putinin yaratdığı Avrasiya İttifaqının Azərbaycan cəmiyyəti arasında təbliğatı üçün ortaya çıxdığı qurum olaraq təqdim edir.
Parlament seçkiləri ərəfəsində, eyni zamanda Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya kəşfiyyatına, hərbi dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi deyil. “General” ayamalı İlqar Qasımov Azərbaycanı yenidən Kremlin təsir dairəsinə qaytarmağa çalışan siyasətçilərdən biri kimi tanınır. Onun yeni ideyadaşı, sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov haqda isə bunu demək olmaz.
Ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirən çekist N.İmranov 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına 6 ay qalmış doğma DTK divarları onu sıxmağa başlayıb. 24 il 6 aylıq xidmətdən sonra N.İmranov istefa verib və Azərbaycana gəlib. N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər.
Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti, AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb.
Milli hakimiyyət devrildikdən sonra məlum olur ki, N.İmranov qiyamçı polkovnik Surət Hüseynovun əsas məsləhətçilərindən olub.
1993-cü ilin yayında AXC hakimiyyətinin süqutundan sonra, iyulun 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.
1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə prezident Heydər Əliyev N.İmranovu əfv edib və o, azad olunandan sonra Rusiyaya yollanıb. Bu illər ərzində N.İmranovun adı gündəmə 4 iyun qiyamı ilə bağlı xatirələrdə gətirilirdi. N.İmranov isə Rusiyada oturub susmağa üstünlük verirdi.
Onun yenidən siyasi səhnəyə qayıtmasını öz saatını, vaxtını gözləməsi kimi də dəyərləndirmək olar.
Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Komandanın başçıları ortadadır, onların ətrafına toplaşacaq üzvlərinin meydana çıxmasına da elə də çox vaxt qalmayıb.
Azərbaycanın demokratik müxalifət qüvvələrinin "Avrasiya Hərəkatı"na münasibəti isə sərtdir.
Bu barədə danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, "Avrasiya Hərəkatı" Azərbaycanı Rusiyanın köləliyinə salmaq üçün təbliğat aparmağa xidmət eləyən qurum kimi yaradılıb: “1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra İlqar Qasımov təxminən iki il bizim partiyanın Ali Məclisinin sədri olub. O, Ədalət Partiyasının üzvü kimi gəlmişdi. Sonra İlyas İsmayılova da xəyanət etdi. Onu partiyadan uzaqlaşdırdıqdan sonra Azərbaycanı tərk edib Rusiyaya getdi. Moskvada fırıldaq yolu ilə ədliyyə sisteminə daxil oldu və özünün dediyinə görə ədliyyə generalı rütbəsi alıb. Həmin status altında da çox maxinasiyalar həyata keçirib. Rusiya kəşfiyyatı da ardıcıl olaraq ondan istifadə edib. Mən onu çox yaxşı tanıyıram, yalançının, fırıldaqçının biridir. Onun ADP-dən çıxarıldıqdan sonrakı dövrlərdəki fəaliyyətini də izləyirəm. O, Rusiya kəşfiyyat orqanları tərəfindən ”verbovka" olunmuş bir adamdır. İlqar Qasımov yalnız Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edir. Azərbaycandakı demokratik güclərin zəiflədilməsinə xidmət eləyən proseslərin içindədir. Təsadüfi deyil ki, KQB-nin Rusiyaya bağlı olan keçmiş rəhbəri ilə təşkilat yaradır. Hər ikisi təbii ki, Rusiya ilə bağlıdır. Moskva burada ən müxtəlif qurumlar yaradır, hakimiyyətin özünün içində Rusiyaya xidmət eləyən insanlar var. Hətta demokratik ad ilə Rusiyanın maraqları ilə uzlaşan qüvvələr var, belə qüvvələri tapıb təşkilatlandırırlar, məsələn, Milli Şura kimi. Eyni zamanda Avrasiya Hərəkatı kimi aç-aydın şəkildə Rusiyanı müdafiə eləyən qüvvələr də yaradılır. Azərbaycanda kifayət qədər keçmiş rus imperiyasının köləliyi xiffəti ilə yaşayan insanlar var. Psixologiya sübut edib ki, köləlikdən azad olan insanların sırasında dərin köləliyə məruz qalmış insanlar köləlik xiffəti ilə yaşayırlar. Rusiya da həmin insanları öz ətrafına çəkib özünün buradakı maraqlarının müdafiəçisinə çevirə bilir. İndiki halda İlqar Qasımov da birmənalı şəkildə Rusiyanın maraqlarını müdafiə məqsədi güdən birisidir".
AMİP sədri Yusif Bağırzadə də "Avrasiya Hərəkatı"nı yaradan adamların Rusiya tərəfindən təlimatlandırıldığını və onlara cəmiyyətin birmənalı olaraq yox deyəcəyini bildirdi: “İlqar Qasımov həmişə Azərbaycanda seçkilər öncəsi hansısa təşkilatlar yaratmaq, nələrsə etmək cəhdində bulunur. Ancaq Nəriman İmranovun 15 il sonra qəfil peyda olması artıq başqa şeylərdən xəbər verir. Onların yaratdığı quruma cəmiyyətdə, müxalifətdə inam yoxdur və ola bilməz. Azərbaycan dövləti Avropaya inteqrasiya etməlidir. Azərbaycanı Rusiyanın əsarəti altına sürükləmək istəyən qurumlara və şəxslərə dəstək ola bilməz. Biz AMİP olaraq belə təşəbbüsləri pisləyirik. Aidiyyəti dövlət orqanları Avrasiya Hərəkatı kimi qurumların fəaliyyətini, onu yaradanların addımlarını ciddi nəzarətdə saxlamalıdır, gərəkəndə ciddi tədbirlərə əl atmalıdır”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, təmsil olunduğu partiya heç bir halda, heç bir şərtlə "Avrasiya Hərəkatı" adlanan bir quruma qoşulmaq, ona müsbət münasibət bəsləmək niyyətində deyil: "Çünki həmin qurumun dəstək verdiyi Avrasiya İttifaqı ideyası Azərbaycana uğur gətirən məsələ deyil. Müsavat Partiyasının həmin adla olan hər hansı bir təşkilatda olması, ona müsbət yanaşması mümkün deyil. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın yolu avrointeqrasiya olmalıdır. Azərbaycanın çıxış yolunu, gələcəyini Avropaya ineqrasiyada görürük. Avrasiya məsələsi isə heç vaxt Müsavat tərəfindən dəyərləndirilməyib. Əgər kimlərsə, Avrasiya adı altında təşkilat yaradırsa, biz hesab edirik ki, həmin təşkilat Azərbaycan dövlətinə zərərli işlərlə məşğul olan qurum olacaq. Onun adından da bu qənaətə gəlmək mümkündür. Müsavat Partiyası bu məsələni yəqin ki, Divanda da müzakirə edib mövqeyini ortaya qoyacaq. Mən hesab edirəm ki, Avrasiya adı altında yaradılmış təşkilat Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, demokratiyanın qurulması istiqamətində hər hansı müsbət addım atmayacaq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
|