Azərbaycanda hansı müxalifət liderinin silahlı cangüdəni var? - “Bəzi məmurların xoşuna gəlmirəm”
Tarix: 26-03-2015, 10:34 | Çap et
Əksər ölkələrdə fəlaiyyət göstərən siyasi partiyaların çoxunda mühafizə xidməti təşkil olunur. Bu, həm partiya, həm də onun liderinin təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.
Bəs Azərbaycanda fəaliyyət göstərən partiya və onların liderləri necə mühafizə olunur?! Hər hansı təhlükəyə qarşı tədbirləri görülürmü?!
Modern.az saytı Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının necə mühafizə olunduğunu araşdırıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mühafizə sisteminin təşkil olunması ilə bağlı müraciət etməyin əhəmiyyətsiz olduğunu düşünür.
“Demək olar ki, nə mənim, nə də partiyanın mühafizəsi var. Deyə bilmərəm ki, indiyədək buna ehtiyac duymamışam. Təbii ki, ehtiyac duymuşam. Sadəcə olaraq, mühafizə məsələlərinin təşkili imkanla bağlıdır. O cümlədən, silahla təminat və başqa məsələlər var ki, müraciət olunsa belə, icazə verməyəcəklər. Ona görə də müraciət etməyin faydası qalmır. Allah ümidinə özümün və partiyamızın fəaliyyətini davam etdiririk”.
Müsavat Partiyası başqan müavini Gülağa Aslanlı mühafizənin təşkil olunmasına ehtiyac duymadıqlarını deyir.
“Hazırda Müsavat başqanının mühafizəçisi yoxdur və bu, heç bir formada da təşkil olunmayıb. O cümlədən partiyanın da xüsusi mühafizəçisi yoxdur. Sadəcə olaraq, partiyanın gözətçisi var. Onun da işi səhər qərargahın qapılarını açmaq, axşam isə bağlamaqdır. Gözətçinin üzərinə götürdüyü öhdəlik budur. Vəssalam. Eyni zamanda, bu günə qədər mühafizənin təşkil olunması ilə bağlı ehtiyac hiss etməmişik və elə bir təşəbbüsdə də olmamışıq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin mühafizə olunduğunu deyir.
“Əvvəla, partiyamızın qərargahı olmadığı üçün daimi fəaliyyət göstərən mühafizə xidməti də yoxdur. Sadəcə olaraq, cəbhəçilər könüllülük əsasında partiya sədrini mühafizə edirlər. Yəni Əli Kərimlinin mühafizə olunmasında cəbhəçilər müxtəlif vaxtlarda könüllü olaraq iştirak edirlər. Azərbaycanda vətəndaşlara silah gəzdirmək hüququ verilmədiyi üçün AXCP- də də kimsə icazə əsasında silah daşımır. Əli bəyi də mühafizə edənlər silahsız AXCP-çilərdir”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev silahlı mühafizəçisinin olub-olmadığı haqqında danışmaq istəmir.
“Bizim mühafizəmiz ən yüksək səviyyədə təmin olunur. Amma mühafizəmizin silahlı olması barədə heç nə deməyəcəyəm. Qoyun bu sirr olaraq qalsın. Açığı deyim ki, partiya üzvləri tərəfindən mühafizə olunuruq. Biz xalqın içində olduğumuza görə xalqdan təhlükə gözləmirik. Gözlədiyimiz təhlükə tamam başqa cinahlardandır. Əgər sabah hər hansı təxribat törədilərsə, mühafizənin onun qarşısını alması mümkün deyil. Eyni zamanda, həm partiyamızın qərargahı, həm də şəxsi mühafizəm tam nəzarət altındadır. Bizi narahat edən daxili qüvvələr yox, xarici qüvvələrdir. Azərbaycanda qarışıqlıq salmaq və hakimiyyəti devirmək istəyən xarici qüvvələr var. Həmin qüvvələrə qarşı çıxan da Hafiz Hacıyevdir. O cümlədən, hakimiyyət daxilində olan, bir-birinə silah çəkən məmurlara qarşı çıxan da Hafiz Hacıyevdir. Özümü xarici qüvvələrdən qoruyuram, amma daxili qüvvələr haqqında bunu deyə bilmərəm. Çünki Azərbaycan hakimiyyətində bəzi məmurlar var ki, onların xoşuna gəlmirəm. Qorxduğum da budur. Ona görə də mühafizə mütləq lazımdır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də mühafizənin təşkil olunmasına ehtiyac duymayan siyasətçilər arasındadır.
“Bu vaxta kimi nə partiyamızın, nə də mənim şəxsi mühafizəm olub. Çünki özümü bu milləti mühafizə edən adamlar kimi, əsgər kimi hiss edirəm. Heç kimdən, heç nədən qorxum yoxdur. Xalqımın içində oluram və xalqımdan da ehtiyatlanmıram. Mühafizə saxlamağa heç bir ehtiyac görmürəm. Ehtiyacım olmadığına görə mühafizəmin təşkili ilə bağlı heç yerə müraciət etməmişəm və düşünmürəm də”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan silahlı mühafizə saxlamağı müxalifət düşərgəsi üçün məqbul saymır.
“Bizim partiyada silahlı mühafizəçi yoxdur. Müxalifət partiyası silahlı mühafizəçi saxlayarsa, dərhal Azərbaycan şəraitində həbs oluna bilər. Təbii ki, kənara çıxanda həm partiya, həm də partiyanın liderinin təhlükəsizliyi təmin edilir. Amma bu, partiyamızın və liderimizin mühafizəsinin olması anlamına gəlməməlidir. Sadəcə olaraq, partiya üzvlərinin köməkliyi ilə mühafizə olunuruq. O da silahsız”.
KXCP-nin sədri Mirmahmud Mirəlioğlu özünü və partiyasını Allahın ümidinə buraxdığını deyir.
“Bizi Allah qoruyur. Ümumi şərtlərlə partiyamız və özümüz qorunuruq. Partiyamızın yerləşdiyi ərazi elədir ki, 24 saat kamera ilə təchiz olunub. Belə deyək də, hamımız bir-birimizi, hamımızı da Allah qoruyur. Bu vaxta qədər mühafizə məsələsi ilə bağlı heç yerə müraciət etməmişik”.
Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər mühafizə məsələsinin təşkil olunmasından əvvəl müxalifət haqqında qanunun zəruriliyini önə çəkir.
“Nə özümün nə də partiyamın mühafizə xidməti təşkil olunub. Buna ehtiyac görmürəm. Düzdür, yaxın qonşu ölkələrdə bu olsa da, Azərbaycanda yoxdur. Ona görə ki, Azərbaycanda çox şey yoxdur. Azərbaycanda birinci müxalifət haqqında qanun olmalıdır. Həmin qanunda siyasi liderlərin, müxalif partiyalarının statusu müəyyən olunmalıdır və bu çərçivədə partiyaların mühafizəsi məsələsinə də baxıla bilər. Eyni zamanda, bu, ikitərəfli ola bilər. Ya dövlət özü ümumi qaydada mühafizə ayıra bilər, ya da partiya lideri müraciət etdikdə onun xahişi əsasında dövlət mühafizə tədbirləri görə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Bu gün, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Bu gün, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Bu gün, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Bu gün, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
|