"Biz hesab edirik ki, əgər iqtidar-müxalifət görüşündən söhbət gedirsə"...
Tarix: 18-02-2015, 10:00 | Çap et
Müsavat Partiyasının Divanı hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirib. Eyni zamanda müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırıldığı halda partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib.
Qeyd edək ki, bir neçə gün öncə Müsavat başqanı Arif Hacılı “Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, partiyanın görüşlə bağlı irəli sürdüyü iki təklifdən biri qəbul olunub. Qalır ikinci təklif, bu təklif görüşün formatı ilə bağlıdır. Partiyanın Divanının son iclası haqqında açıqlamada da bu məsələ vurğulanır.
Növbəti görüşün aprel ayının birinci yarısı keçiriləcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, budəfəki görüşdə mövzu parlament seçkiləri ilə bağlı ictimai-siyasi vəziyyət ola bilər. Müsavat Partiyası isə parlament seçkilərinə hazırlaşan təşkilatdır. Bu baxımdan Müsavatın növbəti görüşdə iştirakı ehtimalı artırmı, gözlənilirmi?
diaaz.space xəbər verir ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a bildirdi ki, Müsavat görüşün formatı məsələsini təklif edəndə onu nəzərdə tutur ki, proqram və nizamnamələri, tələbləri, istəkləri üst-üstə düşən partiyalarla-real müxalifət təşkilatları ilə görüş tamam başqadır, siyasi partiyalarla görüş tamamilə başqadır: “İndiyə qədər keçirilən iki görüş siyasi partiyalarla hakimiyyət təmsilçisinin görüşü idi. O görüşlərdə müxalif mövqedə olmayan, hakimiyyətyönlü olduğunu açıq şəkildə bəyan edən partiyalar da iştirak edirdilər. Ona görə də bu formatda görüşləri iqtidar-müxalifət görüşü adlandırmaq düzgün deyil. Biz hesab edirik ki, əgər iqtidar-müxalifət görüşündən söhbət gedirsə, format buna uyğun olmalıdır. Məsələn, format belə qoyula bilər ki, Seçki Məcəlləsində dəyişiklik istəyən, seçki komissiyalarının paritet əsasda formalaşmasını istəyən siyasi partiyalarla görüş olsun. Belə olarsa, biz bu məsələni müzakirə edib müvafiq qərar verə bilərik. İndiyə qədər keçirilən görüşlərdəki partiyaların ən azı 10-u seçki məsələsi ilə bağlı hakimiyyətin mövqeyini dəstəkləyən partiyalardır. Həmin partiyalarla görüşüb müzakirə aparılmasının əhəmiyyəti yoxdur. Bu, şəxsi fikrimdir. Bütün hallarda Müsavat Partiyasının strukturları müzakirə edib qərar verəcəklər”.
Əli Həsənovla görüşdə iştirak edən ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, əslində ikinci görüşdə müzakirələrdə format məsələsi də müəyyənləşib: “Optimal bir formatda bu görüşlərin davam elətdirilməsi qərarına gəldik. Müsavatın görüşə qatılmaması da formatla bağlı idi. Artıq format müəyyəndir. Görək necə olur, format Müsavat Partiyasını qane edəcəksə, hər halda, iştirak edəcək. Müsavat formatla bağlı öz təkliflərini də qoya bilər. Mən bu prosesə çox ümidlə baxıram. İqtidar geriyə addım atmasa, bu proses çox əhəmiyyətli siyasi dialoq prosesinə çevrilə bilər. Siyasi dialoq Azərbaycanda ümumi dəyişilmələr üçün zəmin hazırlayacaq əvəzsiz demokratik prosedurdur”.
YAP icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə bildirib ki, keçirilən görüşlər ilk növbədə müxalifət və fərqli düşünən insanlarda öz fikrini bildirmək, həmçinin polemikada olmaq imkanı ilə ölçülür. Azərbaycanda siyasi qüvvələr arasında belə polemika mühitinin olması müsbətdir: “Vaxtaşırı iqtidarın təşəbbüsü ilə dəyirmi masa formasında görüşlər də keçirilir. Yəni bu öz səmərəliliyini göstərib. Sonuncu müxalifət-iqtidar arasında olan dialoq isə əvvəlkilərdən keyfiyyətinə görə xeyli fərqlənir. Artıq dialoqun müntəzəm olaraq iki aydan bir keçirilməsi və əvvəldən razılaşdırılmış məsələlərin müzakirə edilməsi qərara alınıb. Hesab edirəm ki, bu razılaşma bundan sonra da davam edəcək. İqtidar müxalifləri dinləməyə, onlarla fikir mübadiləsi etməyə həmişə hazır olub. Sonuncu görüş də bunu bir daha göstərdi. Dialoqun keçirilməsi bir siyasi mədəniyyətdir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
|