Partiyalar Seçki Məcəlləsinə hansı dəyişiklikləri təklif edirlər? - SORĞU
Tarix: 17-01-2015, 10:47 | Çap et
2015-ci ilin noyabr ayında Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək.
Siyasi partiyalar Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri barədə Modern.az saytına danışıblar. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu seçki qanunvericiliyində çox ciddi qüsurların olduğunu düşünür. O, partiyanın bu istiqamətdə görəcəyi tədbirlərindən və təkliflərindən danışıb:
“Hazırda təşkil olunan seçkilərin təbliğat müddətinin məhdudlaşdırılmasında, depozitlə qeydiyyata alınma məsələsində ciddi problemlər var. Ötən dəfə prezident seçkilərində bir dəqiqə 3 min manat idi. Bu da o deməkdir ki, 15-20 dəqiqə üçün 30-40 min manat pul ödəməlisən.
Bu, qeyri-real qiymətdir. Belə məsələlərin düzgün tənzimlənməsi , əslində, demokratiyanın genişlənməsinə xidmət edir. Həmçinin parlamentdə deputatların sayının artırılması, o cümlədən, təbliğat müddətinin uzadılması, təbliğata sərf olunan xərclərin azaldılması, bunlar hamısı seçkilərin obyektivliyinə və demokratikliyinə bilavasitə təsir edən faktorlardır. Digər bir məsələ isə seçkinin nəticələri ilə bağlı şikayətlərə baxılmasıdır, bu sahədə də çox böyük qüsurlar var”.
Sərdar Cəlaloğlunun sözlərinə görə, partiya olaraq onlar proporsional seçki sisteminin bərpa olunmasını istəyirlər: “Bizim siyasi ünsiyyətdə olduğumuz tərəflərin hamısında proporsional seçki sistemi var. Bu baxımdan Azərbaycanda Konstitusiyaya dəyişiklik etmək, proporsional seçki sistemini mütləq bərpa etmək lazımdır. Bu, əvvəla, sinxron siyasi həyat yaşamaq üçün, sonra isə Azərbaycanın özündə çoxpartiyalı siyasi sistemin inkişaf etdirilməsi üçün vacibdir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, onlar seçkilərin həm proporsional, həm də majoritar sistem üzrə keçirilməsinin tərəfdarıdırlar. O, seçki qanunvericiliyi ilə bağlı edəcəkləri təklifləri də sadalayıb: “Əsas məqsədlərimizdən biri də müşavirəçi və məşvərətçilərin seçki komissiyalarında iştirak imkanlarının genişləndirilməsidir. AXCP-də bununla bağlı müzakirələr olacaq və parlament seçkilərinə qədər seçki koapaniyasında bu təkliflər irəli sürüləcək”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, Seçki Məcəlləsinə dəyişiklərlə bağlı partiyanın ciddi təklifləri olmayacaq: “Hazırda kifayət qədər təkmilləşdirilmiş Seçki Məcəlləsi var. Bu məcəllə ilə Azərbaycanda demokratik, şəffaf, ədalətli seçki keçirmək mümkündür. Əgər Konstitusiyada parlament seçkilərinin proporsional və majoritar sistem üzrə keçirilməsi ilə bağlı hansısa dəyişikliklər nəzərdə tutularsa, ona uyğun olaraq hərəkət edəcəyik. Lakin bu məsələ hazırda mətbuatda gündəmə gətirilir. Bundan kənara çıxılmır. Ümumiyyətlə, seçki qanunvericiliyinə hər hansı əlavə təklifimiz gözlənilmir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ciddi təklifləri olmayacağını bildirib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə qeyd edir ki, partiyanın başlıca məqsədi və təklifi seçki sisteminin dəyişdirilməsidir: “2002-ci il referendumundan bəri majoritar seçki sistemi fəaliyyət göstərir. Biz proporsional, yaxud qarışıq sistemlə seçkilərin keçirilməsi təklifi ilə çıxış edəcəyik”.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyasının 2015-ci il fəaliyyət proqramında əsas məqsədlərdən birinin Seçki Məcəlləsinə edəcəkləri təkliflər olduğunu deyib: “Məclisin son iclasında parlament seçkilərində partiyanın hansı məsələlərlə çıxışı ilə bağlı qərar qəbul etdik. Qərara görə, fevral ayına qədər Müsavat Partiyası Seçki Məcəlləsindəki bəzi neqativ müddəaların dəyişdirilməsi və seçkilərin şəffaflığına əsas verən müddəaların qəbul edilməsi ilə bağlı təkliflər paketini hazırlayacaq. Bu planın fevralın sonuna qədər hazır olacağı gözlənilir”.
Onun sözlərinə görə, əsasən seçki komissiyalarının praktik əsaslarla formalaşdırılması, həmçinin təbliğat və təşviqat dövrünün azaldılması ilə bağlı neqativ düzəlişlərin geri qaytarılmasını tələb edəcəklər: “Ən azından çalışacağıq ki, seçkilər 2003-cü il formatına qaytarılsın. Seçki kampaniyasının 4 ay, təbliğat kampaniyası dövrünün 2 aya qədər uzadılmasını tələb edəcəyik”. Elman Fəttah partiyanın prioritet istiqamətinin proporsional seçki sisteminin yaradılması yönündə atılacaq addımlaa olduğunu qeyd edib:
“Bununla bağlı da təkliflər planı hazırlanıb, ictimaiyyətə açıqlanacaq. Biz partiya olaraq əminik ki, Müsavat Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Azərbaycan Cümhuriyyəti də parlamentli respublikadır. İndi də parlamentli respublikaya qayıtmaq lazımdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
|