“Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                 

"İqtidarla dialoqa görə bizi xəyanətdə suçlayanlar arada özlərinə də baxsınlar" - Mirmahmud Mirəlioğlu
Tarix: 14-01-2015, 12:33 | Çap et
"İqtidarla dialoqa görə bizi xəyanətdə suçlayanlar arada özlərinə də baxsınlar"
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya müsahibəsi

- Artıq parlament seçkilərinin keçiriləcəyi ilə qədəm qoyulub, lakin hələ də KXCP-nin, KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun Milli Şurada fəaliyyətini davam etdirib-etdirmədiyi, KXCP-nin Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində fəaliyyətinin nə anlam daşıdığı məlum deyil. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

- Milli Şurada fərdi üzvlükdür. Milli Şura təsis ediləndə başlanğıcdan da partiya məsələsi bir az mübahisəli idi. Bizim Milli Şurada fərdi üzvlüyümüz davam edir. Partiyamızın üzvlərindən Milli Şuradan istefa verənlər, çıxanlar, o cümlədən qalanlar da var. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi də sırf funksional əməkdaşlıq mərkəzidir və bu mərkəzdə də iştirak edirik.

- Ancaq Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən qurumun fəxri sədri Rüstəm İbrahimbəyovun açıqlamalarına baxsaq, Milli Şuranı hakimiyyətə yeganə alternativ mərkəz kimi təqdim edirlər və parlamentə də qəti olaraq Milli Şura formatında qatılacağını bəyan edirlər. KXCP parlament seçkilərinə hansı formatda qatılmağı planlaşdırır?

- Biz artıq bu istiqamətdə fəaliyyətə başlamışıq. Ötən həftə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 8 partiya bir təşəbbüslə çıxış etdik və ayrı-ayrı siyasi qurumlara müraciət etdik. Həmin müraciətdə yer alan bəyannamədə 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərin ölkə və siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, vətəndaşlar üçün mühüm əhəmiyyətini nəzərə alaraq, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi prosesində əməkdaşlıq etmək niyyətimizi ifadə etmişik. Əməkdaşlığın dərəcəsi, sahə və istiqamətlərinin dəqiqləşdirilməsi sonrakı məsləhətləşmələrdə müəyyən ediləcək. Bu zaman ölkədə demokratik siyasi islahatların aparılması, o cümlədən demokratik seçki islahatının aparılması, seçkiqabağı şəraitin demokratikləşdirilməsi, parlament seçkiləri ilə bağlı fəaliyyətin koordinasiyası, demokratik qüvvələrin 2015-ci il parlament seçkilərində vahid koalisiya şəklində iştirakına nail olmaq məsələlərinin prioritetliyi nəzərdə tutulur. Yanvarın 12-də də Demokratik Qüvvələr Birliyində təmsil olunan partiyalarla görüşdük. Bu həftə ərzində bütün bu istiqamətdə görüşləri keçirməyi nəzərdə tuturuq

- Milli Şura ilə də belə bir görüşünüz olacaqmı, sadaladığınız təklifləri onlara da təqdim edəcəksinizmi?

- Bəli, olacaq.

- Milli Şurada fəaliyyətinizi davam etdirdiyinizi dediniz, ancaq Milli Şuranın Koordinasiya Mərkəzinin toplantıları keçirilir, Milli Şura aksiyalar təşkil edir, sizi orada görmürük. Səbəb nədir?

- Bunun səbəbi birbaşa Milli Şuranın fəaliyyəti ilə bağlıdır. Milli Şuranın özümün iştirak etdiyim son sessiyasında irəli sürülən təkliflərə, Milli Şuranın genişləndirilməsi və digər məsələlərə öncədən də, sonradan da mövqeyimizi bildirmişdik. Sonradan bizim mövqeyimizə çeşidli münasibətlər oldu, bu münasibətlər də reallığa, həqiqətə uyğun deyildi. Milli Şuranın tədbirlərində niyə iştirak etmədiyimi onlar özləri bilirlər, bunu mətbuatda yox, aidiyyəti yerlərdə aidiyyəti adamlarla danışıram. Ancaq bizim Milli Şuranın tədbirlərində iştirakdan başqa digər məsələlər də medianı maraqlandırmalıdır.

- Hansı məsələləri nəzərdə tutursunuz?

- Milli Şura sessiyalarını, Milli Şuranın Koordinasiya Mərkəzi toplantılarını keçirmək üçün özünə yer axtarır. Ancaq vaxtilə KXCP-nin qərargahında Milli Şura sessiyasını da keçirib. İndi də KXCP-nin rəhbərliyində olan ayrı-ayrı şəxslər fərdi olaraq Milli Şuranın üzvləridir, ancaq niyə Milli Şura əvvəllər sessiya keçirdiyi KXCP-nin qərargahında sessiya keçirmir, amma başqa-başqa yerlərdə çətin şəraitdə sessiya, Koordinasiya Şurasının toplantıları keçirilir? Lakin bu sual onlara verilmir.

- Siz partiyanızın qərargahında keçirilən sessiyada Milli Şuradan çıxacağınız barədə bəyanat verəndən sonra Milli Şuranın tədbirləri partiyanızın qərargahında keçirilmədi. Milli Şuranın sədri Cəmil Həsənliyə nə üçün KXCP-nin qərargahında Milli Şuranın tədbirlərinin keçirilmədiyi barədə sual vermişik, deyib ki, bu barədə danışmaq istəmir. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə sırf KXCP-yə təzyiqlərin olmaması üçün Milli Şuranın tədbirlərini KXCP-nin qərargahında keçirmədiklərini bildirib. Hər iki tərəfdə bir inciklik var?

- Bir inciklik yoxdur. Sadəcə, mənim izahını verə bilmədiyim bir hərəkət var ki, niyə Milli Şuranın sessiyaları, Koordinasiya Mərkəzinin toplantıları KXCP-nin qərargahında keçirilmir. Verilən cavablar buna cavab deyil. Oqtay Gülalıyev həm də KXCP-də siyasi məsələlər üzrə müavindir, partiyamıza daha çox bağlıdır, Milli Şurada da mətbuat xidmətinə rəhbərlik edir. Bu məsələlərdə bilərəkdən qarışdırılan izahlar var. Milli Şuranın tədbirləri KXCP-nin qərargahında keçirilməlidir, keçiriləndən sonra baxarıq ki, təzyiq olacaq, yaxud olmayacaq. Həm də mən məsuliyyətlə deyirəm ki, qərargah sizin ixtiyarınızdadır, siz də gəlib tədbirlərinizi keçirmirsiniz. Siz KXCP-nin qərargahında tədbir keçirmək istəmirsinizsə, bunun cavabını mən niyə axtarmalıyam, cavabını siz verməlisiniz. Ancaq aramızda heç bir narazılıq, filan da yoxdur.

- Yaxud belə deyək ki, Milli Şura KXCP-nin qərargahında tədbir keçirmək istəmirsə, siz niyə onların çətin şəraitdə keçirdiyi hansısa tədbirdə iştirak etməlisiniz?

- Mən lazım olanda, məsələn, Milli Şura təsis ediləndə, insan haqlarını müdafiə ilə bağlı tədbirə, Leyla Yunus və Eldəniz Quliyevin ofislərinə də getmişəm, tədbirlərində çıxışlar da etmişəm. Amma qeyd etdiyim məsələ ilə bağlı sualların ünvanı mən deyiləm.

- Kənardan belə təəssürat yaranır ki, artıq Mirmahmud Mirəlioğlu Milli Şurada istənmir, arzulanmır. KXCP-nin bir sıra üzvləri də artıq Milli Şuradan istefa verib.

- Milli Şurada üzvlük fərdidir, kim istəyirsə, qalır, kim istəyirsə, fərqli addım atır. Milli Şura 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı yaradılmış müxalifətin qurumudur. Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmışdı, seçkilərin keçirilməsinin də artıq 1 ili tamam olub. Mən hesab edirəm ki, Milli Şura öz missiyasını bitirib. Bütün rıçaqlar əllərində olmasına baxmayaraq, 1 il hakimiyyətdə qala bilməyən dostlarım, əqidədaşlarım sonradan prezident seçkiləri ilə bağlı qurum yaradıb, bəziləri istəyirlər ki, bu qurum uzunömürlü olsun. Bu adamlar hakimiyyətin uzunömürlü olması üçün belə çalışmadılar, amma müxalifətdə olanda bir qurumun ömrünün sonsuzluğa qədər davam etməsini istəyirlər.

- Milli Şuranın missiyası bitibsə, niyə Mirmahmud Mirəlioğlu missiyası bitmiş bir qurumda qalır?

- Bu, ayrı məsələdir, mənim şəxsi məsələmdir.

- Belə anlaşılır ki, bəzi insanların qınağı ilə üzləşməmək üçün Milli Şuradan çıxmaqdan çəkinirsiniz, çünki gördünüz ki, Müsavat Partiyası, “El” Hərəkatı Milli Şuranı tərk edəndə onlar haqqında nələr dedilər.

- Mən heç getməmiş də mənim haqqımda nələr deyirlər?! Sadəcə, Milli Şuranı biz özümüz təsis etmişik. Mən öz təsis etdiyim quruma gedib ərizə ilə müraciət etməliyəm ki, bu qurumdan çıxıram? Ayıbdır, bu qurumu özüm qurmuşam, təsisçinin biri də mənəm.

- Yəni Milli Şuranın missiyası bitdiyi üçün birgə qərar verilməsini zəruri sayırsınız?

- Dəfələrlə demişəm ki, bir siyasi qurumu quranda, bir yerdə bir blok yaradanda, hansısa əhval-ruhiyyə ilə bunu etmişik, ora daxil olmuşuqsa, o əhval-ruhiyyə ilə də oradan ayrılaq. Bir dəfə də bunu edək! Hətta Müsavat Partiyası Milli Şuradan gedəndə də mövqeyim belə olub ki, gəlin bu məsələni elə bu gün bir yerdə həll edək. Buna görə qalmışam. Yeri gəlmişkən, Müsavat Partiyası gedəndən sonra “Milli Şuranı KXCP xilas etdi” deyənlər indi lüğətlərində, tərbiyələrində mənfi nə varsa, hamısını KXCP əleyhinə deyirlər.

- Yəni Milli Şuradan çıxmaqla sonuncu bəhanəni onlara vermək istəmirsiniz?

- Milli Şura gündəmin məsələsi deyil, bu barədə danışmayaq. İndi Milli Şurada üzvlükdür də, qalıb, nə olsun ki?!

- Parlament seçkiləri ilə bağlı siyasi qüvvələrlə apardığınız danışıqlara qayıdaq. Danışıqların nəticəsi olaraq müxalifətin koalisiyasının, blokunun yaranacağını, yaxud başqa nəyin baş verəcəyini gözləyirsiniz?

- Bir neçə variant var və bunu indidən demək doğru deyil. Biz bütün müzakirələrin nəticəsi olaraq mövqeyimizi ortaya qoyacağıq. İndidən deyəndə kimsə başqa cür qəbul edir ki, indidən dedin, mövqeyin də ortadadır. Bu görüşlərin bu ayın sonuna bitəcəyini nəzərdə tuturuq. Hamı bir araya gələcəksə, toplantı baş tutacaqsa, bunu edəcəyik və konkret olaraq konkret bir məxrəcə gələcəyik. Toplanana bilənləri bir araya gətirmək istəyirik. Konkret gözləntilərimizi bu ilin birinci rübündən sonra demək olar.

- Milli Şura rəhbərliyi ilə keçirəcəyiniz görüşün vaxtı dəqiqləşibmi?

- Digərlər ilə görüşlər barədə danışılıb, Milli Şura ilə danışılmayıb. Milli Şuranın rəhbərliyi ilə danışılacaq və yəqin ki, görüşün vaxtı onlar tərəfindən müəyyənləşdiriləcək.

- Deməli, danışıqlar nəticə versə, KXCP, Müsavat və AXCP parlament seçkilərinə birgə qatıla bilər?

- Əvvəllər bu, olub, indi bunu daxildən etmək lazımdır.

- Əvvəllər necə olub ki?

- Məsələn, indi vasitəçisiz, yalnız müxalifət nümayəndələrinin istəyi ilə hakimiyyətlə bir qrup müxalifət partiyalarının görüşü baş tutur, bu görüşdə siyasi məhbuslar məsələsi müzakirə edilir, əhatəli iqtidar-müxalifət dialoqunun başlanması təklif olunur. Biz istəyirik ki, 2015-ci ilə yönəlik planlarımız kənardan heç kəsin müdaxilə olmadan baş tutsun. Ayrı-ayrı dövrlərdə bloklar yarıdılıb, əvvəlcədən kənar sifarişlə deyirdilər ki, siz bir yerdə olacaqsınız, yalnız onda sizə dəstək verəcəyik. Deyiləndə ki, filankəs də olacaq, deyirdilər ki, filankəssiz olacaq, o halda sizə dəstək verəcəyik. İndi biz istəyirik ki, bütün bu yolları keçəndən, sonra bu adamların da hamısını tanıya-tanıya bir daha bunu sınaqdan çıxaraq. Sonda nə alınar, alınar.

- Əvvəllər kənardan sifarişlə blokların yarandığını deyəndə Qərbi nəzərdə tutursunuz?

- Kənar təkcə Qərb deyil, yaxın qonşularımız da burada var. 2005-ci il parlament və 2006-cı ildə təkrar parlament seçkilərində Rusiyanın elə müdaxiləsi olub ki... Kənardakıların hər birinin öz marağı var. Birinin marağı demokratik inkişafla, digərinin strateji marağı, bir başqasının neft, iqtisadi marağı var.

- Şəxsən sizin parlament seçkiləri ilə bağlı real gözləntiniz varmı?

- Konkret gözləntilərimizi bu ilin birinci rübündən sonra demək olar. Əgər iqtidar-müxalifət görüşləri inkişaf edəcəksə, başlanan iş uğurla davam etdiriləcəksə, birinci addım normal olacaq. İkinci, üçüncü addımlar da normal olacaqsa, biz 2015-ci il parlament seçkilərinin Azərbaycan üçün uğurlu keçəcəyinə inanırıq. Bunu da yalnız növbəti iqtidar-müxalifət görüşünün baş tutmasından və bizim hazırlıq vəziyyətimizdən sonra proqnozlaşdırmaq olar.

- İqtidar-müxalifət görüşünün əhəmiyyətini qeyd etdiniz, ancaq əsasını AXCP-nin təşkil etdiyi Milli Şura iqtidar nümayəndələri ilə ilk görüşünüzü xəyanət adlandırdı. Digər tərəfdən isə deyirsiniz ki, AXCP-Milli Şura ilə parlament seçkilərinə qatılmaq üçün danışıqlar aparacaqsınız. Paradoks yaranmır ki?

- Biz bilmirik ki, bizə söz deyənlərin, bizi söyənlərin özləri kimdir?! Bu gün birisi də deyir ki, onsuz da bu görüş olsaydı da, olmasaydı da, əfv olacaqdı. Biz nə qədər əfvlər gözləmişik, olmayıb. O başqa məsələdir ki, danışıqlara görə əfvi belə gözləmirdik. Gözlədiklərimizdən yalnız 10 nəfər əfv edildi. İndi biz 10 nəfərin də əfv edilməsinin əleyhinəyik, yoxsa hamısının əfv olmasını istəyirik? Təbii ki, hamısının əfv olmasını istəyirik. Bu 10 nəfər də qənimətdir, indi bu addımı atıblar. Biz bu işin davamlı olmasını arzulayırıq. Yeri gəlmişkən, insan hüquqlarını müdafiəsi ilə bağlı İşçi Qrupu, bu istiqamətdə kifayət qədər fəaliyyət göstərən hüquq müdafiəçiləri də var. Bizim kimi o insanların da işlərinin üzərindən bu və ya digər dərəcədə xətt çəkir, hətta onları qınayır, suçlayırlar. Azərbaycanda 22 ildir ki, mövcud iqtidar hakimiyyətdədir. Biz 22 il ərzində müxtəlif vasitələri sınaqdan çıxardıq, kütləvi aksiyalar keçirdik. İqtidarı inandırmaq, vətəndaş cəmiyyətinin yaradılmasına cəlb etmək, bu və ya digər islahatları həyata keçirməyə sövq etmək bu taktikalarımızla mümkün olmadı. İndi də bir dəfə vasitəçisiz iqtidarla müxalifət bir araya gəlsin. Bu, tariximizdə heç vaxt olmayıb. Bir dəfə konkret Ramil Səfərov məsələsinə görə Yeni Azərbaycan Partiyası (YAP) tədbir təşkil edib, YAP istəyib ki, müxalifət partiyaları da bu məsələdə ona dəstək versin. Bizim təşəbbüsümüzü 2001-ci ildə Qarabağ problemi ilə bağlı parlamentdə Heydər Əliyevin müraciəti və iqtidar-müxalifət məsələsi ilə müqayisə edirlər. Yalnız Heydər Əliyev çıxış edib, deyib ki, 741 görüş keçirmişəm, nəticə yoxdur. Parlamentdə dinləmə olub, kimsə də danışmayıb. İlk dəfə idi ki, biz iqtidara siyasi məhbuslar məsələsi və geniş dialoqla bağlı müraciət etdik. Bizi söyənlərin məsələsini də qoymuşduq ki, iqtidar-müxalifət dialoqunda onlar da gəlib iştirak etsinlər, sözlərini desinlər. Qarşı tərəf - iqtidar daha xoş niyyət göstərdi, A-dan Z-yə bütün məsələləri sadaladı. Biz də dedik ki, yox, 3 saatlıq görüşlə 21 illik problemi 2 günə həll etmək olmaz. Bu, inandırıcı da görünmür, buna kimsə inanacaqsa, özünü aldadır. Bundan əlavə, görüşə gələn iqtidar təmsilçiləri dedilər ki, görüşdə qaldırılan məsələləri dövlət başçısına məruzə edəcək, aidiyyəti qurumlara deyəcəklər. Əgər biz iqtidara yönəlik müəyyən təklifləri bu və ya digər dərəcədə Venesiya Komissiyasından, Avropa Şurasından gözləyiriksə, təkliflərimizi vasitəçisiz, tərcüməsiz iqtidarla özümüz müzakirə və həll edə bilmərik? İqtidar bunun fərqində olmalıdır. Amma mənə elə gəlir ki, enerjimizi bizi söyənlərə yox, qarşımızda oturub bizi dinləyən və məsələləri həll etməyi bacaranlara müraciət etməliyik. Məsələn, deyirik ki, məhbus məsələsi ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Gözləyirdik ki, daha çox insan əfv olunacaq. İndi qarşı tərəfin də bizim bildiyimiz və bilmədiyimiz arqumentləri varsa, onların əvəzində biz danışa bilmərik ki, əfv yazan olmadı, yaxud azadlığını istədiyimiz adamların çoxu hələlik ibtidai istintaq altındadır, məhkəmə hökmləri yoxdur və s. Ancaq bunlar önəmli sayılmır, bu insanların bir qismi xəstədir. Digər tərəfdən, bizim dediklərimiz həyata keçirilir. Biz beynəlxalq həkimlər qrupu istədik, hakimiyyət orqanlarına müraciət etdik, Leyla Yunusla bağlı belə həkim müayinəsi təşkil olundu. İndi deyəcəklər ki, bu həkim müayinəsi təşkil olunacaqdı. Axı biz bu barədə 2 ay əvvəl müraciət etmişdik? Kimsə buna qulaq asır, kimsə qulaq asmır, bu, ayrı məsələdir.

Bizi xəyanətdə suçlayanlar isə bir az ehtiyatlı olsunlar, arada özlərinə də baxsınlar, kimliklərini yada salsınlar, keçmişlərinə nəzər salsınlar. Təkcə qələm götürüb, yaxud monitor arxasında tərcümeyi-hal yazmaqla məşğul olmasınlar, həm də özlərinin tərcümeyi-hallarına baxsınlar. Yadlarına salsınlar ki, harada, kimlə, necə, saat neçədə hansı alverləri olub, nələr baş verib. Biz isə cəmiyyətin qarşısında, şəffaf formada, medianın iştirakı ilə görüş istəmişik və görüş keçirilib. Bir sıra razılaşmalar əldə olunub. Bildirilib ki, lazımdırsa, növbəti görüş daha əhatəli olsun və bu, razılaşdırılıb. Bütün bunlar normaldır. Burada təhqir də, böhtan da, şər də olacaq, bəzilərinin işi budur. Görəsən onların özlərini görüşə dəvət etsələr, nə olacaqdı? Özləri iqtidarla görüş təşəbbüsündə olsaydı, necə olacaqdı? “Yalnız müxalifət özümü sayıram”, “real da mənəm, hamısı da mənəm” demək Don Kixotlqdur, belə olmaz. Həm də bizə Elçibəy yoluna zidd gedən adamlar kimi satqın, xəyanətkar deyirlər. Yadlarından çıxarırlar ki, özləri Elçibəyə nələr etməyiblər? Xəbərləri yoxdur ki, 1999-cu ildə İstanbul sammiti ərəfəsində Əbülfəz Elçibəy Azərbaycan, Qarabağ naminə məhz AMİP-in qərargahında Azərbaycan camiəsini, ictimai-siyasi fikir adamlarını, partiyaları toplamışdı və ismin bütün mənalarında onu təhqir edən Nizami Süleymanovla yanaşı əyləşmişdi. Beləliklə, Azərbaycan, Türk Dünyası, Qarabağ naminə Milli Müqavimət Hərəkatı təsis olundu. Yəni Əbülfəz Elçibəy İstanbul sammiti ərəfəsində ciddi təhlükə gözləndiyi üçün buna qarşı bütün qüvvələri cəlb etdi.

- Ancaq bu fikirləri deyən AXCP-Milli Şura ilə yenə də danışıqlara gedirsiniz, parlament seçkilərində birgə yola çıxmaq istəyirsiniz. Bunu necə başa düşmək olar? Axı onları əvvəllər də sınamısınız?

- İstiqlalçı millət vəkilləri olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bərpaçılarıyıq. Demişik ki, biz bu millətin yolunda başımızı da qoyarıq. Bu millətin də bir nümayəndəsi bu adamlardır. Biri naqisdir, biri doğrudur, biri qüsurludur, biri qüsursuzdur, biri özünə vurğundur, ümumilikdə millətin övladlarıdır və bizim üçün qiymətlidirlər. Ona görə də onlara qiymət verərək ayaqlarına da getmək lazımdır. Nə olsun ki, məni qəbul etmir, deyir ki, mövqeyin düzgün deyil. Mənim mövqeyimi qəbul etmir və mən də mövqeyimin dürüst olduğunu isbat etmək üçün deyirik ki, məsələ budur. Bizim bundan başqa çıxış yolumuz yoxdur. Yoxsa necə olur ki, 2013-cü ildə hamımız bir birimizin sözünü həzm-rabedən keçirə, bir-birimizi qəbul edə və namizədimizi qəbul etdirə bilirdik, 2015-ci ildə edə bilməyəcəyik? Edəcəyik.

- Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təşəbbüsü ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) yaradılıb. Qubad İbadoğlu hərəkatın gələcəkdə partiyaya çevriləcəyini də istisna etmir. Hərəkatda KXCP üzvləri də təmsil olunur. Hərəkatın partiyaya çevrilməsi KXCP-nin sosial bazasına ziyan vura bilərmi?

- Əslində bizim üzvlərimiz sayılan adamlar, bir neçə müddətdir ki, bizdən üz döndərib, özlərini fraksiya elan ediblər. Biz hesab edirik ki, partiyalaşma olacaqsa, bu artıq ayrı məsələdir. Onlar özləri hələ ki, bəyan edirlər ki, Müsavat Partiyasının tərkibində fəaliyyət göstərirlər, ADR isə sırf hərəkatdır. Bizim o Hərəkatda olan üzvlərimiz müxtəlif qrupa aiddirlər. Bəzilərini biz partiyadan uzaqlaşdırmışıq və ya özləri partiyadakı fəaliyyətlərini dayandırıblar. Bəziləri də var ki, KXCP ilə əlaqələrini üzüblər. Sadəcə olaraq, biz onları üzvümüz hesab edirik və onlar da özlərini bizim partiyanın üzvü hesab edirlər. Hələlik bu məsələ ortalıqdadır, hüquqi həllini tapmayıb. Hüquqi həllini tapmamasının səbəbi də bizim səbrimizin üstündədir. Onlar ziyan da, xeyir də olsa, nə edəcəklərsə, özlərinə edəcəklər. Hərəkat elə olmur axı?! İndi belə istəyirlərsə, olsun. Orda kifayət qədər təcrübəli insan var, arzu edirəm ki, səhv addım atmasınlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru