Müsavat daxilində fikir ayrılığı pik həddə çatıb -ÇƏKİŞMƏ
Tarix: 31-07-2014, 11:13 | Çap et
2010-cu ilin parlament seçkilərindən sonra Müsavat funksionerləri partiyanın növbəti qurultayının keçirilməsini gündəmə gətirdilər. Partiya rəhbərliyi öz aralarında uzun-uzadı müzakirə və mübahisələrlə bunu xeyli müddət ertələsə də sonradan hakimiyyətin guya qurultay üçün yer ayırmadığını bəhanə etdilər.
Hətta o zaman Müsavat başqanı daxili gərginliyi azaltmaq üçün Türkiyə və Gürcüstana bu məqsədlə müraciət ediləcəyini bildirdi. Amma 2013-cü ilin prezident seçkiləri öncəsi İsa Qəmbərin özünün namizəd olması, ardınca Milli Şuranın yaranması və vahid namizəd ətrafında baş verən olaylar qurultay mövzusunu bir müddət səngitdi. Prezident seçkilərində müxalifətin yenidən məğlubiyyəti isə Müsavat dəhlizlərində təkrar qurultay mövzusunun müzakirəsinə, 20 ildir partiyaya başqanlıq edən şəxsin dəyişməsi tələblərinə səbəb oldu. Məcburiyyət qarşısında qalan İ.Qəmbər bu məsələni yenidən gündəmə gətirdi. Təkrar-təkrar qurultayın keçirilməsi üçün yer ayrılması üçün müraciətlər edildi. Hər dəfə də guya ayrılan yer kiçik olduğundan qurultay təxirə salındı.
Əslində, belə bir mövqe ilə İsa Qəmbər qurultayı keçirməkdə maraqlı olmadığını bir daha ortaya qoyub. Belə görünür ki, o, başqanlıq kreslosunu buraxmağı psixoloji cəhətdən həzm edə bilmir. Çünki İsa Qəmbər artıq partiya daxilindəki proseslərə nəzarəti əldən verdiyinin fərqindədir.
Baş verənlər Müsavat daxilindəki narazılıqları pik həddə çatdırıb, başqanlığa namizədlər arasında fikir ayrılığını bir qədər də dərinləşdirib. Hazırda bir qrup partiya funksioneri Müsavatın qurultayının bu il keçirilməsinin tərəfdarı olsa da, digər qrup qurultayın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonraya saxlanmasını düzgün sayır. Misal üçün, partiyanın Divan üzvü, başqanlığa namizəd Tural Abbaslı Müsavat daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu bildirərək, parlament seçkilərinə bir il qaldığı halda, qurultayın keçirilməsini Müsavatı əsas hədəfdən yayındırmaq kimi qiymətləndirib. Deyib ki, indiki halda partiyanın əsas hədəfi seçkilər olmalıdır.
Amma Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqanlığa namizəd Arif Hacılı partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürməsinə rəğmən, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində bu fikirlərin dəstək tapmadığını dilə gətirib. O, qurultayın keçirilməsini Nizamnamənin tələb etdiyini diqqətə çatdıraraq, sentyabrın 27-də qurultayın keçiriləcəyini vurğulayıb.
Başqanlığa digər namizəd, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy isə öz “Facebook” profilində kimin yeni başqan seçiləcəyinə aydınlıq gətirib. O, qurultayın nə zaman keçirilməsi ilə bərabər, yeni başqanın kim olacağının da Azərbaycan siyasi mühitində ən maraq doğuran suallardan biri olduğunu xatırladıb. S.Əlisoyun sözlərinə görə, artıq Müsavatda biriləri özünü başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min kilometrlikdən ismarış-ultimatum yollayaraq, - “filankəsdən savayı kimsə başqan postunda otura bilməz” - deyir. O, “Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır” - deməklə, başqanlığa digər namizəd A.Hacılının bostanına daş atıb, onun milli mənsubiyyətini gündəmə gətirib: “Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, “filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var, “bəhmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm. Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm ki, belə də olacaq”.
S.Əlisoyun bu fikirləri başqanlığa namizədlər, eləcə də sıravi müsavatçılar arasında söz savaşını bir qədər də qızışdırıb. Sosial şəbəkədə aktiv olan müsavatçı gənclər S.Əlisoyu səviyyəsizlikdə, gələcək başqanın milliyyətini şübhə altına almaqda, ona qarşı qarayaxma kampaniyası aparmaqda günahlandırıblar.
Ümumiyyətlə, Müsavatın növbəti qurultayının keçirilməsi gündəmə gəldiyi vaxtdan partiya sıralarındakı sıravi üzvlər, eləcə də funksionerlər arasında fikir ayrılığı, gərgin münasibət, qarşılıqlı atmacalar özünü göstərməkdədir. Bütün bunlar qurultaydan sonra partiyadan kütləvi istefaları qaçılmaz edir. \\ kaspi.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|