Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan .....                     Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına .....                     Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində .....                     Fatimə Mövlamlı həbs edildi .....                     Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                 

"Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi?" - deputat
Tarix: 3-05-2024, 08:35 | Çap et
"Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi?"
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməsini məqbul saymayıb.

Milli Şuranın sədri Cəmil Həsənli “Amerikanın Səsi”nə müsahibəsində iddia edib ki, 5 may mitinqi və bundan əvvəl keçirmək istədikləri 21 aprel mitinqi “xalqın tələbidir”: “Bizim xalqdan istər şifahi söhbətlərimizdə, istər sosial media üzərindən, istərsə də vətəndaşların telefon, vatsap zənglərindən, messengerlərindən aldığımız sifariş bundan ibarətdir ki, Azərbaycan xalqı mitinq istəyir”.

C.Həsənli iddia edib ki, ölkədə 300-dək siyasi məhbus var. “Deyərdim ki, Azərbaycanda vəziyyət 1937-ci ildəkindən dəhşətlidir. Mən 37-ci ildəki bir çox işlərlə tanışam. O zaman elektrik cərəyanının insanların bədənlərinə verilməsi kimi bir hal müşahidə olunmayıb. 37-nin işgəncəsi dəyənək üzərində qurulub. İndi dəyənəklər də kifayət qədər texnoloji cəhətdən təkmilləşdirilib. İşgəncə aləti kimi indi beysbol dəyənəyindən istifadə olunur”.

Özünü tarixçi kimi cəmiyyətə sırıyan Cəmil Həsənlinin minlərlə insanın öldürülməsi ilə nəticələnən 37-ci illəri müasir Azərbaycanla müqayisə etməsi onun savadsızlığı deyil, daha çox ölkəsinə nifrətinin göstəricisidir.

Milli Şuranın sədri ermənipərəst konqresmenlərin Azərbaycanın ordu təmsilçilərinə də aid edilən sanksiya layihəsi haqda da danışıb. Ermənipərəstlərlə eyni mövqedə olduğunu gizlətməyən C.Həsənli deyib ki, sanksiya siyahısı daha geniş olmalıdır: “Siyahıda 41 nəfərin adı keçir. Amma bu, kifayət qədər kiçik dairədir. Azərbaycanda insan haqlarına zor tətbiq edən məmurların sayı nəinki 41, hətta 241, 1041-dən də çoxdur. Mən bunu hətta gecikmiş sanksiyalar hesab edərdim. Əgər Azərbaycana insan haqları ilə bağlı sanksiya tətbiq edilirsə və bu yüksək vəzifəli məmurların adları orada sadalanırsa, birinci sadalanan ad İlham Əliyevin adı olmalıdır”.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, Cəmil Həsənlinin mitinq haqda bəh-bəhlə danışması və utanmadan həmin mitinqi xalqın tələbi, sifarişi adlandırması ondan xəbər verir ki, bunların başı ya tamam qaçıb, ya da həmin baş Milli Şuranın qolçomaq ruhlu rəhbərlərində, ümumiyyətlə, heç zaman olmayıb: “Adamın 70+ yaşı var, amma saçından-saqqalından, təzə çıxardığı bığından utanmır, ağlına və ağzına gələni danışır. Nə mitinq? Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi? Əli, Nurəddin, Fuad, Gültəkin. Oldu dörd. Cəmil, səni də üzərlərinə gəlsək 4 yarım. Sonra? Elə danışırlar ki, sanki elektoratları ən az yarım milyon-filandır. Halbuki bilənlər bilir: gerçəkdə 5 adam nədir, heç 5 qarışqa belə ətraflarında yoxdur. Yaxşı bəs niyə aksiya təyin edirlər? Niyə belə arzuya düşürlər? Çünki xaricdən təxribat tapşırığı gəlib, onu icra etmək lazımdır, radikal müxalifətin ata dediyi "erməni lobbisi" bunlara pul göndərib, onu nağdlaşdırmaq lazımdır. Çünki Əli Kərimlinin maşınının ili köhnəlib, onu təcili dəyişmək, xaricdə atasının fəaliyyətini ən “layiqli” şəkildə davam etdirərək bütün anti-Azərbaycan qüvvələri ilə dostluq quran Türkelin pulunun vaxtıdır, onu ödəmək, Cəmilin turistik səyahətləri nə zamandır səngiyib, onu bərpa etmək, Gültəkinin botoksunun vaxtı qurtarır, onu yeniləmək lazımdır.

Qarabağ müharibəsinin gedişində 50 dəfə müraciət etdik ki, erməni vəhşiliyinə, Gəncə terroruna, xarici təhdidlərə qarşı partiyaların ümumi bəyanatını imzalayırıq, gəlin siz də qoşulun. Açıq mətnlə dedilər ki, biz bu millətdən, bu dövlətdən deyilik. Daha sonra Şuşa alındı, sevinmədilər. Xankəndi qayıtdı, sevinmədilər. Sülhməramlı getdi, yenə nəsə əmma qoydular. Delimitasiya başladı, görməz oldular. Makron kimi, Şvabe kimi ünsürlərə birmənalı dəstək verdilər. Düşmən dəyirmanına su tökdülər. Günbəgün erməniləşdilər, azğınlaşdılar, quzğunlaşdılar. Və indi gəliblər ki, xalq dərdi, millət dərdi çəkirik və ona görə mitinq edirik..."

Deputat Azər Badamov dedi ki, Cəmil Həsənli yəqin ki, rahat yerdədir və ona görə də Azərbaycandakı siyasi sabitliyi pozmağa hesablanmış açıqlamalar verir: “Bu gün xalqımızın səsi mitinqlər keçirməklə ölkəni qarışdırıb gücsüzləşdirmək tələb etmir. Əksinə, xalqımızın səsi ölkə başçısının ətrafında sıx birləşib Azərbaycanın daha da qüdrətlənməsi və güclənməsi naminə xidmət etməkdir. Bu gün özünü azərbaycanlı hesab edən hər bir şəxs Azərbaycanla fəxr edib qürur duymalıdır. Çünki biz 30 ildə böyük güclərin siyasətinə qalib gələrək torpaqları işğaldan azad etmişik. Belə bir hadisə son on illərin dünya təcrübəsində heç vaxt olmayıb. Bu baxımdan ölkəmizdəki hakimiyyət və xalq birliyi bütün dünyaya nümunədir. Təəssüf ki, Cəmil Həsənli və onun ətrafında dayanan bir neçə nəfər ölkəni yenidən qarışdırmaq üçün çağırışlar edir. Azərbaycanda hüquqi dövlət qurulub və hər bir kəsin hərəkətləri qanun çərçivəsində olmalıdır. Aksiyaların keçirilməsi "Sərbəst toplaşma haqqında" Qanunla tənzimlənir. Bu baxımdan mitinq və ya aksiya keçirmək istəyənlər də onlar üçün icazə verilən yerlərdə öz tədbirlərini keçirə bilərlər. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzində belə özbaşınalıqların edilməsinə yol verilməməsi düzgün qərardır. Çünki şəhərin mərkəzi insanların rahat hərəkəti, dincəlməsi və asudə vaxtının səmərəli keçirilməsi üçündür. Bununla yanaşı, əgər sizin aksiyalara qatılıma kifayət qədər siyasi dəstəyiniz varsa, icazə verilən yerə gedin və orada sözünüzü deyin. Yoxsa şəhərin mərkəzində insanların sıx olduğu yerdə dinc şəxsləri öz ətrafınıza yığmağa cəhd etmək istəyirsinizsə, bu alınmayacaq. Qanun hər şeydən alidir".

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlini tam şəkildə ifşa edən tarixi faktlar açıqladı: “Mitinq keçirmək vətəndaşların konstitusion hüququdur, amma ölkədə mitinq əhval-ruhiyyəsi yoxdur. Kimdir hakimiyyətlə yaxından əməkdaşlıq edib və hakimiyyətə də xəyanət edən Əli Kərimliyə və ya Cəmil Həsəninin çağırışına dəstək verən?! İkisi də Elçibəyə xəyanət etmiş adamlardır. Cəmil Həsənlinin xalqın adından danışmaq haqqı yoxdur. Bu həmin Cəmil Həsənlidir ki, deputat olduğu dövrdə Prezidentə yaltaqlanmaq üçün kitabında "İlham Əliyev Qafqazda Azərbaycanı lider dövlətə çevirdi" yazırdı. Cəmil Həsənli Əli Kərimlinin parlament iclasını boykot etmək qərarına tüpürüb gedib orada oturdu. Əli Kərimli də Cəmil Həsənlini partiyadan qovdu. Cəmil Həsənli deputat seçilə bilmədikdən sonra təzədən Əli Kərimlinin yanına qayıtdı. Cəmil Həsənlinin kim olduğunu hamı yaxşı bilir. Digər tərəfdən, hər kəs xalqımız qarşısında öz məsuliyyətini dərk etməlidir. Mitinqə icazə verilsəydi belə, ora çoxsaylı insan getməyəcək. Mitinqə həm də xalqımızın ona görə marağı yoxdur ki, aksiyanın xaricdən, ermənipərəst dairələr tərəfindən sifariş edildiyini düşünür. İndi insanları aldatmaq çox çətindir. Əli Kərimli də bizim müxalifətdəki “Paşinyan”ımızdır. Qalıb ortada, odla su arasında, hər tərəfdən təzyiq edirlər, bilmir nə etsin, oxusun, ya oxumasın. Cəmil Həsənli çox sevinər ki, Qərb Azərbaycana ən ağır sanksiyaları tətbiq etsin. Neftin qiyməti ucuzlaşanda bu adamlar sevinirdilər ki, ölkədə sosial vəziyyət ağırlaşacaq. İndi bütün ümidlərini buna bağlayıblar. Bir deputat mandatına görə Əli Kərimlini ayaqlar altına atan Cəmil Həsənlidən hər cür çağırışlar gözləyirəm. Bu adamın əsl sifətini çağırış etdiyi Qərb dairələri də bilir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57
Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru