Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                 

"Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir" - Tural Abbaslı
Tarix: 28-03-2024, 08:48 | Çap et
"Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir"
Xeyli müddətdir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bu kontekstdə birmənalı rəy yoxdur, çünki hər hansı rəsmi açıqlama verilməyib. Yalnız siyasi dəhlizlərdə eşidilən söhbətlərə əsaslanaraq siyasətçilər bu yöndə rəylər bildirirlər, ehtimallarını səsləndirirlər.

Mediada, sosial şəbəkələrdə də bu müzakirələr intensivləşib. Son iddialar bundan ibarətdir ki, yaxın vaxtlarda parlament buraxılacaq və növbədənkənar seçkilər elan olunacaq. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Həmçinin vurğulanır ki, seçkilərin iyunda, yaxud iyulun əvvəllərində keçirilməsi daha münasib görünür. Çünki payızda ölkədə COP29 kimi böyük miqyaslı tədbir baş tutacaq. Habelə dekabrda da bələdiyyə seçkiləri keçirilməlidir.

Bunun paralelində isə belə rəylər də var ki, ölkədə referendum da keçirilə bilər. Ancaq hüquqi, konstitusion baxımdan buna ehtiyacın, zərurətin olmadığını deyənlər də çoxdur.

Parlament seçkilərinin isə zərurət olduğunu əksəriyyət söyləyir...

Beləliklə, siyasilərdə olan son bilgilər nədir? Parlament seçkilərinə hazırlıq gedirmi? İyunadək bu prosesi yekunlaşdırmaq üçün hazırkı reallıqlar uyğundurmu?

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendumun olub-olmaması qərarını iqtidar verəcək: “Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir, yəni prezidentin qərarı olur. Bir çox hallarda iqtidar komandasının belə bu cür verilmiş ciddi siyasi qərarlardan öncədən xəbəri olmur. Məsələn, buna misal kimi bu il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisini göstərə bilərik. Hansı ki, növbədənkənar prezident seçkisi elan olunanda iqtidarda rəhbər strukturlarda təmsil olunan böyük əksəriyyətin bundan heç xəbəri yox idi. Bu barədə söz-söhbətlər getmir, gözləntilər də yox dərəcəsində idi. Amma siyasi iradə ortada oldu və bu reallaşdı. Bir sözlə, referendumun olub-olmaması iqtidar daxilində gedən müzakirələrdən daha çox birinci şəxsin qərarından asılı olacaq. Referenduma ehtiyac var ya yox, keçirilsin ya keçirilməsin kimi suallar mənə ünvanlansa, o zaman cavab verərdim ki, referenduma ehtiyac var, konstitusiyada dəyişikliklər olmalıdır. Azərbaycanda XXI əsrin, müasir dövrün tələblərinə uyğun konstitusiya formalaşdırılmalı, siyasi idarəetmə təkmilləşdirilməli, siyasi partiyaların siyasi yükləri, çəkiləri dövlət idarəçiliyində artırılmalıdır. Bir çox məsələlər var ki, konstitusiya dəyişikliyi labüddür. Parlamentdə say tərkibinin artırılması, eləcə də fraksiya kimi məsələlərə ehtiyac var”.

Partiya başqanı növbədənkənar parlament seçkiləri məsələsinə də toxundu: “Bu artıq müzakirə mövzusu deyil. Çünki labüdlükdür. Ortada bir qanun var. Növbədənkənar seçkilərlə bağlı qanunvericilikdə konkret göstərişlər var. COP29 və dekabrın sonralarında keçiriləcək bələdiyyə seçkilərini hesablasaq, görünən odur ki, parlament seçkiləri yenə də növbədənkənar olmalıdır. Milli Məclis yenə də özünü buraxmalıdır. Haradasa 4-5 ay öncədən yenidən parlament seçkiləri olmalıdır. Bunun başqa yolu da yoxdur. Qanunvericilik və tarixlə hesablayanda iyun ayına qədər bu seçkilər elan olunmalıdır. Ondan o tərəfə saxlanılması mümkün deyil. Qanunvericilikdə tələblər var. Bu da deputatların iradəsindən asılı olmayacaq. Qanunvericiliyin tələbi olacaq. AĞ Partiya olaraq biz də seçkilərə ciddi hazırlaşırıq. Namizədlərin müəyyən edilməsi, partiyanın seçkilərdə ümumi strateji xətti və digər məsələlər müəyyən edilməkdədir. Məndən olsa, parlament seçkiləri nə qədər tez olsa, bir o qədər yaxşıdır. Yeni siyasi reallıqları özündə əks etdirən, daha dinamik, çevik, müasir zamanın çağırışlarına cavab verə biləcək, region və dünyadakı dəyişiklikləri nəzərə alan bir parlament formalaşsa, Azərbaycan üçün daha faydalı ola bilər deyə düşünürəm”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu il üçün parlament və bələdiyyə seçkilərini real görsə də, referendumun olacağını o qədər də ehtimal etmir: “Doğrudan da, son günlər cəmiyyətdə, müəyyən ictimai-siyasi koridorlarda bu il ölkədə keçiriləcək növbəti seçkilərlə-həm parlament, həm də bələdiyyə seçkiləri ilə bağlı söz-söhbətlər gedir. Eyni zamanda, müxtəlif təkliflər də səsləndirilir ki, referendum keçirilməsi məqsədəuyğundur. Artıq ölkənin bütün ərazisində konstitusion hüquq bərqərar olub, yeni bir dövrün, eranın başlanğıcındayıq. Torpaqlarımız işğaldan tam azad edildikdən sonra Azərbaycan üçün yeni bir dövr başlayıb. Buna görə də məhz prezident seçkisinin keçirilməsi bununla əlaqələndirildiyi üçün növbəti fikirlər parlament seçkilərinə yönəlib. Mən də belə hesab edirəm ki, bu il onsuz da qanunauyğun olaraq, parlament və bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 98-ci maddəsinin II hissəsində qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ili noyabr ayının birinci bazar günü keçirilir. Yəni 2020-ci ilin fevralında keçirilmiş parlament seçkilərinin beşinci ili dedikdə, bu, 2024-cü ilin noyabr ayına təsadüf edir. Noyabr ayında parlament seçkilərinin keçirilməsi konstitusiya ilə təsbit edilib. Eyni zamanda nəzərə alsaq ki, COP29 noyabr ayında keçiriləcək, o zaman belə bir möhtəşəm tədbirin keçirildiyi bir vaxtda ölkədə seçkilərin keçirilməsi təbii ki, məqsədəuyğun hesab oluna bilməz. Parlament seçkilərinin vaxtının uzadılması isə konstitusiyaya zidd olduğu üçün onda belə bir məntiq ortaya çıxır ki, Milli Məclis buraxılmaqla yenidən seçkilərin noyabrdan əvvəl keçirilməsi mümkündür. Burada da hazırda müzakirələrdə iyunun ayının sonu, iyulunun əvvəli kimi fikirlər formalaşdırılır. Düzdür, bunların hamısını ölkə rəhbərliyindən, yəni cənab prezidentdən və komandasından yaxşı bilən yoxdur. Deyilənlər müəyyən fərziyyələrdir. Hesab edirəm ki, COP29-a ev sahibliyi edəcəyiksə, noyabr ayında belə bir möhtəşəm tədbirin keçirildiyi bir zamanda parlament seçkiləri keçirilə bilməz. Bu, dövlət üçün olduqca çətin olar. Çünki COP-un qonaqlarının təhlükəsizliyi, tədbirin özünün təşkili, COP iştirakçılarının ölkə üzrə səyahətlərinin təşkili və s. kimi ortada yaranacaq bir durumun olması parlament seçkilərini həmin vaxt üçün mümkünsüz edir. Ona görə mən də belə düşünürəm ki, parlamentin buraxılması ilə bu seçkiləri 3-4 ay əvvəl keçirmək olar. Bu da iyun ayının sonu və ya iyul ayının əvvəllərinə təsadüf edir. Unutmayaq ki, dekabrın 19-da da ölkəmizdə bələdiyyə seçkiləri keçirilməlidir. Bilirsiniz ki, bələdiyyə seçkilərini də Mərkəzi Seçki Komissiyası keçirir. Ona görə də onun müddətinin uzadılması MSK tərəfindən ola bilər. Yəni 19 dekabrda deyil, bir həftə sonra da keçirilə bilər. Amma parlament seçkiləri konstitusiya ilə təsbit olunduğuna görə, əvvəldə qeyd etdiyim maddə üzrə bu il seçkilər keçiriləcək. Amma bayaq da qeyd etdiyim kimi, COP-la üst-üstə düşdüyünə görə önə çəkilə bilər”.

Gedən bu müzakirələrə iqtidar cəbhəsinin də rəsmi mövqeyini öyrəndik. Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki deputatı Elman Nəsirov belə müzakirələrin təmsil etdiyi partiya daxilində getmədiyini söylədi: “Doğrudur, mediada, eyni zamanda sosial şəbəkələrdə ölkəmizdə erkən parlament seçkilərinin, yoxsa referendumun keçiriləcəyi ilə bağlı müzakirələrin getdiyinə şahidik. Biz də bu prosesi izləyirik. Müxtəlif versiyalar səsləndirilir, fərqli variantlar dilə gətirilir. Amma bu məsələlərlə bağlı mövqeyim ondan ibarətdir ki, mən Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlardanam, eyni zamanda hakim partiyanın rəhbər qurumlarından birində - Təftiş Komissiyasında təmsil olunuram. Qeyd edirəm ki, YAP-ın nə İdarə Heyətində, nə də Təftiş Komissiyasında parlament seçkilərinin, yaxud referendumun keçiriləcəyi ilə bağlı hər hansı bir müzakirə olmayıb. Belə bir müzakirə olsaydı, xəbərim olardı. Mən də iştirak edərdim. Hazırkı vəziyyətdə bütün bu söhbətlər mülahizə səviyyəsindədir. Rəsmi olaraq, bununla bağlı heç bir mövqe yoxdur. Bununla əlaqədar müvafiq dövlət qurumlarının heç bir rəsmi məlumatına rast gələ bilməzsiniz. Ona görə də rəsmi olmayan, ancaq söz-söhbət predimeti olan məsələlərlə bağlı şərh verməyə ehtiyac yoxdur. Doğrudan da belə bir hadisə, yəni ya erkən parlament seçkiləri, ya da referendum olarsa, bununla bağlı artıq öz mülahizələrimizi ifadə edə bilərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru