Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                 

“Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” - Seyran Səxavət
Tarix: 23-03-2024, 09:29 | Çap et
“Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində”
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı Seyran Səxavətin 78 yaşı tamam olur. Bu münasibətlə Seyran müəllimi təbrik etdik, onun 78 illik həyat yoluna nəzər saldıq.

-Seyran müəllim, yaşayıb-yaradan bir yazar üçün 78 yaş ömrün hansı mərhələsidir?

-Deyirlər ömür mərhələlərdən ibarətdir. Amma əslində mərhələ-falan uydurmadır. İnsanın bir ömrü var, o da şərtidir - uşaqlıq, yeniyetməlik, cavanlıq, qocalıq... Bu ömrün fövqündə bir şey dayanır - insan.

- Nədir bəs ondan yuxarı?

-İnsandan da yuxarı onun ruhudur. Ruhun da yaşı olmur. Özümü ruhumun yaşı ilə nizamlayıram. Ruh da məni nizamlayır.

- O ruhla yola gedirsinizmi?

- Bəzən... Ruha böyük hörmətim var. Münasibətimiz də yaxşıdır. Elə böyük bir münaqişəmiz də olmayıb, əl-ələ verib bir-birimizi yola vermişik. Məni də yola vermək elə asan deyil. Ruhuma minnətdaram ki, məni yola verir. Mən də çətin adamam. Bir az kövrək, bir az da kobud... Amma çox həssasam, məni ağlatmaq heç də çətin deyil.

-Yerli telekanallara verdiyiniz müsahibələrdə bəzən həmkarlarımın sizi ağlatdığının şahidi olmuşuq.

- Əslində, özüm də bir az ağlamağa meyilliyəm. Bilirsən, qızım, bu nədən qaynaqlanır? Dostlarım hamısı gedib, mən tək qalmışam. Vay o axıra qalanın halına...

- Onlar üçün darıxırsınız?

- Darıxmaq məsələsi deyil. Mən 1964-cü ildən Bakıda yaşayıram və elə hesab edin ki, birdən-birə bu şəhəri sənin əlindən alırlar. Qadağan da etmirlər ha, əlindən alırlar. Ümumiyyətlə, şəhərini yox edirlər. O dostlarım var ha, mənsiz bir tikə çörək də yeməz, mənsiz heç yana getməzdilər. Amma bu dəfə aradan çıxdılar, məni aparmadılar. Tək qalmışam, çox çətindir... Bilirsən, qızım, qalmışam uşaq-muşaq əlində.

- Ən çox kimin üçün darıxırsınız?

- Hamısı üçün. Dostlarımla biz bir insan idik. Sadəcə, bizi bir neçə adam şəklinə bölüb atmışdılar bu dünyaya. Yəni bu, darıxmaq deyil. Bir dəfə verilişlərin birində dedilər ki, Fuad Poladovu necə xatırlayırsınız? Dedim ki, mən Fuad Poladovu heç vaxt xatırlamıram. Olmayan adamı xatırlayırlar. Fuad mənim üçün bu gün də var, dostluğumuz hələ də davam edir.

- Müsahibələrinizin birində demişdiniz ki, Fuad Poladov gəlib sizin oxuduğunuz universitetə, sizə salam verdikdən sonra tələbə yoldaşlarınızın yanında hörmətiniz artıb.

- “Blatım” qalxmışdı e. Mən Şərqşünaslıqda oxuyurdum. Azərbaycan şöbəsi olsa da, orada tələbələr rus dilində danışırdılar. Mən də rayondan gəlmiş, saf kənd uşağı. Özümü burada qərib hiss edirdim. Tamam başqa bir mühit idi. Baxmayaraq ki, onlar rus dilində danışırdılar, sonra onların hamısı ilə yaxın oldum. Amma dünyanın məşhur dillərindən başqa, bir dili də var. Hər fərdin öz dili var. Elə şeylər var, onları fərdin öz dilində demək lazımdır ki, birbaşa onluğa dəysin. Həyat son dərəcə qəlizdir... Biz çox əziyyət çəkdik. Xüsusən də son 30 ildə. Dostlarımla Rəşid Behbudov adına Mahnı Teatrına yığışırdıq. Ağır günlər idi, Qarabağı itirmişdik, başıaşağı gəzirdik, dili gödək, üzüqarayıq...

- Qeyd etdiniz ki, 30 il başıaşağı, üzüqara gəzirdiniz. Bəs indi necə?

- Başıaşağı gəzirdik ona görə ki, erməni dığası gəlib oturmuşdu evimin içində, stolmun yuxarı başında. İndi onları məhv etdik, Ali Baş Komandanımız demişkən, onları iti qovan kimi qovduq. 28 il bundan qabaq Qarabağ işğal olunanda dedim nə qədər ki, Qarabağ erməni işğalı altındadır lap aşağıdan yuxarıya qədər kim özünü kişi hesab edirsə, etsin, mən özümü kişi hesab eləmirəm. Kişilikdən istefa verirəm. Amma məlum hadisələrdə mənə zəng gəldi, dedilər ki, sizə Şuşadan zəng edirik. Kişilikdən istefa barədə ərizənizə baxıldı və ərizəniz qəbul olunmadı.

- Bu gün 18 yaşlı rayondan gələn saf, təmiz Seyran Səxavətlə qarşılaşsaydınız, ona nə deyərdiniz?

- Mərhum sənətkarımız Qədir Rüstəmovdan ilk və son müsahibəni mən almışam. Bir dəfə ona sual verdim ki, “səsiniz batsa, nə edərsiniz?”. Dedi ki, səsim batanda gələrsən deyərəm. İndi bu 18 yaşında Seyranla görüşməyim çətin məsələdir. O Seyran xeyli səhvlər edib, aydan arı, sudan duru olmayıb. Odsuz yaşaya bilmərik, amma odun bir ucu həyatdırsa, bir ucu da ölümdür. İnsan da bunlara oxşayır.

- Özünüz haqqında danışarkən qeyd etmisiniz ki, “İçimdə bir Seyran Səxavət ssenarisi var. Allahın mənə yazdığı ssenariləri oxuyuram”. Adətən ssenariləri siz yazırsınız. Allahın yazdığı bu ssenariyə hər hansı şikayətiniz yoxdur ki?

- Bu elə bir ssenaridir ki, onu redaktə etmək, yenidən yazmaq... İlahinin yazdığı ssenarini dəyişməyə kimin nə haqqı var? İndi başa düşürəm ki, mən o ssenaridə baş rolu - Seyran Səxavəti çox oynamamışam.

- Əlinizdə redaktə imkanı olsaydı, nələri dəyişərdiniz?

- Qələmim o qüdrətdə olsaydı, bizə kimi qonşu verirsə-versin, ermənini qonşuluqdan çıxarmasını yazardım. Onları hara salırsa- salsın, bizim qonşuluğumuzda salmasın.

Daha sonra 1813-1828-ci illərdə “Gülüstan və Türkmənçay” müqavilələrini yazmağa qoymazdım. O müqavilələr bizi iki hissəyə parçaladı.

- Demisiniz ki, təəccüblənməyən adamdan heç nə çıxmaz. Bu gün Seyran Səxavəti nə təəccübləndirir?

- Təəccüblənməyən adam ölüdür, tabutdur. Bu gün bir şeyə təəccüblənirəm ki, indi insalar heç nəyə təəccüblənmirlər. Bu, bəşəriyyətdə öz-özünə tormuzlanma yaradır. İnsan beynində iki milyondan artıq hüceyrə var, hər dəfə təəccüblənəndə onlardan 5-6-sı açılır. Açılmayanda sən olursan bir meyit, yaxşı qoyun əti.

- Bu gün telekanallarda bayağı verilişlər, ailə-məişət mövzuları tez-tez təqdim olunur. Bu məsələyə münasibətiniz necədir?

- Bu mövzuya heç mənim münasibətim yoxdur. Bunun özü də bir münasibətdir. Mən iyərnirəm, ürəyim bulanır onları görəndə. Ailə nədir, nə zaman ailə olur? Ailə sirri deyilən bir şey var. Reytinq xatirinə, pul xatirinə... Mən o pulu onlara halal eləmirəm. Azərbaycan televiziyasında antisanitariya ilə məşğuldurlar. Onları bağışlamıram. Onların qazandıqları pul burunlarından gəlsin, haramları olsun. Həmin verilişlərə də elə adamları ekspert kimi çıxarırlar ki, özünün min problemi var. Durub rayondan gələn bir avam insana ağıl verir. O rayondan gələnə də deyən lazımdır, oradan bura bax nəyə gəlmisən, nə gəzirsən verilişdə? Bizdə milli şüur sıfırdan aşağıdır. Milli şüuru tənzimləyən, cilalayan təhsildir. Təhsil isə milli şüurun özündən də aşağıdır. Onun özünün köməyə ehtiyacı var. Darmadağın olub. Ümumiyyətlə, bizdə bütün dəyərləri vururlar. Bəzən düşünürəm ki, sanki bizdə bir təşkilat var, ancaq Azərbaycan dəyərlərini vurmaqla məşğuldur.

- Bir dəfə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı çıxmısınız.

- Komitəyə qarşı çıxmamışam. Komitənin adına qarşı çıxmışam, yaxşı da eləmişəm. Ailə, Qadın, Uşaq Problemləri üzrə... Bəs biz kişilərin ailəyə aidiyyəti yoxdur? Kişinin ailəyə aidiyyəti yoxdur? O qədər absurd və gülməli addır ki... Kim qoyub bu qurumun adını? Elə ad olar? Elə “Ailə” komitəsi olsun də. Ailəyə qadın da gedir, uşaq da.

- Bu gün əsas mövzulardan biri Qarabağın işğaldan azad olunmasıdır. Niyə Qarabağdan bəhs edən ssenari yazmırsınız deyəndə qeyd etmisiniz ki, “Qarabağ artıq ədəbiyyat mövzusu olmaqdan çıxıb. Xalqa kitabda alınan Qarabağ lazım deyil”. Bəs bu gün necə düşünürsünüz?

- Biz Qarabağı kitabda yox, həyatda azad etdik. O vaxt bu fikri çox hikkə ilə demişdim ki, Qarabağ ədəbiyyat mövzusu deyil, onu döyüşərək, döyüş meydanında almaq lazımdır. Kitabda, romanda alınan Qarabağ mənə lazım deyil. Hələ ki, bu fikirdəyəm, bəlkə sabah başqa bir fikirdə olacam, bilmirəm. Azərbaycan əsgəri, Ali Baş Komandan elə bir ssenari yazdı ki... Mən hərifəm? Oturum ssenari yazım, onun yanında adi görünsün?

- Ötən ay dünyaca məşhur alimimiz Rafiq Əliyevlə söhbətimizdə qeyd etdi ki, coğrafi ərazilərimizi işğaldan azad edə bilsək də, mənəvi ərazilərimiz hələ də işğal altındadır. Bu fikirlə razısınızmı?

- Rafiq Əliyev dünya masştablı şəxsiyyətdir. Dostum olduğu üçün demirəm, düz deyir. Mənəvi ərazilərimizi azad edib müəyyən səviyyəyə qaldırmaq üçün bizim yaxşı təhsilə ehtiyacımız var.

- Maraqlı söhbət üçün təşəkkür edirik. Seyran müəllim, son olaraq yeni yaşınızda özünüzə nə arzu edirsiniz?

- Allah onu nəzərə almır. Gərək insanlar sənə nəsə arzu etsin. O kişidən bir diləyim var ki, mən həmişə at belində, hərəkətdə olmuşam. Məni o tərəfə aparanda bir anın içində, yuxudan aparsın. Bu zamana qədər heç kimə əziyyət verməmişəm, vermək də istəmirəm.

- Doğum gününüzü necə qeyd edəcəksiniz?

-Dostlarım əlaqə saxlayır. Hərə bir yerə dəvət edir. Mən plan qurmuram, nə plan quracam? Ən böyük plan odur ki, dünyaya gəlmişəm.

Moderator.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru