Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                 

"Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər" - Partiya sədri
Tarix: 19-03-2024, 11:00 | Çap et
"Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər"
Bəllidir ki, Rusiya Qərbə üz tutacağı təqdirdə Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələyir: bu o deməkdir ki, Kreml Paşinyanın siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin taleyi qeyri-müəyyən olaraq qalır. Hərgah son vaxtlar danışıqları intensivləşdirmək yönündə hərəkətlənmələr, səylər artmış kimi görünür. Hətta bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirinədək sülh sənədinin imzalana biləcəyi, Nikol Paşinyanın da Azərbaycana gələ biləcəyi haqda ümid və gözləntilər səslənib. Prezident İlham Əliyev bu xüsusda ötən həftə XI Qlobal Bakı Forumunun açılışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan sülhə hər zamankındən daha yaxındır. “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymağın vaxtı yetişib”, - Prezident əlavə edib. Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan da hazırda Azərbaycanın və Ermənistanın sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb.

Bu arada Ermənistan XİN-i müxalifət deputatlarına Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifləri ilə tanış olmağa imkan verməyib. Qadağa barədə sosial şəbəkələrdə parlamentindəki müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan bildirib. Deputat deyib ki, Bakının fevralın 23-də təqdim etdiyi son təkliflər paketi ilə tanış olmaq xahişini XİN rədd edib. Nazirlik hesab edib ki, məlumatların ilkin mərhələdə açıqlanması danışıqlara mane ola və sazişin yanlış təfsirinə səbəb ola bilər. Lakin Manukyana görə, imtina üçün heç bir hüquqi əsas yoxdur. O, sənədlərə girişin qadağan edilməsinin daha əvvəl müxalif erməni deputatlar üçün razılaşmaların mövcudluğundan narazılığını bildirən Azərbaycanın təzyiqinin nəticəsi olduğunu iddia edib. Onun sözlərinə görə, Ermənistan XİN-in bu qərarı deputatların ictimaiyyəti məlumatlandırmaq işini çətinləşdirmək və bilərəkdən çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Yada salaq ki, bu ilin yanvarında müxalifət deputatları Azərbaycanın təklifləri ilə tanış olmuşdular. O zaman Manukyan açıq şəkildə bildirmişdi ki, Bakının təklifləri sülh yolu ilə nizamlanmaya kömək etmir. Buna cavab olaraq Ermənistan XİN deputatlara gələcəkdə bu cür sənədlərə girişin məhdudlaşdırıla biləcəyi haqda xəbərdarlıq etmişdi. Maraqlıdır ki, məhz belə bir qadağa fonunda XİN rəhbəri Ararat Mirzoyan ötən həftəsonu bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə, delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi 1991-ci il sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır. “Hazırda iki ölkənin mövqeləri hətta bir ay əvvəlkindən də yaxındır”, - nazir vurğulayıb. Bəlkə elə buna görə sənədin məzmunu erməni müxalifətindən gizlədilir? Doğrudanmı Bakı İrəvan sülh müqaviləsini imzalamağa heç vaxt olmadığı qədər yaxındır? Bakının son təkliflər paketində nə var və demək olarmı ki, İrəvan onunla razılaşmaq üzrədir?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, bir müddət əvvəl parlamentin müxalifətdən olan üç deputatı iqtidardan sülh mətni ilə tanışlığı istəmişdi: “O zaman sülh mətni, delimitasiya prosesi ilə bağlı görüş olmuşdu, məzmunu onlara çatdırılmışdı. Sonra həmin erməni deputatlar açıqladılar ki, mətndə narahatedici məqamlar var və Azərbaycanın şərtləri ağırdır, əgər qəbul olunarsa, o halda Ermənistanı böyük problem gözləyir. Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər”. A.Əlizadənin fikrincə, görünür ki, bəzi məsələləri ictimaiyyətdən gizlətməyə çalışırlar: “Bu prosesin uzanması həm də onu deməyə əsas verir ki, Azərbaycan mövqeyində israrlıdır”. Partiya sədrinin sözlərinə görə, onlar da istərdi ki, sülh mətni ilə tanış olsunlar: “Biz ən çətin məqamlarda dövlətin yanında olmuşuq, dövlətçiliyi dəstəkləmişik. Əgər bəzi məsələlərin açıqlanması məsləhət deyilsə, ən azı siyasi təşkilatlarla bunu bölüşmək olar. Xatırlayıram ki, mərhum Heydər Əliyevlə partiyaların birgə iclası olmuşdu, qapalı tədbirdə Qarabağ məsələsi müzakirə olunmuşdu. Bu dəfə də belə bir toplantı mümkündür və siyasi təşkilatlar dövlətçiliyin maraqları naminə ictimaiyyəti sülhlə bağlı yönləndirmək istiqamətində addımlar ata, ümumi işə fayda verə bilər”.

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqladı ki, erməni iqtidarı sənədi müxalifətdən daxili təpkilərə görə gizlədir: “Paşinyan komandasına elə gəlir ki, müxalifət sənədlə tanış olduqdan sonra ictimai rəydə manipulyasiya edə biləcək. Yəni siyasi qüvvələr iqtidarı təslimçilikdə, torpaq verməkdə, iddialardan əl çəkməkdə ittiham etməyə başlayacaqlar. Müxalifət bəyan edəcək ki, sənəd Ermənistanın milli maraqlarına uyğun deyil, xalqın istəklərini fadə etmir və hakimiyyətin güzəştə getmək aktıdır. Bunu bildikləri üçün mətni müxalifətin əlinə vermirlər. Çünki bir dəfə eyni aqibət yaşanıb. O səbəbdən müxalifət daxili auditoriyada populyarlıq qazanmasın, iqtidar satqın obrazında təqdim olunmasın deyə danışıqların detallarını gizlədirlər”. VHP funksioneri qeyd etdi ki, sülhün alternativi olmadığını erməni müxalifəti də dərk edir, sadəcə, iqtidara basqı etməkdədirlər. S.Əsədli bildirdi ki, Paşinyan cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: “Ona görə bəyan etdi ki, xalq istəyəndə referendum olacaq. Qanunvericiliyə dəyişiklik üçün münbit siyasi şərait gözləməkdədir. Sonra Müstəqillik Aktından ərazi iddiaları referendumda dəyişikliklərlə aradan qaldırılacaq. Bunu indi edəcəyi təqdirdə müxalifət iqtidarın üzərinə getməyə başlayacaq. O cəhətdən həm sülh danışıqlarının məzmunu müxalifətə təqdim olunmur, həm referendum keçirilməsi üçün tələskənliyə yol vermək istəmirlər. Hər halda, Böyük Britaniyanın baş nazirinin sözləri də kifayət qədər cəlbedici idi. Rişi Sunak eyham vurmuşdu ki, COP29-dək tarixi sülh müqaviləsinin imzalanması istisna deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru