İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                 

İlqar Məmmədov yenə təkrar seçki istəyir - gec deyilmi?
Tarix: 1-07-2022, 08:54 | Çap et
İlqar Məmmədov yenə təkrar seçki istəyir
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır.

125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur.

Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub.

116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.

55 saylı Xaçmaz şəhər dairəsindən deputat Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs edilib, hazırda 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası çəkir. Cəza hökmü 2022-ci il fevralın 28-də qanuni qüvvəyə minib və Eldəniz Səlimov mandatını itirib.

50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadə dövlət orqanlarında vəzifəyə keçdiyi üçün Mərkəzi Seçki Komissiyasının 17 mart 2022-ci il iclasında onun mandatına xitam verilib.

Seçki etibarsız sayıldığı halda təkrar seçki, deputat mandatı boş qalanda əlavə seçki təyin edilməlidir. Ancaq belə qərarlar olmayıb.

İlqar Məmmədov Prezidentə müraciətində qeyd edir ki, 7 dairədə yaşayan 380 mindən çox seçici uzun müddətdir Milli Məclisdə təmsilçisiz qalır: “Parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub deyə toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirak vətəndaşların haqqıdır”.

İlqar Məmmədov həmçinin bildirir ki, REAL Partiyası 33 və 35 saylı dairələrin ümumilikdə 1651 seçicisindən seçki istəyi haqda imzalar toplayıb, həmin imzalar məktuba əlavə olunub.

Hökumət niyə müxalifətlə bu məsələdə uzlaşmır? Dairələrdə təkrar seçki keçirmək artıq gec deyil ki? Payızda ola bilərmi? diaaz.space-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, REAL Partiyasının sədrinin müraciəti normaldır. Qanunvericiliyə uyğun olaraq, boş dairələrdə deputat seçkiləri 6 ay ərzində keçirilməli idi: “Amma pandemiya meydana gəldi və buna görə boş dairələrdə seçkilər vaxtında keçirilmədi. Nəticədə iki il yarıma yaxındır həmin dairələr deputatsız qalıb. Növbəti parlament seçkilərinə iki il yarım qalıb. Bu da az müddət deyil. Boş dairələrdə təkrar seçkilər keçirilə bilər. Qanun buna qadağa qoymur. Seçkinin keçirilməsinə ehtiyac var. Seçicilərin hüquqlarının qorunması üçün onların dairəsində deputatlar seçilməlidir. Seçkinin məhz bu payız olub-olmayacağını isə dəqiq söyləyə bilmərəm. Bunu ancaq hakimiyyət bilir. Sadəcə, ara-sıra yayılan xəbərlərə görə, islahatlarla əlaqələr referendum ola bilər və boş dairələrdə seçkilər də o zaman keçirilə bilər”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, deputatsız qalmış dairələrə seçkilərin keçirilməsi konstitusiyanın tələbidir: “Qarşıda hazırkı Milli Məclisin 2 il yarımdan bir qədər artıq müddətinin qalması o deməkdir ki, təkrar seçkilərin keçirilməsi hələ gec deyil. Konstitusiyada göstərilir ki, Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Bu gün isə Milli Məclis 118 deputatla fəaliyyət göstərir. 400 minə yaxın seçicinin də hüquqları var. Bu amillər həmin dairələrə seçkilər indiyə qədər keçirilməliydi. Heç olmasa, bundan sonrakı dövrdə qarşıdakı payız aylarında keçirilməlidir”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, boş qalan dairələrdə seçkilər keçirilməsi qanunvericiliyin tələbi olsa da, hələ də seçkilər keçirilməyib və nədən buna gedilmədiyi suallar yaradır: “İndiyə qədər pandemiya ilə əsaslandırırdılar. İndi pandemiya problemi də aradan qalxmış sayılır. Müxalifətdən tez-tez müraciətlər olsa da, nəticəsi yoxdur. Müxalifətin bu məsələdə hakimiyyətə təsir etməyə gücü çatmır. Mən hesab edirəm ki, boş dairələrdə seçkilər keçirilməyəcək. Qəfil növbədənkənar seçkilərə gedilməyəcəksə, indiki parlamentin müddəti 2024-cü ildə başa çatır, seçkilər məhz o zaman olacaq. Yəni haqqında söhbət gedən dairələr böyük ehtimalla sona qədər elə boş da qalacaq. Hökumət təmsilçiləri deyirlər ki, boş dairələrin yerləşdiyi rayonlardakı digər dairələrin deputatları var, seçicilər hər hansı məsələ və problemləri ilə bağlı həmin deputatlara da müraciət edirlər və edə bilərlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru