Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                 

Aeroportda Rəsul Quliyevdən 1 milyon dolları kim çırpışdırmışdı? - ƏN YAXIN TARİX...
Tarix: 4-06-2022, 11:28 | Çap et
Aeroportda Rəsul Quliyevdən 1 milyon dolları kim çırpışdırmışdı?
4 iyun 1993-cü il… Bu gün müasir Azərbaycan tarixinin ən qara və qaranlıq səhifələrindən biridir. Ona görə ki, məhz bu gün qardaş-qardaşın qanını axıtdı. Bu günün qalibləri olmadı. Hər kəs məğlub idi. O gün miilli birliyimiz çox böyük zərər gördü. Bir çox dəyərlərimiz məhz o günlər dəfn edildi.

Surət Hüseynov niyə qiyama qalxdı?

1992-ci ilin payızında yenicə formalaşan Azərbaycan ordusu Qarabağda zəfər yürüşünə başladı. Bir neçə aya ordu dəstələrimiz Ağdərəni, Əsgəranı və digər bölgələri erməni işğalından azad etdi.

Lakin hansısa gizli əl tərəfindən Azərbaycan ordusunun zəfər yürüşü dayandırıldı. Cəmi bir-neçə gün ərzində yüzlərlə şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarımız yenidən ermənilərə təslim edildi.

AXC-Müsavat hakimiyyəti qələbəyə bu qədər yaxın ikən nəyə görə təslimçiliyə getdi? Bu sualların cavabı 30 ildir ki, bilinmir.

Bilinənsə odur ki, Vətənimizin bu dilbər guşəsi döyüş meydanlarında deyil, siyasi oyunlarda ermənilərə təslim edildi. Bir də o bilindi ki, bu təslimçilik olayından sonra Surət Hüseynovla AXC-Müsavat iqtidarı arasında ciddi fikir ayrılıqları yarandı. Sonradan isə bu düşmənçiliyə qədər inkişaf etdi.

1993-cü ilin fevralında Fərəc Quliyev AXC Ali Məclisinin adından bəyənat yaydı. Bəyənatda Surət Hüseynovun fəxri adının və müstəsna səlahiyyətlərinin geri alınması hakimiyyətdən tələb olunurdu. Lakin nədənsə Məclisin bu qərarı eşidilmədi.

Bununla belə artıq körpülər yandırılmışdı. Surət birmənalı şəkildə AXC-Müsavat iqtidarını qəbul etmirdi və ciddi konfrantasiyalara gedirdi.

Surət Hüseynov öz hərbi birləşmələrini Gəncəyə toplayaraq öz idarə-üsulunu bu zonada tətbiq etmişdi. Məhz bundan sonra Surət Hüseynovu cəzalandırmaq üçün iyunun 2-də AXC-Müsavat iqtidarı ölkədə fövqəladə vəziyyət elan etmədən Gəncəyə qoşun yeridilməsinə qərar verdi. Nəticədə qardaş qanı axıdıldı.

Silahların danışması vəziyyəti daha da gərginləşdirdi. Gəncəyə gələn baş prokuror İxtiyar Şirinov və digər rəsmi şəxslər Surət Hüseynovun silahlı dəstəsi tərəfinə keçdi. Bu azmış kimi baş prokuror Prezident Elçibəyin həbs olunması barədə əmr imzaladı.

1998-ci ildə İxtiyar Şirinovdan müsahibə alarkən bu həbs qərarının hansı zərurətdən doğduğunu soruşdum. Onun cavabı gözlədiyimdən qısa oldu: “Mən bu addımı atmasaydım, Surət bizi öldürəcəkdi”.

Əslinə baxsan İxtiyar Şirinovun dediyində həqiqət var idi. Çünki, öz ordusu ilə Nəvahi stansiyasına qədər gələn Surət Hüseynov iyunun 13-də AXC-Musavat hakimiyyətinə ultimatum vermişdi ki, “3 günə istefaya getməsəniz, gəlib hamınızı Azadlıq meydanında quracağım dar ağacından asajam”. Təbii ki, bütün bunlar o zaman ölkədə yaranmış hərbi-siyasi qarşıdurmanın acı mənzərəsi idi.

Lakin unutmayaq ki, AXC-Musavat iqtidarını təkcə Surət Hüseynov laxlatmadı. Bu cütlüyün hakimiyyətinin sonunu gətirən əsas səbəb siyasi səbatsızlıq, anarxiya və Pənah Hüseynov demiş “pezpridel” idi.

Pənah Hüseynov baş nazir kimi nədən narazı idi?

Vaxtilə Nazirlər Kabinetində işləmiş bir tanışım danışır ki, Pənah Hüseynov baş nazir kimi fəaliyyətə başladığı gün bir qucaq sənədlə onun qəbuluna getdim. Sənədlərin çoxluğundan gözü böyüyən Pənah bəy təəccüblə soruşdu ki, “bunlar nədir?” Dedim ki, “icrası vacib sənədlərdir. Baxmalısınız, sonra da aidiyyatı üzrə şöbələrə yazmalısınız”. Bu sözlərimdən xeyli kefi pozulan Pənah bəy “Ayə, tay denən, işimiz var dənə…” deyib başını buladı.

Bax, o vaxt hakimiyyətdəkilərin tutduqları yüksək posta yanaşması məhz bu cür idi. O zamanlar Rəhim Qazıyevin, İskəndər Həmidovun hərəkətləri nəinki nazir vəzifəsinə, heç statistik orta azərbaycanlı davranışına uyğun gəlmirdi.

Rəsul Quliyev İskəndər Həmidovla Rəhim Qazıyev 1 milyon dollar niyə vermişdi?

O illərdə Rəsul Quliyev “Azneftyağ” İB-nin baş direktoru idi. Bu zavod emal etdiyi neft məhsullarının bir hissəsini xaricə satırdı. Təbii ki, yeni müstəqillik qazanan ölkədə normal bank fəaliyyəti də yox idi. Ona görə də bütün xarici ticari əlaqələr nağd hesablaşma ilə aparılırdı.

Bir gün Rəsul Quliyev 1 milyon dollarla xaricdən qayıdırmış. Bunu eşidən o vaxtki, Daxili İşlər naziri İskəndər Həmidov və Müdafiə naziri Rəhim Qaziyev hava limanındaca Rəsul Quliyevi yağmaladılar. O zaman bu məsələ xeyli müzakirə olundu.

Bir dəfə jurnalistlərdən biri İskəndər Həmidovdan həmin 1 milyonun taleyini soruşanda, o təbirini pozmadan dedi ki, “o pulun yarım milyonu mənim seyfimdədir, qalanını isə gedin Rəhim bəydən soruşun”. Ən qəribəsi odur ki, bu olaydan az sonra Rəsul Quliyev birdən birə baş nazirin müavini təyin edildi.

Leyla Yunus “JEK” işçilərini necə döydürdü?

Belə dəhşətli faktlar o günlərin acı reallığı idi. Nazirlər bir yana hətta xırda məmurlar da at oynadırdı. Müdafiə Nazirliyinin o vaxtkı mətbuat xidmətinin rəhbəri, indiki “ədalət aşiqi”, “siyasi mühacir” Leyla Yunusu bir gün evə gələndə baxır ki, su gəlmir. Soruşanda deyirlər ki, həyətdə “jek”-in işçiləri nəsə iş görür. Ona görə də su kəsilib”. Bundan qəzəblənən Leyla xanım bir dəstə hərbçi ilə fəhlələrin üstünə gedir, onları yaxşıca əzişdirtdirib və qeyzlə “siz kimsiniz ki, mənim suyumu kəsirsiniz”, – deyib…

Əbülfəz Elçibəy: “Burda nə var ki?!”

Təbii ki, bu özbaşnalıqlar AXC- Musavat iqtidarının sonunu gətirdi. Və iyunun 17-də prezident Əbülfəz Əliyev heç kimə heç nə demədən Kələkiyə getdi. 1998-ci ildə Əbülfəz Əliyev Bakıya dönəndən sonra “Azadlıq” qəzetinin redaksiyasında ilk dəfə mətbuat konfransı keçirirdi.

O vaxt bu tədbirdə mənim Əbülfəz bəyə ünvanladığım “Siz Azərbaycan gəmisini batan zaman kapitan kimi onu xilas etmək əvəzinə fərarilik edib qaçdınız.

Bu günsə heç nə olmamış kimi geri döndünüz. Qorxmursunuz ki, xalq sizə gülə? – sualıma bəyin verdiyi “orijinal” “Təbii şeydir, gülən də olacaq, ağlayan da. Burda nə var ki?!” cavabı uzun illər acı təbəssümlə xatırlandı.

İsa Qəmbər nəyi etiraf etdi?

Nəhayət, 15 iyunda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətini dağılmaqdan, xalqımızı vətəndaş müharibəsindən qurtarmadı, həm də AXC-Musavat iqtidarını Surət Huseynovun Azadlıq meydanında quracağı dar ağacından xilas etdi.

1993-cü ilin iyun ayının 21-də Milli Məclisin iclasında İsa Qəmbərin yalvarışla Heydər Əliyevə söylədiyi “Heydər bəy, biz sizin siyasi və dövlətçilik təcrübənizə çox inanırıq.

Ümid edirik ki, tezliklə ölkəmizi bu vəziyyətdən qurtaracaqsınız…” fikirləri o vaxtlar əslində bir təşəkkür mesajı kimi qəbul edildi. Ona görə də bu adamlar ölənə qədər Heydər Əliyevin ruhu qarşısında borcludurlar.

Surxay Atakişiyev, Bizim.Media










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru