
Müğənni Xatirə İslam bu gün "Həmin Zaur" verilişinə qarlı hava səbəbindən taksi ilə gəlib.
Axşam.az xəbər verir ki, o, ilk növbədə proqrama öz maşını ilə gəlmək istəsə də, fikrindən daşınıb. Sənətçi bunun səbəbini belə izah edib:
"Evdə məsləhətləşdim ki, bu gün öz maşınımla verilişə gəlim. Sonra taksidən istifadə etmək qərarına gəldim. Çünki dünən piyada yürüyüş edirdim. Parkın kənarında maşınlar var idi. Biri evinə, digəri isə restorana gəlmişdi. Gördüm ki, bir maşın yolun kənarında dayanan avtomobilin arxasına çırpıldı, amma heç çönüb baxmadı, sürüb getdi. Mən də fikirləşdim ki, birdən maşını saxlayaram, kimsə gəlib vurar. Ona görə taksi ilə gəldim, əladır".