"44 günlük müharibədən əvvəl, savaş zamanı və ondan sonra Moskvanın mövqeyində müsbətə doğru dəyişiklik yoxdur" - deputat
Tarix: 25-08-2021, 08:20 | Çap et
 Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada rusların “silah baronları” ilə görüşüb. Karapetyan hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyevlə bir araya gəlib. Karapetyanın “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbəri ilə də görüşü gözlənilir. “İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. Ermənistan Rusiyadan 4 Su-30SM döyüş təyyarəsi almışdı. Lakin raketləri olmadığı üçün müharibədə istifadə edə bilməmişdilər.
Görünür, raketləri bundan sonra almağı planlaşdırırlar. Bununla yanaşı, Ermənistan 44 günlük müharibədə itirdiyi 366 tankın yerini doldurmağa çalışır. Rusiya da həm Ermənistanda təsir imkanlarını saxlamaq, həm də Azərbaycanı rus silahı almağa təşviq etmək üçün dağılmış erməni ordusunu yenidən qurur. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti Rusiyaya Ermənistanı silahlandırmamaqla bağlı çağırış etmişdi. Dövlət başçısı bəyan etmişdi ki, Rusiyanın Ermənistanı silahlandırması mövcud reallığı dəyişməyəcək . Ermənistan ordusunun silahlandırılması ilə bağlı “Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı 200 illik siyasəti göz önündədir. Deputatın sözlərinə görə, ortada tarixi faktlar var, heç bir ölkəyə şər-böhtan atılmır:
“Hansısa dövlətə, ələlxüsus qonşu ölkələrə qarşı qərəzli mövqe sərgiləmirik. Sadəcə real durumu dəyərləndiririk, gördüyümüzü deyirik. Özünü “millət” adlandıran erməni tör-töküntüsünü dünyanın müxtəlif yerlərindən Azərbaycanın tarixi torpaqlarına köçürüb, onlara uydurma “dövlət” yaradan Rusiya olub. Əvvəl çar, sonra sovet rusiyası eyni siyasəti davam etdirib. İndiki Rusiya Federasiyası da fərqli siyasət yeritmir. Rəsmi Bakı qonşu Rusiya ilə ikili əlaqələrdə daim səmimi olub. Verdiyimiz vədlərə, imzaladığımız sənədlərə sadiq qalmışıq. Tərəfdaşlıqda, əməkdaşlıqda ikili oynamamışıq. Ancaq Rusiyadan həmişə qeyri-səmimilik, riyakarlıq, pərdəarxası oyunlar görmüşük. 44 günlük müharibədən əvvəl, savaş zamanı və ondan sonra Moskvanın mövqeyində müsbətə doğru dəyişiklik yoxdur. Rusiya müxtəlif yollarla, bəzən İran ərazisindən istifadə etməklə Ermənistana xeyli silah-sursat, hərbi texnikalar daşıyır. Dəfələrlə çağırış edilməsinə, xəbərdarlığa rəğmən, Kreml erməniləri silahlandırmaq, revanşist qüvvələrə qol-qanad olmaqdan vaz keçmir. Axı 10 noyabr üçtərəfli bəyanatın altında Rusiya rəhbərinin də izması var. Rusiya öz imzasına xilaf çıxır, verdiyi sözə xəyanət edir”.
Parlament üzvü vurğulayıb ki, Ermənistanı silahlandıran Rusiyanın məqsədi bizə məlumdur:
“Moskva bölgədə əbədi qalmaq, regiondakı nüfuzunu itirməmək üçün münaqişə ocağının tamamilə sönməsində maraqlı deyil. Rusiya bölgədə daimi sülhün bərqərar olmasını istəmir və atdığı addımlarla bunu sübuta yetirir. Əslində Rusiyanın “sülhməramlı” adı ilə bölgəmizə soxulmasının əsas məqsədi öz mövcudluğunu və maraqlarını qorumaqdır. Məqsədlərinə nail olmaq üçün Ermənistanı gücləndirmək yolunu tutur, Qarabağdakı separatçılarla sıx əməkdaşlıq qurur, onları himayə edirlər. Münaqişəni yenidən alovlandıraraq sübut etməyə çalışırlar ki, guya bölgədə gərginlik var və Rusiya gedərsə, qan su yerinə axar. Rusiyanın davranışı və hərəkətləri qonşuluq prinsiplərinə, sülhməramlı missiyasına daban-dabana ziddir. Çox yanlış və təhlükəli mövqedir. Dövlət başçısı İlham Əliyev bəyan edib ki, biz qələbəmizi və mövqeyimizi möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Ərazi bütövlüyümüz tam bərpa olunacaq və əbədi qoruyub saxlayacağıq. Daxilimizdəki kiçik tör-töküntüləri də tezliklə təmizləyəcəyik. Qələbəmizin nəticələrini saxlamaq üçün bütün mümkün vasitələrdən, imkanlardan yararlanacağıq. Başqa yolumuz yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Bu gün, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Bu gün, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Bu gün, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Bu gün, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Bu gün, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Bu gün, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Bu gün, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
|