Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                 

“Xankəndidə kimlərisə həbs etməsək, sonra gec olacaq” - Deputatdan ÇAĞIRIŞ
Tarix: 14-08-2021, 09:40 | Çap et
“Xankəndidə kimlərisə həbs etməsək, sonra gec olacaq”
Milli Məclis üzvlərinin istirahət dövrü, yay tətili günləri olsa da, bəzi parlamentarları seçicilərinin yanında görürük. Parlamentdə fəallığı ilə seçilən deputatların tətil günlərindəki fəallığı da diqqət çəkir. Müsahibimiz, deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də belə deputatlardandır. Onunla aktual mövzulardan bəhs edən söhbətimizi təqdim edirik:

- Razi bəy, sizdən fərqli olaraq, bəzi həmkarlarınızın səs-sorağı uzaqlardan gəlir bu isti yay günlərində. Siz tətilinizin bundan sonrakı hissəsini harada keçirməyi düşünürsünüz?

- Uzaqlara gedə bilmədim. Rayonlarda oluram və dediyim kimi, xeyli insan yaxınlaşır və dərdini deyir. Bəzən yemək süfrəsi arxasında axıra kimi oturmaq olmur. İnsanları qınamaq olmaz, çünki məmurlar onlar üçün əlçatan deyil. Görür ki, deputatdır, tez yaxınlaşır ki, yenə pis-yaxşı deputatın yuxarılara çıxışı var. Hamı da yuxarılara çıxış əldə etmək istəyir, çünki aşağı səviyyədə çox az məsələ həll olunur. Problemin aşağı səviyyədə həll olunması üçün gərək yuxarı səviyyədə deyilsin. Reallıq budur və biz də işlə-istirahətin sintezini yaradırıq. Sonunda kimlərsə kasıbın, məzlumun və çarəsizin də yanında dayanmalıdır axı.

- Bu arada, Qarabağ separatçılarının həyasız davranışları, buradakı qanunsuz silahlı birləşmələrin yenidən müdafiə mövqeləri qurması, məsələyə Azərbaycan Müdafiə Nazirliyinin sərt reaksiyası, Rusiyaya ünvanlı xəbərdarlıq günün əsas mövzularındandır. Sizcə, Rusiya Bakının bu xəbərdarlığından nəticə çıxarıb, erməni silahlıların bölgədən çıxarılması istiqamətində hərəkət edəcəkmi, yoxsa Azərbaycan ordusu təmizləmə əməliyyatını üzərinə götürməli olacaq? Kreml niyə öhdəliklərə sadiqliyi İrəvandan və Qarabağdakı silahlı tör-töküntülərdən tələb etmir? Azərbaycana qarşı hansısa məkrli plan işə salına bilərmi?

- Rusiyanın Qarabağdakı fəaliyyəti çox narahat edici və bizim üçün təhlükəlidir. Çünki biz özümüzü üzüyola göstəririk. Laçın koridoruna Azərbaycan hərbi birləşmələri yeridilməlidir və deyilməlidir ki, 10 noyabr razılaşması Ermənistan və Rusiya tərəfindən pozulduğuna görə biz bunu etməyə məcburuq. Laçın koridorunu heç olmazsa, bir həftə bağlamalıyıq ki, hər kəsə dərs olsun. Separatçılar silahlanırsa, buna yol vermək olmaz. Mütləq zərbələr endirmək və çökdürmək lazımdır, sonra gec olacaq. Bu gün bunu 10 itki ilə edə biliriksə, sabah yüz itki ilə etməli olacağıq. Biz güc göstərməyə borcluyuq ki, separatçılar özlərini təhlükəsiz hiss edib, Xankəndini erməni ilə doldurmasınlar. Onlar süni surətdə erməni əhalisinin sayını artırırlar. Qorxu hissi yaratmasaq, Xankəndidə kimlərisə həbs etməsək, sonra gec olacaq. Əgər biz ərazinin tam silahsızlaşdırılmasına və erməni qoşunlarının Azərbaycan ərazisindən çıxmasına nail ola bilmiriksə, zəiflik göstəririk. Bu zəiflik bizə baha başa gələcək.

- Rəsmi Bakı cənub qonşumuz İrana - Qarabağa qanunsuz daşımaları həyata keçirdiyi üçün - etiraz notası təqdim etdi. Yeni prezidentin seçilməsindən sonra Tehranın Azərbaycan və bölgə ilə bağlı siyasətində pozitiv dəyişikliklərin olacağı barədə gözləntilərin iflasa uğradığını demək olarmı? Niyə müsəlman qonşumuz bir ovuc erməniyə, üstəlik, işğalçı, məscid dağıdan vandallara görə Azərbaycan kimi önəmli qonşusu ilə münasibətlərinə xələl gətirir? Yenə də ortada İsrail faktorumu var?

- İran Azərbaycanın suveren ərazisinə bu şəkildə müdaxilə edib adekvat cavabını almırsa, biz zəiflik göstəririk. İsrail dövləti kimi hərəkət edib vaxtında addım atmırıq. Bizim əlimizdə xeyli resurslar, rıçaqlar və təzyiq vasitələri var ki, qonşumuz, din qardaşlığımız və birgə tarixi köklərimiz olan İranla o dildə danışa bilərik. Mən İranla dinc qonşuluq siyasətinin tərəfdarıyam, amma həm də bilirəm ki, deputat həmkarım Bəhruz Məhərrəmova töhmət də vermək lazım deyildi. Biz niyə özümüzü zəif və asılı şəkildə aparmalıyıq?

Mənim zənnimcə, Laçın koridorunu nəzarətə alıb bütün qanunsuz keçən adamları və maşınları kim olursa-olsun həbs etmək və Bakıya gətirmək lazımdır. Biz bunu etməsək, sabah çoxları başımızda oturacaq. Din qardaşlarımızın bu tip hərəkəti başadüşülən deyil və qəbuledilməzdir. İsrail faktoru onları niyə narahat edir ki? Azərbaycan məgər bunun üçün əsas verib? Bu heç vaxt İran dövlətinə qarşı xain addım atmamışıq. Amma bizi buna vadar edə bilərlər. Azərbaycan İsraildə səfirlik açmamaqla ciddi zəiflik nümayiş etdirir, bunu da deməliyəm.

- Yəqin ki, ölkə daxilindəki turizm ünvanları, həmçinin xidmət sektoru ilə az-çox tanışlığınız var. Bu haqda qənaətiniz necədir? Nələr etmək lazımdır ki, nəinki xarici turist Azərbaycanda istirahət üçün can atsın, eyni zamanda öz vətəndaşımızın da gözü orda-burda olmasın, “öncə Vətən” desin tətil haqda düşünərkən?

- Ölkəmizdə xeyli maraqlı turizm məkanları var. Öz vətəndaşlarımız cibinə uyğun yer seçib, gedə bilir. Təəssüflər olsun ki, bizdə birinci qarın, ikinci, qarın, üçüncü də qarın gəlir. Əsas qarını doldurub, sonra onu sığallamaq və demək ki, “əla istirahət etdim”. Azərbaycanda əksəriyyət üçün istirahət yaxşı yeyib-içmək anlamına gəlir və bu mədəniyyətin inkişafı restoran sahiblərinə də sərf edir. Azərbaycanda ən çox şadlıq evləri, yemək-içmək yerləri var. Hələ indi-indi bizdə düşünməyə başlayıblar ki, istirahət etmək, dincəlmək qarın otarmaq deyil. Bəlkə də ən çox qarın otaranlar elə ən çox pulu olanlardır həm də. Kasıbı, məzlumu başa düşmək olar, o yazıqlar ən çox yemək haqqında düşünür, çünki ehtiyacı var.

Son zamanlar turizm məkanları düşünməyə başlayıb ki, hotel də lazımdır, maraqlı əyləncə yerləri də mühümdür. Turist gəlib yeyib-içdi, sonra nə etsin? Turizm marşrutları, yaxın yerlərə səfərlər, görməli yerlərə turlar vacibdir. Məsələ burasındadır ki, turist gərək darıxmasın, darıxsa bir gün, maksimum iki gün qalacaq və qaçıb gedəcək başqa restorana. Hər şey yeknəsək. Həyatda qarından da maraqlı həyat tərzi var.

- Razi bəy, Milli Məclisin yaz sessiyasından sonra iki növbədənkənar sessiya çağırıldı, gündəlikdəki məsələlər müzakirə olundu, deputatların bəzi məsələlərə obyektiv münasibəti, hətta bəzi hallarda sərt tənqidi çıxışları oldu, bəzi qanun layihələrinə qarşı etirazları müşahidə etdik. Ancaq bütün bunlara baxmayaraq, ictimai rəydə, sosial şəbəkələrdə “parlament buraxılmalıdır, yeni seçkilərə gedilməlidir” tipli yanaşmaları, çağırışları müşahidə etdik. Sizcə, niyə belədir, parlament çoxluğu harda yanlış yapıb ki, ona qarşı aqressiya azalmır, əksinə, artır?

- Əslində bu qlobal bir problemdir. Bir ölkə göstərin ki, xalq parlamentdən və üzvlərindən razıdır. Tapmayacaqsınız. Parlamenti normalda xalq seçdiyinə görə ondan olan tələb və gözləntilər çox böyükdür. Xalq bizim parlamentdən qanunlarla yanaşı, həm də sosial vəziyyətinin yaxşılaşması üçün konkret addımlar gözləyir. Dövlət üçün, elə bizim hamımız üçün acınacaqlı haldır ki, seçicilər parlamentə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi yanaşır. Onları da günahlandırmıram, axı deputat onun ayağına gedib səs istəyən kəsdir. Deputatlara pul kisəsi, pullu şəxs, imkanlı adam və sehrli çubuğu olan adam kimi yanaşır çoxları. Bu da əsassız deyil. Parlamenti zamanında məişət səviyyəsinə endirmək və deputatı da xeyriyyəçi kimi təqdim etmək lazım deyildi. Deputat qanun yazan və onu qəbul edən şəxsdir. Özləri edib, özləri də ziyanını çəkir.

- Deputat həmkarınız Eldəniz Səlimov hal-hazırda Kürdəxanıda cəza çəkir və istintaqı davam edir. Onunla bağlı parlamentdə səsləndirdiyiniz fikirlərə hansısa əlavələriniz varmı? Hələ ki, mandatını özündə saxlayan Səlimova sovqat göndərmisiniz, yaxud zəng edib, “keçmiş olsun” demisinizmi?

- Niyə gizlədim ki? Həbs edilməmişdən öncə ona zəng də etmişəm, təsəlli də etmişəm, ürək-dirək də vermişəm. O deputat həmkarım olmamışdan qabaq həm də vətəndaşdır. Nə olsun ki, YAP üzvüdür, mən də müxalifət. Bəlkə də YAP üzvündən çox mənim dəstəyim onun üçün vacibdir. Yaxın günlərdə onu ziyarət edəcəm. Nə lazımdırsa da təmin edəcəm. O hələ də deputatdır və istəməzdim ki, onun başına belə iş gəlsin. Əlbəttə, demişəm və yenə də deyirəm. “Keçmiş olsun”, Eldəniz müəllim! Allah qapını açsın! Vurulan şəxsi baltalamaq kişiliyə yaraşmaz.

- Razi bəy, konstitusiyaya dəyişiklik, proporsional seçki sisteminin bərpası, deputat sayının artırılması ilə bağlı dəyişiklikləri özündə ehtiva edən ümumxalq referendumuna gedilməsinə, sizcə, zərurət varmı?

- Olsa belə, bu gün buna ehtiyac görmürəm. Ölkə problemlərlə doludur. Seçki isə problem həll etmir, qeyri-stabillik, risk, itki, təhlükə və bəzən isə geriyə addım yaradır. Biz axı Norveç, İsveç deyilik. Kim bilir seçki olsa, hansı təlatümlər yaranacaq? Ona görə də növbədənkənar seçkilərin keçirilməsi, zənnimcə, heç YAP-ın marağında deyil. Çünki seçkilər sürüşkən olur və nə olacağı bəlli olmaz. İnanmıram ki, özündə böyük təlatümlər və dəyişiklik imkanları ehtiva edən seçkini belə uşaq oyuncağına çevirib ildə bir seçki keçirsinlər.

Qaldı ki, proporsional seçki və deputat sayının artırılmasına, bununla bağlı illərdir müzakirə gedir. Amma bunun üçün də gərək konkret fikir və əsaslandırma olsun. Bu, nəyi və necə dəyişəcək? Bundan sonra xalq yaxşımı yaşayacaq, biz tam demokratik ölkə ola biləcəyikmi? Yoxsa “quş” qoymaq və fərdlərin marağı üçün edilirsə, bunun xalqa nə dəxli var? Amma deputat sayının artırılmasına qarşı deyiləm və bu gün hər deputata düşən seçici sayı doğrudan da çoxdur və öhdəsindən gəlmək çətinlik yaradır.

- Milli Məclisin payız sessiyasında hansı təkliflərlə çıxış etməyi düşünürsünüz? Sizcə, hansı məsələlər var ki, onların həlli istiqamətində addım atmaq artıq zəzurətə çevrilib və bu həm də deputatlara, parlamentə də müəyyən dərəcədə ictimai xal qazandıra bilər?

- Bu gün ən vacib məsələ müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Yenə də tələb edəcəyəm ki, müharibə iştirakçıları üçün təhsil və peşə imkanları yaradılsın. Bir də yaralanmış müharibə iştirakçıları üçün üç illik aylıq 500-700 manat aylıq müavinət verilsin ki, onlar özlərinə gələnə qədər cəhənnəmdə yaşamasınlar. Kim mənə sübut edə bilərsə ki, onlar yaxşı yaşayır, cənnətini bu dünyada qazanar.

- Təəssüf ki, ölkə üzrə koronavirus statistikasında sürətlə artım müşahidə olunur və bu, yaxın gələcəkdə qapanmaya gedilə biləcəyi ehtimalını yaradır. Siz durumla bağlı nə təklif edirsiniz?

- Virusla yaşamağı öyrənmişik və qapanmalara ehtiyac yoxdur. Hər kəs təcili şəkildə peyvənd olunsun. Vətəndaşları peyvənd olunmağa səsləyirəm. Özüm də üçüncü dozanı vurdurmaq üçün sentyabr ayını gözləyirəm.

- Maraqlıdır, özünüz indiki, koronavirus dönəmində toylarda iştirak edirsinizmi və toy ab-havası sizdə hansı təəssürat yaradır?

- Sayıb dəvət ediblərsə, iştirak edirəm. Maksimum dərəcədə çalışıram ki, ehtiyatlı olum. Çünki toy - şənlik və toy-bayramdır və hamı maç-maç, quc-quc edir. Hər kəs mehribanlığını və hörmətini göstərmək istəyir. Belə adamam ki, dəvət edildiyim yeri xar, edilmədiyim yeri dar etmək istəmirəm. Təki toy-bayram, xoşbəxtlik olsun!
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Bu gün, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Bu gün, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58
“İlkin həyatımı xilas edib”
Bu gün, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru