Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                 

“Yeni qanun layihəsində gözləntimiz ondan ibarətdir ki...” - Natiq Cəfərli
Tarix: 14-08-2021, 09:13 | Çap et
“Yeni qanun layihəsində gözləntimiz ondan ibarətdir ki...”
Məlumdur ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı qanunlar 2014-cü ildə sərtləşib, maliyyələşmə problemləri QHT-lərin fəaliyyətini, onların cəmiyyətdə rolunu azaldıb. Bu gün isə 44 günlük müharibədən sonra yaranmış vəzifələrin həllində QHT-lərin fəaliyyətinə ehtiyac duyulur ki, hökumət bunun fərqindədir.

Bunun üçün ilk növbədə qanunvericilik bazasının optimallaşdırılmasına ehtiyac var. Təsadüfi deyil ki, prezidentin köməkçisi Hikmət Hacıyevin hüquq müdafiəçiləri ilə görüşündən bir neçə gün sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırlandığı və müvafiq qurumlara göndəriləcəyi barədə məlumat yayılıb. Bəzi QHT-lər bunun artıq irəliləyişlərin əlaməti hesab edirlər. Bəs görəsən, pozitiv gözləntilər özünü doğruldacaqmı? Yeni qanun layihəsində hansı dəyişikliklər olacaq? Xarici donorlarla əməkdaşlıq asanlaşacaqmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, hər bir ölkənin dayanıqlı inkişafı üçün güclü vətəndaş cəmiyyəti, eyni zamanda QHT-lərin inkişafı çox vacibdir: “Nəzərə alsaq ki, Azərbaycanda da qeyri-hökümət təşkilatlarının inkişafı, eyni zamanda daxili mənbələr hesabına vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi prosesi prioritet məsələlərdəndir. Yeni agentliyin yaradılmasında da məqsəd ondan ibarətdir ki, qeyri-hökümət təşkilatlarına daxili maliyyə mənbələrinin təklif olunması və vəsaitlərin bölüşdürülməsi prosedurları təkmilləşdirilsin. Xüsusən də güclü, Azərbaycanın maraqlarını qoruyan, ölkə həqiqətlərini xaricdə təbliğ edən, ölkə daxilində marifləndirmə prosesinə dəstək verən QHT-lərin daha yaxından dəstəkləməsi həyata keçirilsin. Təbii ki, QHT-lər üçün həm də xaricdən maliyyə resurslarının cəlb edilməsi vacibdir. Aparılan müzakirələr də onu göstərir ki, QHT-lərin xarici mənbələrə çıxış imkanlarının gücləndirilməsi ilə bağlı fəaliyyətlərin davam etdiriləcəyi gözlənilir.

Çünki bir tərəfdən QHT-lər daxili maliyyə mənbələrindən istifadə etmək imkanına malikdirlər. Digər tərəfdən isə xaricdən, xüsusən də Avropa Birliyi daxil olmaqla xarici donor təşkilatlarından vəsaitlərin cəlb edilməsi aktual olaraq qalmaqdadır. Hazırda bir sıra QHT-lər Avropa Birliyi daxil olmaqla, bir sıra aparıcı donor orqanları ilə əməkdaşlıq edir və birgə layihələr həyata keçirilir. Bu cür imkanların genişləndirilməsi və daha çox vəsaitin cəlb edilməsi vacibdir. Həm agentliyin yaradılması , həm ondan sonra aparılan müzakirələr, həm də hökümət tərəfindən vətəndaş cəmiyyətinin prosesə intensiv şəkildə cəlb olunması prosesin müsbətə doğru getdiyini göstərir. Eyni zamanda mütəmadi olaraq vətəndaş cəmiyyəti üzvləri ilə dövlət qurumları rəhbərlərinin, o cümlədən prezidentin köməkçisi Hikmət Hacıyevin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməsi, onlayn müzakirələrin aparılması ondan xəbər verir ki, praktik olaraq bu istiqamətdə vətəndaş cəmiyyətinə olan dəstək daha da artacaq, QHT-lərin həm maliyyə resurslarına, həm də digər resurslara çıxış imkanları artırılacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, hər zaman QHT qanunvericiliyinin dəyişdirilməsi məsələsini qaldırıblar: “Ötən ilin mart ayında ilk dialoq təklifi gələndə və keçirilən görüşlərdə biz QHT qanunvericiliyinin dəyişdirilməsi məsələsini önəmli məsələlərdən biri kimi qaldırdıq. Biz hər zaman bu məsələni qaldırmışıq və müəyyən təkliflərimiz də olub. Həm birbaşa, həm də bizim parlament nümayəndəmiz vasitəsilə ilə ötən ilin avqust və sentyabr aylarında altı görüşümüz olub. QHT nümayəndələri və qeydiyyatda olmayan qeyri-hökumət təşkilatlarının üzvləri burada iştirak etdilər. Onların da fikirlərini topladıq, onlardan gələn tələblər və təkliflər əsasında özümüz bir təkliflər paketi hazırlayıb elan etdik. Gözləntimiz ondan ibarət idi ki, payız sessiyasında yeni qanunvericilik aktı qəbul olunacaq. 2014-cü ildə QHT qanunvericiliyinə edilən və sivil toplum quruluşlarının işləməsinə çox ciddi çətinlik yaradan dəyişikliklərdən sonra yeni qanun layihəsi daha şəffaf və daha normal fəaliyyət üçün imkanları genişləndirəcək. Eyni zamanda QHT-lərin qeydiyyat problemi də var. O daha da asanlaşacaq və QHT- lərin qeydiyyatı ilə bağlı problem öz həllini tapacaq. İkinci növbədə vətəndaş cəmiyyətinin istər xarici, istər də daxili donorlarla daha şəffaf şəkildə çalışması üçün imkanlar genişləndirilməlidir”.

N.Cəfərlinin sözlərinə görə, ən azından 2013-cü ilə qədər olan vəziyyət bərpa edilməlidir: “Xarici donorlarla olan qrant müqavilələrinin qeydiyyatı asanlaşmalıdır. Dövlət qurumlarına bəhanə yeri qalmamalıdır ki, istədikləri vaxt istədikləri müqavilələrinin qeydiyyatından imtina etsinlər. Məmurlardan asılı vəziyyət yaranmamalıdır. Yeni qanun layihəsində gözləntimiz ondan ibarətdir ki, həm QHT-lər şəffaf şəkildə çalışmalıdır, dövlətin bütün qanunlarına , qaydalarına uyğun şəkildə öz işini qurmalıdır, həm də dövlət orqanları QHT- lərin fəaliyyətinə mane olmamalıdır. Bu qarşılıqlı fəaliyyəti genişləndirilməsi ilə bağlı təkliflər var və bu təkliflərin qanun layihəsində öz əksini tapmasını gözləyirik. Bu da ölkədə sağlamlaşdırma addımlarından biri kimi təqdim edilə bilər. Doğru bir dəyişiklik, doğru bir istiqamət ola bilər. Ümumiyyətlə, QHT sektoruna dövlətin münasibətinin dəyişməsini gözləyirik. Çünki dövlət çox zaman bu sektora şübhə ilə yanaşırdı. Bu şübhələr aradan qalxmalıdır. Bütün dünyada QHT seqmenti hökumətin pulsuz konsaltinqidir. Qarşılıqlı əməkdaşlıq şəraitində, bir-birinə mane olmamaqla fəaliyyətin bərpa olunmasını və genişlənməsini gözləyirik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Bu gün, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58
“İlkin həyatımı xilas edib”
Bu gün, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru