Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                 

Növbədənkənar seçki və referendum iddiası: - Deputatlar nə deyir?
Tarix: 2-08-2021, 08:24 | Çap et
Növbədənkənar seçki və referendum iddiası:
Son günlər bir sıra KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycanda yeni seçkilərə hazırlığın getdiyi ilə bağlı müxtəlif fikirlər yayılır.

İddia olunur ki, Azərbaycanda Konstitutsiya dəyişikliyi üçün referendum, sonrakı mərhələdə isə Milli Məclis buraxılaraq yeni qaydada növbədənkənar seçki keçiriləcək.

Bu iddiaları gücləndirmək üçün müxtəlif səbəblər gətirilsə də, hazırkı dönəm üçün bu, uğurlu variant hesab olunmur.

Bildirilir ki, indiki zamanda seçkiyə getmək ümumi işin ziyanına ola bilər. Azərbaycan 44 günlük müharibədən qalib çıxmış, tarixi zəfərə imza atmış ölkədir.

Hazırda Qarabağda quruculuq işləri sürətli şəkildə aparılır. Eyni zamanda, idarəetmənin optimallaşdırılması üçün kadr və struktur islahatları davam etdirilir.

Digər tərəfdən, Milli Məclisin VI çağırışı ötən ilin 9 fevralında formalaşıb. Qısa müddətlik fəaliyyətindən sonra Milli Məclisin buraxılması və təkrar formalaşdırılmasını zəruri edən ciddi səbəb yoxdur. Referenduma getmək üçün də zəruri səbəb yoxdur.

Qeyd edək ki, referendum iddiası da məhz proporsianal seçki sisteminin tətbiq olunması ilə əlaqədər səslənir.

Amma hazırkı seçki sistemi (majoritar) dünyanın bir çox demokratik ölkəsində tətbiq olunur və kifayət qədər də uğurlu hesab edilir.

Bunları nəzərə alsaq, istər referendum, istərsə də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün uğurlu zaman hesab edilmir.

Deputat Ramil Həsən Cebhe.info-ya açıqlamasında deyib ki, plüralizm, insanların azad və sərbəst şəkildə fikirlərini ifadə etməsi cəmiyyətin sürətli inkişafına və islahatlar prosesinin dərinləşməsinə xidmət edir:

“Təbii ki, bunlar qanunlar çərçivəsində və hər bir vətəndaşın özü hüquqlarını bilməsiylə bərabər, qanunlara, konstitutsion qərarlara riayət etmək şərtilə olmalıdır. Bu gün Azərbaycan mühitində növbədənkənar parlament seçkilərinin keçirilməsi və ya bu istiqamətdə digər fikirləri yaymağa çalışırlarsa, şübhəsiz ki, bu, dövlətin yaratdığı sərbəst fikir azadlığının təzahürüdür.

Amma təəssüf ki, bu azadlıqdan da sui-istifadə edən və bundan öz maraqları, məqsədləri üçün yararlanan qüvvələr də yox deyil. Azərbaycan dövləti, müzəffər ordumuz 44 günlük Vətən savaşından sonra Ali Baş Komandanın rəhbərliyi ilə torpaqları azad etdi, islahatlar qaldığı yerdən davam etməkdədir.

Şübhəsiz ki, bu prosesə düşmən işğalından azad edilən tarixi torpaqlarımız da əlavə olundu. Qarabağ Dirçəliş Fondunun yaradılması, bir sıra dövlət qurumlarının toplantılarını Hadrutda, Ağdamda, Şuşada keçirməsi göstərir ki, islahat prosesi dərinləşərək azad olunmuş torpaqlarımızı da əhatə edir. Əminəm ki, yaxın gələcəkdə o ərazilərdə həyatın qaynadığının, şəhərlərimizin inkişafının şahidi olacağıq”.

Deputat qeyd edib ki, Azərbaycann dövlətinin müstəqil siyasət yürütməsindən, daxildə və xaricdə dövlət maraqlarından çıxış etməsindən narahat olan qüvvələr var:

“Çünki Azərbaycan heç bir dövlətin forpostu deyil. Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycan vətəndaş müharibəsindən, parçalanmadan qurtardısa, bu gün də Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün var qüvvəsi ilə çalışmaqdadır. İradəsi, qətiyyəti, təcrübəsi ilə ölkəmizin maraqlarını qorumaqdadır”.

Ramil Həsən əlavə edib ki, dövlət strukturlarının optimallaşdırılması, bir il yarımdır formalaşan VI çağırış Milli Məclisin spiker Sahibə Qafarovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərməsi, islahatların bütün istiqamətlərdə davam etməsi və I vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar layihələrin təşəbbüskarı kimi çıxış etməsi bir çox dairələri ciddi şəkildə narahat etməkdədir:

“Ümumi olaraq “beşinci kolon” adlandırdığımız qüvvənin ortaya atdığı bu iddiaların çürük olduğu yaxın gələcəkdə bir daha ortaya qoyulacaq. Azərbaycan müstəqil dövlətdir. Gələcəkdə hər hansı atılacaqsa, bu, Azərbaycan dövlətinin maraqlarına xidmət edəcək. Bunu da cənab Prezident tarixi bir cümlə ilə qeyd edib: “Mən nəyi nə zaman edəcəyimi çox gözəl bilirəm”.

Biz Prezidentin ideyalarına və atmış olduğu addımlara inanırıq. Cənab Prezidentin bundan sonra da verəcəyi qərar nə olacaqsa, bu da Azərbaycan dövlətinin daha da güclənməsinə, qüdrətlənməsinə, vətəndaşların milli maraqlarının yüksək keyfiyyətlə təmin olunmasına xidmət edəcək”.

Deputat Bəhruz Məhərrəmov isə deyib ki, VI çağırış Milli Məclis Azərbaycan parlamentarizm tarixində özünəməxsus rola malikdir. Hər şeydən öncə bu çağırış parlament çox mürəkkəb tarixi -siyasi şəraitdə fəaliyyətə başlayıb:

“Mühüm islahatlar dalğası kimi səciyyələnən növbədənkənar seçkilərdən sonra fəaliyyətə başlayan Milli Məclisin hazırkı çağırışı pandemiya şəraitində normativ-hüquqi bazanın yeni şərtlərə uyğunlaşdırılması, mövcud yeni münasibətlərin tənzimlənməsi istiqamətində çox çevik və məhsuldar fəaliyyət göstərdi.

Daha sonra Vətən müharibəsi dövründə parlament fəaliyyətin bütün spektrlarında müstəsna rola malik oldu, milli maraqların təmin olunması naminə çox gərgin və mürəkkəb bir yolu uğurla qət etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında zəfərimizin əldə olunmasında, beynəlxalq səviyyədə siyasi və diplomatik uğurlarda, milli həmrəyliyimizin möhkəmlənməsində Milli Məclisin təqdirəlayiq fəaliyyəti danılmazdır.

Bu gün də parlament öz səlahiyyətləri çərçivəsində, professor Sahibə Qafarovanın Sədrliyi ilə üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməkdədir. Belə bir fonda yeni seçkilərin keçiriləcəyi ilə bağlı fikirlərin heç bir əsası yoxdur. Bu gün gündəmimizdə zəfərimizin davamlılığının təmin olunması, bölgədə sülh və sabitliyin bərqərar olunması, quruculuq, bərpa, “Böyük qayıdış”, sərhədlərimizin delimitasiyasının yekunlşması, milli prioritetlərimizə nail olunması kimi məsələlər var.

Növbədənkənar seçki fikirləri cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırmaqda maraqlı olan bəlli qüvvələrin məqsədli şaiyələrindən başqa bir şey deyil. Referenduma gəlincə, konstitusiya da canlı orqanizmdir, yeni mühit və yeni münasibətlərlə ayaqlaşması vacibdir. Lakin hazırkı ana qanunumuz hələ ki, tələblərə cavab verir və əvvəlki dövrlərdə olduğu kimi, ehtiyac duyulduğu halda bu instituta baş vurula bilər. Hələlik isə belə bir məsələ gündəmdə deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58
“İlkin həyatımı xilas edib”
Bu gün, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru