Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                 

“Allahşükür Paşazadə getsin xütbə söyləsin, dini ayin icra etsin, ağzına gələn fikirləri səsləndirməsin” - Partiya sədri
Tarix: 27-07-2021, 10:49 | Çap et
“Allahşükür Paşazadə getsin xütbə söyləsin, dini ayin icra etsin, ağzına gələn fikirləri səsləndirməsin”
“Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin bu açıqlaması cəmiyyətdə kəskin etirazla qarşlanıb. Ekspertlər, siyasi fəallar sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələri Paşazadəni istefaya səsləyirlər.

Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmaz da tvit yazaraq, Allahşükür Paşazadənin açıqlamasına kəskin ironik münasibət bildirib: “Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.

AYNA-ya danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Şeyxin açıqlaması ziyanlıdır və buna aydınlıq gətirilməlidir: “Əvvəla, Allahşükür Paşazadənin söylədiyi fikirlər kökündən yanlışdır. O, tarixi faktları təhrif edir. Özü də uzaq tarixi yox, yaxın tarixi faktları təhrif edir. Bunu niyə edir, məqsədi və marağı nədir? Bu suallara aydınlıq gətirilməlidir. O bildirir ki, guya İran Azərbaycana dəstək verib. İran nəinki müharibə dövründə, hələ Azərbaycan torpaqları işğalda altında olduğu zamanlarda belə, bircə dəfə olsun ölkəmizə dəstək verməyib. Bir bəyanatı belə, yoxdur”.

“Əgər doğrudan da İran Azərbaycanı qələbəyə təşviq edibsə, o halda İran rəsmiləri, Prezident, Ali dini rəhbər niyə bu qələbə münasibətilə Azərbaycanı təbrik etməyib?! Ona görə ki, İran əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın yanında olmayıb. İndi hər hansı dini qurum rəhbərinin, qeyri-hökumət təşkilatı sədrinin mənasız fikirləri bizim mövqeyimizi ifadə etmir. Şeyx sadəcə nəyəsə görə həqiqəti əks etdirməyən fikirlər səsləndirir. Bu isə onun mövqeyinə və daşıdığı statusa uyğun deyil”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanla İran arasında normal qonşuluq münasibətləri var: “Bu münasibətlər beynəlxalq hüquq normaları ilə tənzimlənir. Hansısa fətvalarla, sehrli dualarla yox. Təbii ki, Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən İranla münasibətlərin mehribançılıq şəraitində davam etməsində maraqlıdır. Dünyada və regionda baş verən hadisələr fonunda bəzən bu münasibətlərə aydınlıq gəlir. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın torpaqlarımızı işğal etdiyi və qızğın döyüşlərin getdiyi Vətən müharibəsi zamanı İranın heç bir dəstəyinə rast gəlmədik. Azərbaycan Ordusu qələbə qazandı və bu qələbədə bizim yanımızda olan əsas dövlət Türkiyə idi”.

“İndi kimlərsə İranın da adını bu siyahıya əlavə edirsə, bu, qaranlıq mətləblərdən xəbər verir. Müharibənin getdiyi dövrlərdə İran KİV-ləri Azərbaycan tərəfindən terrorçuların döyüşməsinə dair saxta xəbərlər yayırdı. Bu, özü çox şeyi deyir. Çünki İranda KİV-lər əsasən hökumətin mövqeyini ifadə edir. Düşünürəm ki, Allahşükür Paşazadənin fikirləri səmimi deyil və Azərbaycan-İran münasibətlərinin inkişafına xidmət etmir. Əksinə, onun bu açıqlaması fonunda İranın Qarabağla bağlı mövqeyi yenidən müzakirəyə çıxarılır”, - deyə Soltan vurğulayıb.

Mərkəzin rəhbəri əlavə edib ki, Azərbaycanın kiminsə fətvasına və humanitar yardımına ehtiyacı olmayıb: “Azərbaycan Ordusunun təchizatı yüksək səviyyədə idi. Bizim heç kimin dəstəyinə ehtiyacımız yox idi. Bu mənada hər hansı humanitar dəstəyin olmasına dair fikirlər də cəfəngdir. Yalnız mənəvi dəstəkdən söhbət gedə bilərdi ki, İran da bunu etməyib”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da AYNA-ya şərhində söyləyib ki, müəyyən qüvvələr Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana dəstəyini kiçiltməyə çalışır: “Allahşükür Paşazadənin də fikirlərinə bu kontekstdən yanaşıram. Əgər belə deyilsə, o, niyə saxta və heç bir əsası olmayan fikirlər səsləndirsin ki?! Hər kəsə bəllidir ki, İran 44 günlük döyüşlər zamanı Azərbaycana heç bir dəstək verməyib. Ermənistanın doğma torpaqlarımızı işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın öz yurd-yuvasından didərgin salınmasına, Xocalıda misli görünməmiş soyqırıma məruz qoyulmağımıza susqun yanaşıb. Bununla bağlı bircə bəyanatı belə, olmayıb. Müharibədən sonra da təbrik mətni gəlməyib”.

“Bütün bunları bilə-bilə, qələbəmizdə İranın rolunun olmasına dair fikirlər bəlli məqsədlərə xidmət edir. Əsas məqsəd Türkiyənin rolunu kiçiltmək, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir. Təəssüf ki, yaxınlaşan Azərbaycan-Türkiyə münasibətlərindən qıcıq olan qüvvələr var. Şeyxin son açıqlaması da onların maraqlarına xidmət edir”, - deyə siyasətçi qeyd edib.

ADP sədri Allahşükür Paşazadəni öz işi ilə məşğul olmağa çağırıb: “Adam dini rəhbərdir, ictimai birlik sədridir. Lakin bu günə qədər onun hər hansı dini şərhinə, İslam araşdırmasına rast gəlməmişik. Vaxtaşırı olaraq siyasi açıqlamalar verir. Gah Rusiyanı mədh edir, gah da İranı. Sanki ictimai yox, siyasi şəxsdir. Özü də bu siyasət daha çox xarici dairələrin mövqeyini ifadə edir”.

“Yaxşı olar ki, Paşazadə xütbə söyləsin, dini ayinləri icra etsin, ağzına gələn sözləri danışmasın. Məsuliyyət hissini unudan dini rəhbər necə başqalarına örnək ola bilər?! Biz qələbəmizi şəhidlərimizin canı-qanı bahasına əldə etmişik. Bu məsələdə Azərbaycana dəstək verən ölkələrin başında Türkiyə dayanır. Başqa dövlətlərdə var, amma İran hər hansı dəstək verməyib. Əksinə, uzun illərdir Ermənistana yardım edir”, - deyə müsahibimiz bildirib.

Cəlaloğlu hesab edir ki, Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən İranla əməkdaşlıqda maraqlıdır: “Azərbaycan-İran münasibətləri hər iki dövlətin maraqları çərçivəsində həyata keçirilir. Mehriban qonşuluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər Şeyxin dediyi kimi, İranın Azərbaycanın haqq işinə dəstək verməsi səviyyəsində deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru