Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                 

"QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi" - Rəsul Mirhəşimli
Tarix: 27-07-2021, 08:14 | Çap et
"QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi"
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin “Xameneyinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və Türkiyədə birmənalı qarşılanmayıb. “Yeni Müsavat” yada salır ki, Şeyxin bu açıqlaması ciddi müzakirələrə yol açıb. Hətta gözlənilmədən QMİ sədrinin bu fikirlərinə rəsmi sayılan mediada sərt cavablar verilib. Həmçinin Türkiyənin “Haber Global” televiziyasında gedən süjetdə Paşazadənin açıqlaması absurd adlandırılıb və sual olunub ki, Azərbaycan əsgərinin cəbhədə qanı və canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri - M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xameneyi Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.

Özü isə yenidən müsahibə verib, deyib ki, heç bir dövlətin qucağında əyləşməyib: “Təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir”. Şeyx qeyd edib ki, onu ittiham edənlər ölkədə sünni-şiə qarşıdurması yaratmağa çalışır: “Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm, ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.

İran da bizim qonşumuzdur. Türkiyə də qonşumuzdur. Türkiyə bizim həm də yaxın qardaşımız, dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orada 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır".

Şeyx Xameneyi ilə bağlı açıqlamanı verdiyi ilk günlərdə əksəriyyəti bunu Azərbaycanın İran siyasətinin anonsu kimi dəyərləndirirdi. Lakin üstündən bir neçə gün keçdi, məlum oldu ki, dövlət bu cür açıqlamadan heç də məmnun olmayıb, elə iqtidaryönlü mediada Şeyxin sərt tənqid olunması da bunun göstəricisi idi. Bəs Şeyxin İran açıqlaması onun sonunu gətirə bilərmi? Maraqlıdır, bunu bilərəkdən edib, yoxsa təcrübəsizlik nümayiş etdirib?

AĞ Partiyanın başqanı, inanclı siyasətçi Tural Abbaslı “Yeni Müsavat”a qeyd etdi ki, A.Paşazadə siyasətçi deyil, çıxışlarında korrekt olmaya bilər. Partiya sədri hesab edir ki, Şeyx siyasi həssassiyyətləri nəzərə almaq baxımdan geniş bilgilərə malik deyil, həm də yaş faktoru var.

“Məncə, elə demək istəməyib. Ancaq bu açıqlamadan yaranan narazılıq Şeyxdən daha çox İrana olan münasibətdir. Çünki İranın yürütdüyü siyasət Azərbaycan cəmiyyətini razı salmayıb. Amma Şeyx hər iki müsahibədə İran və Türkiyə arasında paralellər aparır. İlk açıqlamasında hər ikisinə təşəkkür edir, ikinci müsahibədə isə deyir ki, mən bu iki ölkədən heç birinin adamı deyiləm, din adamıyam. Ona görə bunu nəzərə almaq lazımdır ki, Paşazadə siyasi fiqur deyil”, - deyə T.Abbaslı vurğuladı.

Onun fikrincə, bu məsələni çox şişirtmək olmaz: “Şeyx Azərbaycanın xarici siyasət kursunu müəyyən etmir. Təbii ki, Türkiyə ilə İranı müqayisə etmək olmaz, qüsurlu yanaşmadır. Biz İranla əlaqələri düzəltmək naminə Türkiyə ilə münasibətləri soyuda bilmərik. Ancaq Tehran da bilməlidir ki, bu siyasəti aparan özüdür, həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində Azərbaycan cəmiyyətini qane etməyən siyasəti ilə...

Şeyxə gəldikdə, fikirlərini dəqiq ifadə etməsi lazımdır. Çünki regionda həssas dönəmdir, dövlətlərin münasibətləri kövrəkdir, istənilən halda diqqət mərkəzində olan, çıxışları reaksiya doğuran bir din xadimidir".

Araşdırmaçı-yazar, inanclı jurnalist Rəsul Mirhəşimlinin “Yeni Müsavat”a bildirdiyinə görə, QMİ sədri adətən açıqlamalarında çox diqqətli davranan din xadimidir: “Özü də sonrakı müsahibəsində verdiyi açıqlamanın kontekstdən çıxarıldığını deyib. Lakin bütün hallarda QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi.

İnsanların böyük əksəriyyəti bilir ki, Xameneyinin “Qarabağ İslam torpağıdır” fikri 44 günlük Vətən müharibəsi zamanı deyilən fikir deyildi. Hələ 2019-cu ildə bu ifadə Tehranın küçələrində plakat olaraq asılmışdı".

R.Mirhəşimli hesab edir ki, Azərbaycan Qarabağda işğal altında olan torpaqlarının azadlığına Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti və hərbçilərimizin qəhrəmanlağı sayəsində nail olub: “Sonradan deyilmiş sözləri təkzib etmək məcburiyyətində qalan istənilən şəxs bu açıqlamanı verərkən də diqqətli olmalı idi. Bu açıqlamanın QMİ sədrinin vəzifədən gedəcəyinə yol açmasına dair yayılan məlumatlara inanmıram. Çünki QMİ sədri bu qurumun qurultayında seçilir. Qurultay da Allahşükür Paşazadəni ömürlük QMİ sədri seçib”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, Şeyxi işdən çıxarmaq dövlət başçısının səlahiyyətində deyil: “Hacını Şeyx seçən bütün Qafqazın dindarlarıdır. Qafqazın şeyxi Bütün Qafqaz üzrə dindarların qurultayında seçilir. Bizim Şeyx isə ömürlük seçilib. Onun şeyx kimi vəzifədən getməsinə biz qərar verə bilmərik”.

Z.Əliyev bildirir ki, Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşiblər: “Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda - Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri Qafqaz Xalqları Ali Dini Şurasının sədrini seçə bilər, yaxud sədrlikdən geri ala bilər. Ona görə Şeyxin vəzifədən getməsinə ancaq bu şəxslər qərar verə bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru