Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                 

"İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin" - ekspert
Tarix: 23-07-2021, 10:00 | Çap et
"İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin"
“Azərbaycanın qələbəyə nail olmasında Türkiyənin və İranın böyük zəhməti olub. Bu gün qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də ola bilməzdi”. Bu sözləri QMİ sədri Allahşükür Paşazadə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadla görüşündə deyib. QMİ sədri çıxışında Türkiyə Prezidenti Ərdoğanın adını çəkib, dərhal keçib İranın Ali Dini Liderinə və deyib ki, Ayətullah Xameneyi cənablarının fətvası “qələbəyə gətirib çıxardı”.

Şeyx həmçinin qeyd edib ki, elə məsələlər var, açıqlanmır, deyilmir. Beləliklə, QMİ sədri Allahşükür Paşazadənin bu açıqlamaları xeyli müzakirə yaradıb. Çünki həm 44 günlük müharibə, həm də ondan sonrakı dövrdə İran nömrəli maşınların Ermənistana dəstək üçün Qarabağa yardım aparması haqda videomateriallar, informasiyalar var. Doğrudur, rəsmi Tehran sonradan bütün bu informasiyaları təkzib etdi. Amma hər halda, fakt faktlığında qalır.

Daha bir fakt - dekabrda keçirilən Qələbə Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Laçın” şeirində Araz çayı ilə bağlı olan beyti səsləndirməsi Tehranın qəzəbinə səbəb olmuşdu. Həmin vaxt İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu məsələyə sərt reaksiya vermişdi. Bir müddət sonrakı proseslərdə isə Zəngəzur nəqliyyat dəhlizi haqda Azərbaycanın və Türkiyənin ilk bəyanatlarına İran tərəfdən: “Zəngəzur bizim qırmızı xəttimizdir” kimi cavab gəlmişdi. Bütün bunlardan sonra Şeyxin qeyd olunan ifadələr işlətməsi nədən qaynaqlanır? Şübhə doğurmur ki, Şeyxin İranla bağlı mövqeyi rəsmi Bakı ilə razılaşdırılıb. Bir çox ekspertləpr də vurğulayır ki, Şeyxin İranla münasibətlərinin sıcaq olduğu bilinən faktdır, amma bu cür yaxınlaşma şəxsi istək deyil, Bakının yeni prezidentin hakimiyyətində İranla siyasətdə daha optimal yollar aradığını göstərir.

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsini üzvü Azər Badamov “Yeni Müsavat”a danışıb. “Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması tərəfdarı olduğunu rəsmi şəkildə bəyan edib. Eləcə də 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycanın yanında oldu, ölkəmizə mənəvi siyasi dəstəyini göstərdi” deyə, o bildirib. Deputat əlavə edib ki, məhz Türkiyənin yanımızda olması bizim qələbəmizi daha inamlı etmişdi: “O cümlədən İran da münaqişənin Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həll olunmasını hər zaman dəstəkləyib. Yəni deyə bilmərik ki, İran Azərbaycanla düşmən münasibətdə olub, Ermənistanı dəstəkləyib. Xeyr, belə bir şey olmayıb. İran Azərbaycanı dəstəkləmişdi və QMİ sədri Allahşükür Paşazadə məlum ifadələri işlədibsə, bu reallıqdır. Bir daha qeyd edirəm ki, rəsmi Tehran Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Müharibə dövründə Ermənistana dəstək məqsədilə İran yardım maşınlarının Qarabağa getməsi kimi videoinformasiyalar yayılırdı. Lakin rəsmi Tehran bunu təkzib etmişdi və bildirmişdi ki, Ermənistana dəstək göstərməyib.

O ki qaldı Rəcəb Tayib Ərdoğanın “Laçın” şeirindən dediyi bəndə və yaxud Zəngəzur məsələsində İranın reaksiya göstərməsinə, ola bilər ki, Türkiyə ilə İran arasında hər hansı bir məsələ və siyasi formatda anlaşılmamazlıq var, amma Azərbaycanın Türkiyə və İranla münasibətləri var və düşünürəm ki, İranın yeni prezidenti bu münasibətlərin genişlənməsinə öz dəstəyini verəcək. Ümumiyyətlə isə 44 günlük Vətən müharibəsi dövründə yanımızda olmuş hər bir dövlət təbii ki, Azərbaycanın dostudur və biz buna dəyər verməliyik".

Ekspert Kənan Rövşənoğlu isə mövzuya bu cür şərh bildirdi:

“İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin. Müharibə vaxtı da biz şahidi olduq ki, rəsmi Bakı İranla əlaqələri yaxşı vəziyyətdə saxlamaq istəyir. Çünki İran Cənubi Qafqaza birbaşa coğrafi sərhədi, tarixi və bağı və ciddi siyasi-iqtisadi təsiri olan ölkədir. Qələbə üçün region ölkələrinin dəstəyini almaq lazım idi. Bakı da bunu etdi. İndi də post-müharibə dövründə, xüsusən də Avropadan Azərbaycana təzyiqlərin olduğu bir zamanda İranınla əlaqələri yaxşı tutmaq Bakı üçün vacibdir. Ona görə də bu cür bəyanatlar normaldır. Müharibə yalnız silahla aparılmır, həm də diplomatiya, siyasət cəbhəsində aparılır. Görünür, İranda əlaqələri yaxşı tutmaq işinə indi Şeyx də cəlb olunub. Mənim müşahidəm və gördüyüm mənzərə belə deyir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru