Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                 

“Bundan sonra tətbiq ediləcək sərtləşməyə qarşı çıxmayacam” - deputat
Tarix: 16-07-2021, 09:47 | Çap et
“Bundan sonra tətbiq ediləcək sərtləşməyə qarşı çıxmayacam”
Artıq iki həftədir ki, Azərbaycanda toylar keçirilir. Avqust ayında Məhərrəmlik ayının başlayacağı ilə əlaqədar bu müddət ərzində əksəriyyət tələsik də olsa toyunu keçirməyə çalışır. Lakin qoyulan qaydalara nə qədər əməl olunur? Müşahidələr də onu göstərdi ki, il yarımdan sonra yenidən fəaliyyətinə icazə verilən toy, nişan mərasimlərində pandemiya şərtlərinə əməl olunmur, məclis sahibləri və yaxud sahibkarlar kobud şəkildə qaydaları pozurlar. Kimisi “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmir, kimisinin vaksinasiya ilə bağlı sənədi olmadan məclisdə iştirak etməyə çalışır, eləcə də şənliklər saat 24:00-dan sonra davam edir və sairə. Bununla bağlı iki həftə ərzində xeyli sayda şadlıq sarayı və obyektlərinin sahibləri cərimələnib və yaxud barələrində inzibati həbs qərarı çıxarılıb.

Bir müddət bundan əvvəl toy qadağası ilə bağlı tənqidi fikir bildirən bir sıra ictimaiyyət nümayəndələri, hətta deputatlar da artıq əks fikir bildirməyə başlayıblar. Məsələn, daim müəyyən qaydalar çərçivəsində toyların icazə verilməsi ilə bağlı çağırışlar edən millət vəkili Fazil Mustafa ötən gün “Yeni Müsavat”a açıqlamasında toylarla bağlı qadağaların daha sərt şəkildə tətbiq edilməsini istəyib.

Baş nazir Əli Əsədov “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”in təsdiqlənməsi barədə qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.

Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq. Metodik göstəriş o deməkdir ki, hər toya gələnə nələrin qadağan olunduğu broşur şəkildə paylana bilər.

Bəs yeni qərar nələri dəyişəcək? Niyə cəmiyyətimiz qoyulan qadağaları pozmağa meyllidir?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb:

“Biz deputatlar ”toylara icazə verilsin" çağırışını edəndə nəzərdə tutmamışdıq ki, vətəndaşlar qoyulan qaydalara əməl etməsinlər. Bunun üçün də hesab edirəm ki, bu məsələdə qayda-qanunun tətbiq edilməsi yaxşı olardı. Son günlər xəstəliyə yoluxanların sayının artması məni də narahat edir. Biz istəyirik ki, ümumiyyətlə, bu xəstəlik bitsin və bütün qadağalar aradan götürülsün.

Hər zaman qeyd etmişəm və indi də bildirmək istəyirəm ki, daha yaxşı olardı ki, toylar açıq havada keçirilsin. Bilirik ki, şadlıq saraylarının həyətində geniş məkanlar var və orada 300-500 nəfərlə toy keçirmək daha təhlükəsizdir. Təəssüflər olsun ki, toyların daha çox bağlı məkanda keçirilməsinə meyl göstərirlər. Təbii ki, orada şərait daha yaxşıdır, amma axı təhlükə yaradır. Məsələn, kondisioner havanı alıb, içəri buraxır və xəstəliyi yaymış olur. Bu baxımdan bu gündən sonra qaydaların daha da sərtləşdirilməsinə, insanların daha məsuliyyətli olmasına yönəlik addımlara qarşı çıxa bilmərəm, çıxamayacam da. İnsanlar da məsuliyyətli olmalıdır. Məlum olduğu kimi, virusun təhlükəli “Delta” ştammı artıq Azərbaycanda da aşkar edilib. Qadağalar bizim öz sağlamlığımız üçündür. İnsanlarda belə bir fikir yaranmasın ki, baş nazir Əli Əsədov insanlara qarşı qərar verir. Əksinə, Operativ Qərargah çalışır ki, ümumiyyətlə, bu xəstəlik olmasın və bütün qadağalar aradan qalxsın. Amma vətəndaşlar məsuliyyətsiz yanaşırlar".Lakin müşahidə edirik ki, insanlar toylarda dərd-sərini, unutduğu kimi xəstəliyi də unudur. Əlavə olaraq şadlıq evlərinin sahibləri də daha çox qazanmaq, daha çox insanları dəvət etmək üçün sui-istifadələr edir ki, bu da problemlər yaradır. Təsəvvür edin ki, əgər bir stol arxasında bir xəstə insan əyləşərsə, nə qədər insan yoluxa bilər. Bu məsələlərə nəzarət etmək çətin olub.

Deputat vətəndaşları kütləvi vaksinasiyaya çağırıb:

“Hesab edirəm ki, virusa qalib gəlmək üçün vətəndaşlar kütləvi şəkildə vaksinasiya prosesinə qoşulmalıdır. Ötən gün müşahidə etdim ki, birinci və ikinci doza ilə cəmi 30 min insan peyvənd olunub. Bu çox azdır. Amma bir müddət əvvəl çağırış olanda və vətəndaşlar virusla bağlı daha çox narahat olanda say 90 min idi. Beləliklə, insanlar kütləvi peyvəndləməyə getməzsə, yenidən qadağalar başlayacaq, qapanmalara gediləcək, toylara icazə verilməyəcək. Vətəndaşlar bunumu istəyir?”

Razi Nurullayev baş nazirin yeni qərarına da mövqe bildirib:

“Düşünmürəm ki, xalqımız həmin broşurları oxuyacaq. Əksəriyyəti broşuru alıb, çantasına atacaq. Əlbəttə ki, oxuyanlar da olacaq, amma yaxşı olardı ki, toy başlamazdan əvvəl toyu aparan şəxs broşurda yazılanları zala oxusun.

Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi:

“Bundan əvvəl açıqlamamda bildirmişdim ki, iki həftədə hər şey aydınlaşacaq. Hətta deyərdim ki, bir qədər də vaxt tələb olunacaq.

İlk öncə deyim ki, bu məsələlər qadağaları tətbiq edən qurum tərəfindən aydın şəkildə ortaya qoyulmadı. Qadağalar, məhdudiyyətlər elə şəkildə yazılmışdı ki, bəlkə də xeyli kənd əhalisi onu oxuyub, başa düşmədi ki, söhbət nədən gedir. Bir qrup camaat isə oxudu və təəccübləndi ki, bu qadağalar nə qədər imkan yaradır ki, ona nəzarət edən təşkilatlar öz mənafelərini güdsünlər. Həmin qaydalarda hiss olunurdu ki, nəzarət orqanları burada şəxsi məsələ güdə bilər.

Digər tərəfdən isə qaydalarla bağlı qərar veriləndən bir gün sonra həmin orqanların nümayəndələri camaata səslənib bildirdi ki, “qorxmayın, bu o qədər də sərt olmayacaq”. Əhali bu sözü sona qədər mənimsəyə bilmədi. Axı bu nə deməkdir? Bunun özü də o demək idi ki, hərə bu qaydaları “yola” verə bilər. Ona görə də əhali elə başa düşdü ki, əgər qurum rəsmiləri deyirlər ki, qadağalar o qədər də sərt olmayacaq.

Təəssüf ki, bizim camaatımız illərlə belə öyrəşib ki, qoyulan qadağanı pozmaq olar. Bu praktika bizim həyatımızda var. Lakin bunun günahı əhalidə deyil. Sadəcə, mühit əhaliyə bunu öyrədib ki, qaydanı pozmaq olar. Əhalidə bu artıq vərdişə çevrilib. Bunu da diktə edən, qeyd etdiyim kimi, mühitdir. Ona görə də hesab edirəm ki, bu cür məsələlər ortaya qoyulanda onu konkretləşdirmək lazımdır. Həmçinin icra ediləndə də nəzarət güclü olmalıdır. Bəzən biri “yola” verir, bəzən icra etmir, bunu görən kimsə də başqasına deyir və xəbər yayılır ki, “yola” vermək olar.

Toyları müşahidə edirəm və aydın olar ki, ortada belə bir mənzərə var - 150 nəfərə deyilir ki, saat 9-a qədər gəlsinlər, ondan sonra digər 150 nəfər gəlir. Yəni camaat müxtəlif yollar axtarır. Bu məsələdə ciddi nəzarət mexanizmi yoxdur. Hər şeyi yarımçıq etməyi xoşlayırıq. Ona görə də qeyri-müəyyənlik var.

O ki qaldı veriləcək broşurlara, bu məsələyə də qeyri-ciddi baxıram. Sizcə, toya gələn camaat broşur oxuyacaq? İndidən proqnoz verirəm, gedib görəcəksiniz ki, boruşurlar foyedə və digər yerlərə atılıb.

Mən çağırış edirəm ki, gəlin birlikdə konkret toy modeli quraq. Lakin bu çağırışımı eşidən yoxdur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru