“Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                 

"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər" - deputat
Tarix: 11-06-2021, 08:18 | Çap et
"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"
Bir neçə gündür Ermənistanda parlament seçkilərində iştirak edəcək namizədlər seçkiqabağı təşviqata başlayıblar. “Gallup”un seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi isə 20,6 faizə yüksəlib. Çoxları düşünür ki, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsinin birdən-birə bu qədər yüksəlməsinin arxasında Kreml durur. Paşinyanın seçki öncəsi Avropa turuna çıxması, Fransa və Belçikaya rəsmi səfəri də Ermənistan parlament seçkilərinin ciddi rəqabət fonunda keçəcəyindən xəbər verir.

Ölkədə Paşinyana qarşı etiraz aksiyalarına da start verilib. Ötən gün Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları paytaxt İrəvanda Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər. Hərəkatın fəalları hökumət binasının qarşısında yerə “Antinikol” sözlərinin yazıldığı plakatlar yapışdırıblar. Aksiya fəallarından biri bildirib ki, əvvəlki aksiyanı Vətəndaş Razılaşması partiyasının qərargahı qarşısında keçiriblər: “Bundan sonra vətəndaşlar bizə müraciət edərək, “antinikol” sözlərinin yazıldığı plakatları verdilər”. Polis aksiya iştirakçılarının plakatlarını cırıb və etirazçıları ərazidən uzaqlaşdırıb.

Ermənistanda baş verənləri şərh edən millət vəkili Sahib Alıyev deyib ki, Rusiya Nikol Paşinyanla “demokratiya” oyunu oynayaraq seçkini Robert Koçaryanın udması üçün əlindən gələni edir. Hətta çağdaş texnologiyalardan da faydalanır:

“Bu vasitələr arasında “Kim milyonçu olmaq istəyir?” verilişindəki “dosta zəng” elementi də var. Vladimir Putinin Koçaryana növbəti “dost” zəngi haqda xəbərin dövriyyəyə buraxılmasıyla eyni vaxtda Koçaryanın Rusiyadakı bəlli strukturlara bağlı “Kommersant” qəzetində intervüsü dərc edildi. O intervü ki, orada Robert ictimai rəyə “yeni baş nazir” kimi sırınırdı. Açığını deyək ki, Rusiyanın Koçaryana hazırkı dəstəyi əvvəlkindən nisbətən fərqli təsir bağışlasa da, yenə də “yesəniz də, yeməsəniz də yaşıl tərəvəzdir” modelindən çıxış edilir.

Bu, təkcə ondan irəli gəlmir ki, Qərblə Rusiyanın seçdirmək ənənələri fərqlidir. Daha çox ondan irəli gəlir ki, xəstə və vassal asılılığına öyrəşmiş və üstəlik sındırılmış cəmiyyət hansı davranışa layiqdirsə, onunla o cür də davranılır. Nəticə ortadadır. Ermənistanda “Qarabağ klanı”na nifrətin daha da artdığı bir vaxtda obyektivliyi daha az şübhə doğuran şirkətin keçirdiyi sorğuya görə, əliqanlı və korrupsiyaya bulaşmış siyasətçinin reytinqi 20,6 faizə yüksəlib. Halbuki, iki ay öncə bu göstərici 7-8 faizi keçmirdi. Paşinyanın reytinqinin az qala iki dəfə düşməsi fonunda, Koçaryanın reytinqinin qalxmasının başqa izahı yoxdur”.

Parlament üzvü qeyd edib ki, sosioloji sorğular onu da göstərir ki, bu seçkidə heç kim təkbaşına hökumət formalaşdıracaq qədər səs qazana bilməyəcək:

“Seçkiyə qatılan 23 partiya və 4 blokun içindən Paşinyanla Koçaryanınkını nəzərə almasaq, parlamentə düşmək şansı olanların sayı ancaq bir əlin barmaqlarıyla ölçülür. Amma o “əl” elə Rusiyanın əlidir.

Çünki seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər. Onlar da koalisyon hökumət yaradılacağı təqdirdə Koçaryanın yanında yer alacaqlar.

Seçkini udmaq üçün az-çox şansı olan siyasətçilərdən ancaq Levon Ter-Petrosyanla Edmon Marukyan Paşinyandan daha çox Koçaryana nifrət bəsləyirlər.

Lakin digər bütün siyasi qüvvələr Koçaryanın əlinə oynayırlar. Qərbpərəst mövqe sərgiləyən partiyaların belə Paşinyanın elektoratını parçalamaq üçün meydana buraxıldıqları istisna deyil.

Təbii ki, Paşinyan da baş verənlərin fərqindədir. Onun Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliyə görə Rusiyanı suçlamağa cəhd etməsi və Avropa səfəri məhz bu reallıqdan irəli gəlir.

Amma nə Makron Putindir, nə də Fransanın Ermənistan üzərində Rusiya qədər təsiri var. Bir sözlə, görünən budur ki, cəllad Koçaryan yenidən hakimiyyətə gətirilir. O Koçaryan ki, ondan həmişə regionda qarşıdurma aləti kimi faydalanılıb. Yəqin bundan sonra da eyni məqsədlə istifadəsi nəzərdə tutulur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Dünən, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Dünən, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Dünən, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Dünən, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Dünən, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Dünən, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Dünən, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Dünən, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Dünən, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Dünən, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Dünən, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Dünən, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Dünən, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Dünən, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Dünən, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru