
BMT Nizamnaməsində üzv ölkələrin birtərəfli qaydada çıxması qaydaları öz əksini tapmır. Təşkilat üzv ölkələri öhdəliklərini yerinə yetirməmək, yaxud beynəlxalq hüquqa qarşı addımlarına görə kənarlaşdıra bilər.
ABŞ digər beynəlxalq müqavilələrdə olduğu kimi, BMT ilə əlaqələrini də denonsasiya – “müqavilənin ləğv edilməsi” ilə dayandıra bilər. Lakin Tramp administrasiyasının həqiqətən BMT-dən çıxmaq istədiyi sual altındadır.
Vaşinqtonun BMT-yə qarşı bu addımına mövcud şərtlər çərçivəsindən baxdıqda üç perspektivə hesablanmış kimi görünür:
1. ABŞ-ın təşkilata ayırdığı maliyyəni azaltmaq (2022-ci ildə 18 milyard dollar ianə verib), bu yükü digər ölkələrin üzərinə qoymaq: bu, biznesmen Trampa məxsus yanaşmadır;
2. ABŞ BMT-yə təzyiq etməklə gələcəkdə beynəlxalq hüquqa zidd ola biləcək addımlarını – misal üçün, Qrenlandiyaya, Panama körfəzinə nəzarətdə - qəbul etdirməyə hesablanmış ola bilər;
3. “Tiranların platforması” adlandırdıqları BMT-də nəzarəti “qlobalistlərin” əlindən almaq.
ABŞ BMT-dəki fəaliyyətini tamamilə dondurarsa, bu, II Dünya müharibəsindən sonra yaranmış beynəlxalq sistemin dağılmasını sürətləndirəcək.
Əslində XXI əsrin yeni beynəlxalq münasibətlər sisteminin qurulması yolunda BMT-nin perspektivi kifayət qədər zəifləyib.
Müəllif: Asif Nərimanlı