"Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik" - Partiya sədri
Tarix: 10-06-2021, 08:10 | Çap et
 “Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”. “HaberGlobal” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.
R.T.Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.
Səfər barədə fikirlərini “Sherg.az”la bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, Türkiyə Prezidentinin ölkəmizə gəlişi bütün dünya üçün ciddi bir mesajdır:
“Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik, Azərbaycan onun evidir. Qardaş ölkə bütün müharibə dövründə torpaqlarımızın gerçək döyüşçüsü kimi vuruşdu. Söhbət mənəvi və siyasi mübarizədən gedir. Bütün dünya da gördü ki, Türkiyə və Azərbaycan bir yerdədir. Ərdoğanın da dediyi kimi “ortaq gələcəyimizi birlikdə müəyyənləşdiririk”. Ard-arda mesajlar bu minvalla verilirdi ki, Azərbaycan-Türkiyə bir yerdədir, dostlarımız və düşmənlərimiz eynidir. Qardaş ölkə hər zaman bildirirdi ki, Azərbaycanın bütün problemləri bizim problemimiz sayılır və birlikdə həll olunur.
Brüssel səfərindən sonra Ərdoğanın ilk olaraq ölkəmizə gəlməsi böyük hadisədir. Düzdür, səfər əvvəlcədən planlaşdırılmışdı. Amma Brüsseldə Qarabağ məsələsi də müzakirə olundu.
Onun Azərbaycana gəlməsi yalnız istirahət və ziyarət məqsədi daşımır. Müəyyən məsləhətləşmələr də olacaq. Bu isə çox önəmli məsələdir, dünyaya mesajdır. Hesab edirəm ki, qarışıq bir zamanda Ərdoğanın ailəsi ilə birlikdə Şuşaya gəlməsi o deməkdir ki, Azərbaycan əldə etdiyi nailiyyətləri qoruyacaq və yeni yaranmış şəraitdə hər kəsə imkanlar yaranacaq. Çünki Ərdoğan çıxışı zamanı da bildirmişdi: “Elə bir şərait yaranacaq ki, hər bir dövlət bu durumdan istifadə edəcək”. Lakin kim kənarda qalıb, proseslərdə iştirak etməyəcəksə, günah onun özündədir”.
F.Quliyev qeyd edib ki, Ərdoğanın Şuşaya gəlməsinin digər səbəbi nəzərdə tutulan bütün strateji planların həyata keçirilməsidir:
“Ona görə də qətiyyətli şəkildə mövqe nümayiş etdirəcəyik. Bu, son zamanlar Amerika və Fransanın ATƏT-in Minsk qrupunu “diriltməklə” bağlı fəaliyyəti və Türkiyəni kənarda qoymaq cəhdlərinə cavabdır. Çünki Türkiyə Cənubi Qafqazda oturuşmuş siyasətini yürüdəcək. Ona görə də bu səfər olduqca mühümdür. Səfər həm Azərbaycan, həm Türkiyə, həm də bölgə üçün ciddi bir mesajdır. Dünya gücləri özlərinə lazım olan mesajları götürəcəklər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
• Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38 |
|
|
|
• Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34 |
|
|
|
• "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33 |
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27 |
|
|
|
• Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22 |
|
|
|
• Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17 |
|
|
|
• ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13 |
|
|
|
• Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11 |
|
|
|
• İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38 |
|
|
|
• Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• 47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19 |
|
|
|
• Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04 |
|
|
|
• "Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59 |
|
|
|
• ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56 |
|
|
|
• "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47 |
|
|
|
• "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37 |
|
|
|
• Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32 |
|
|
|
• Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22 |
|
|
|
• BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21 |
|
|
|
• Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16 |
|
|
|
• Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11 |
|
|
|
• Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03 |
|
|
|
• İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01 |
|
|
|
• Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Dünən, 09:00 |
|
|
|
• Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Dünən, 08:57 |
|
|
|
• İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Dünən, 08:56 |
|
|
|
• Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Dünən, 08:53 |
|
|
|
• “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Dünən, 08:46 |
|
|
|
• Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Dünən, 08:45 |
|
|
|
• Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Dünən, 08:38 |
|
|
|
• “907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Dünən, 08:32 |
|
|
|
• Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Dünən, 08:19 |
|
|
|
• Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Dünən, 07:25 |
|
|
|
• Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Dünən, 07:21 |
|
|
|
• Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Dünən, 07:16 |
|
|
|
• Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Dünən, 07:13 |
|
|
|
• "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Dünən, 07:11 |
|
|
|
• Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Dünən, 06:08 |
|
|
|
|