Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                 

“Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır” - deputat
Tarix: 10-12-2020, 08:32 | Çap et
“Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır”
Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılmasının vacibliyi barədə son aylarda müzakirələr yenidən intensivləşib. 44 günlük müharibədə Türkiyə Azərbaycana tam dəstək verdi. Ekspertlər hesab edirlər ki, Azərbaycanın yanında birmənalı şəkildə daim yer alan bir qardaş dövlətin hərbi bazalarının ölkəmizdə olması tezliklə reallaşdırılmalıdır.

Gedən müzakirələrdə Turan ideyası da gündəmə gəlib. Bu ideyanın da gerçəkləşdirilməsi üçün tarixi şəraitin yetişdiyi vurğulanır.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, Türkiyənin Azərbaycanda hərbi bazası mövcuddur: “İlk növbədə, qeyd etmək istəyirəm ki, Türkiyənin Azərbaycanda geniş hərbi baza yaratması getdikcə reallaşa bilər. Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır. Onların getməsi müzakirə mövzusu deyil. Bu baxımdan praktiki olaraq, demək olar ki, artıq Türkiyənin Azərbaycanda hərbi bazası var. Türkiyə birtərəfli qaydada bunu təsdiq edə bilməz, Azərbaycan da o cümlədən. Amma bunun rəsmi tərəfi olmasa da, praktiki əməli tərəfi olduğu üçün biz özümüzü daha təhlükəsiz hiss edə bilərik. Əlavə olaraq, 10 dekabrda keçirilən hərbi paradda türk mehmetciklər də iştirak edəcək. Bu da çox sevindirici bir xəbərdir. Bütün bunlar ondan xəbər verir ki, Türkiyənin Azərbaycanda hərbi iştirakçılığı var. Məsələnin rəsmi tərəfi ondan ibarətdir ki, Qarabağda qurulan Birgə Monitorinq Mərkəzində Rusiya hərbçiləri ilə bərabər türk hərbçilər də olacaq. Mənə elə gəlir ki, aşağı-yuxarı biz Türkiyənin Azərbaycanda hərbi bazasının olduğunu söyləyə bilərik. Xalqımız da buna sevinir”.

Deputat Turan ideyasına da toxundu: “Biz Turanın yaradılması məsələsini millətçiliyə çevirə bilmərik. Xarici ölkələr, dünya Turan ideyasına isti yanaşmır. Bizim bunu bu şəkildə qabartmağımız indiki halda Azərbaycanın apardığı siyasətə uyğun deyil. Turanın qurulması bir çox dünya dövlətlərinə ölkəmizi və Türkiyəni hədəfə almaq anlamına gələ bilər. Ən yaxşısı biz öz işimizi aparaq. Qoy, bu, öz təbii axarı ilə olsun. Mən azərbaycançılıq ideyasının gücləndirilməsindən, ölkəmizdə yaşayan bütün xalqların inteqrasiyasından yanayam. Düşünürəm ki, biz Azərbaycan coğrafiyasında yaşayan bütün xalqlar ölkəmizin, yaşadığımız bu coğrafiyanın rifahı üçün çalışmalıyıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a bunları dedi: “Turan haqqında nəsə demək mənim üçün çətindir. Çünki bu ideyanın reallaşması üçün gərək bütün dövlətlər burada maraqlı olsunlar. Amma hər zaman o fikirdə olmuşam ki, türk birliyi Azərbaycan-Türkiyə ittifaqından ibarətdir. Təəssüflər olsun ki, Mərkəzi Asiyanın türkdilli dövlətləri inteqrasiyada o qədər də maraqlı olmurlar. Düzdür, türkdilli dövlətlərin Əməkdaşlıq Şurası var. Amma biz bu qurumun fəaliyyətinin o qədər də güclü olduğunu müşahidə etmirik. Məsəl üçün, müharibə oldu, hansı türkdilli dövlət Türkiyə istisna olmaqla bizdə ciddi dəstək verdi? Müəyyən açıqlamalar oldu, amma biz eşidəndəki rus təyyarələri Qazaxıstan və Türkmənistan səmasından Ermənistana yüklər daşıyır, bu bizdə çox ciddi suallar yaratdı. Bəzi türkdilli dövlətlər Ermənistana yardımların daşınmasına yardımçı olduqları bir şəraitdə Turan ideyası necə gerçəkləşə bilər? Ona görə də biz daha çox Türkiyə-Azərbaycan Hərbi İttifaqından danışmalıyıq. Naxçıvanla Azərbaycanın materik hissəsi arasında kolidorun açılması Türkiyənin Mərkəzi Asiya ölkələrinə də yolunu açır. Ticarət əməkdaşlığı arta bilər. Burada biz də maraqlıyıq. Amma bu o demək deyil ki, siyasi mənada Turan yaradıla bilər.

Bizim əsas məqsədimiz Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməkdir. Rəcəb Tayyib Ərdoğan artıq Bakıdadır. Hərbi paradda iştirak edəcək. Bunun özü ondan xəbər verir ki, Türkiyə Azərbaycanla siyasi və hərbi ittifaqı gücləndirir. İki il bundan qabaq da Ərdoğan Bakının azad olunmasının yüz illiyi ilə bağlı keçirilən hərbi paradda iştirak etmişdi. O zaman da hərbi paradda İlham Əliyevin yanında dayandı, indi də. Möhtəşəm qələbəmizin qeyd olunmasında bizimlə bərabərdir. Bunun özü çox ciddi mətləblərdən xəbər verir ki, Türkiyə Azərbaycanla hərbi ittifaqı gücləndirmək istəyir. İllərdir ki, bu fikri söyləyirəm, yenə də deyirəm ki, Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması çox vacibdir. Çünki artıq Rusiya da ölkəmizdə hərbi varlığını təmin etdi. Bu bizim üçün müəyyən təhlükələr yarada bilər. Bundan özümüzü sığortalamaq üçün Türkiyə hərbiçiləri mütləq mənada Azərbaycanda olmalıdır. Tək Monitorinq Mərkəzində deyil, Şuşa, Kəlbəcər, Laçın, Bakı, Gəncə və digər yerlərimizdə hərbi hava qüvvələri olmalıdır. Bu Azərbaycanın təhlükəsizlik təminatının gücləndirilməsi deməkdir. Əlbəttə, biz Ermənistanla təkbaşına bacararıq. Bunu sübut da etdik. Amma Ermənistanın arxasında Rusiya dayanıb. Rusiya-Ermənistan hərbi ittifaqı ilə bacara bilmərik. Bunu etiraf etmək lazımdır. Belə təhlükələrdən sığortalanmaq üçün mütləq türk hərbi bazaları Azərbaycanda olmalıdır. Bu olarsa, heç kəs Azərbaycanla güc dilində danışmağa risk etməz”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru