Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                 

“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Tarix: 28-11-2020, 11:44 | Çap et
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var”
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev şəhid ailələri və qazilərin mənzil şəraiti, sosial müdafiəsi, II Qarabağ savaşının diplomatik mərhələsində qarşımızda duran dövlətlər, COVİD 19 bəlası ilə mübarizə və gündəmdəki digər məsələləri “Yeni Müsavat”a müsahibəsində şərh edib.

- Musa müəllim, əksər şəhid ailələri və qazilərimizin mənzil şəraiti, sosial durumu arzuolunmaz səviyyədədir. Onlar üçün dövlət səviyyəsində hansı təcili tədbirlər görmək mümkündür?

- İstər şəhid ailələrinin, istər Qarabağ qaziləsinin, Azərbaycanın ərazi bütövlüyü və dövlətin müdafiəsi uğrunda canını, sağlamlığını itirən şəxslərin müalicəsi, sosial müdafiəsi, təminatları dövlət başçısının nəzarəti altındadır. Cənab prezident həmişə bu insanlara qayğı göstərib və cəmiyyəti də o qayğıdan nümunə götürməyə dəvət edib. Bu günə qədər görülən işlər hər kəsə məlumdur. Mətbuatda da yazıldığı kimi hər il bir neçə dəfə bu kateqoriyadan olan insanlara mənzillər verilir. O məzillərin paylanmasında çox zaman cənab prezidenti və Mehriban xanım şəxsən iştirak edir. Ehtiyacı olan qazilərimizə avtomobillər də verilir. Demək olar ki, ehtiyacı olan qazilərimizin əksəriyyəti bu avtomobillərlə təmin edilib və qalanlarına da veriləcək. Eyni zamanda şəhid ailələri ilə bağlı da proqramlar həyata keçirilir, təqaüdlər, müavinətlər verilir, mənzillə təmin edilir. Şübhəsiz ki, bizim II Qarabağ müharibəsinin şəhid ailələri və qaziləri də dövlətin qayğısı ilə əhatə olunacaqlar. Dövlətin bu istiqamətdə böyük bir proqramı olacaq. Qazilərimizin tibbi reabilitasiyası aparılacaq, lazımi avadanlıqlara təmin olunacaqlar, protezlər veriləcək. Bu məsələ I vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir, ən müasir protezlərlə təmin olunacaqlar. Eyni zamanda onların mənzillə, pensiya və təqaüdlərlə təminatı ən yüksək səviyyədə həyata keçiriləcək. Ehtiyac olarsa, onlar xarici ölkələrdə müalicələrini davam etdirəcəklər.

Müharibə cəmi 15 gündür bitib, hər gün cənab prezident müxtəlif sərəncamlar verir, ötən gün Milli Məclis dövlət başçımızın təqdim etdiyi qanunlara artıq üçüncü oxunuşda baxdı. Bu qanunlarla vətən müharibəsində iştirak edən insanların təltif olunması üçün orden və medallar müəyyən olundu, şəhid adının əbədiləşdirilməsi üçün şəhid parkları yaradıla bilər. Bu insanların sosial müdafiəsi üçün yeni pensiya növləri təyin oluna bilər və ya pensiya və müavinətlərin məbləğinə baxıla bilər. Bunlar hamısı yaxın gələcəkdə olacaq. 15 gün ərazində bunları etmək mümkün deyil. Bu düşüncələr var, hökumət müvafiq proqramlar üzərində işləyir, yaxın günlərdə cəmiyyətə təqdim olunacaq. Dövlət büdcəsində də müəyyən dəqiqləşdirmələr aparılır, ona görə də, hələ Milli Məclisə təqdim olunmayıb. Burada həm işğaldan azad olunan torpaqlarımızın bərpası ilə bağlı xərclər, həm də şəhid ailələri və qazilərimizin sosial müdafiəsi ilə bağlı bəndlər müəyyən olunacaq. Büdcə layihəsi parlamentə təqdim olunduqdan sonra biz daha ətraflı və dəqiq danışa bilərik. Layihə olmadığından hansı istiqamətdə nə qədər vəsait ayrıldığını deyə bilmərəm, ancaq məlumatım var ki, sosial müdafiənin gücləndirilməsi istiqamətində dəyişikliklər olacaq.

- Cəmiyyətdə də şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə münasibət dəyişməkdədir. İctimai yardım kampaniyaları keçirildi, orduya yardımlar edildi. Bunu necə dəyərləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. 44 günlük müharibənin həm də milli birlik, vətənpərvərlik istiqamətində çox böyük əhəmiyyəti oldu. Biz bir daha xalqımızı tanıdıq və gördük ki, nə qədər vətənini sevən, insanpərvər, dövlətinə dəstək olan, ordusunu sevən xalqımız var. Hər kəs könüllü olaraq əlindən gələn yardımı etdi, kimsə maaşını orduya köçürdü, kimi biznesindən yardım etdi, kimi əlcək-papaq alıb orduya yolladı, böyük bir ictimai kampaniya çərçivəsində orduya humanitar yardımlar edildi. Bunların hamısı milli birliyimizin nümunələri idi , xalqımız yüksək vətənpərvərlik nümayiş etdirdi. Müharibə bitəndən sonra da əsgərə, qaziyə, şəhid ailəsinə yüksək səviyyədə münasibət, sevgi formaşalacaq və onlara müqəddəs insanlar kimi, cəmiyyətdə yüksək nüfuzu olan insanlar kimi baxılacaq. Real danışsaq, 1991-93-cü illərin qaziləri ilə indiki qazilər arasında dövlət bir fərq qoymasa belə, fərq qalibiyyət ruhundadır. O dövrdəki qazilərimiz özləri də hərbi məğlubiyyətdən dolayı mənəvi olaraq bir qədər sınmışdılar. Doğrudur, bu onların günahı deyildi, həmin dövrün yarıtmaz rəhbərliyinin günahı idi, orduya rəhbərlik edənlərin günahı idi. Ancaq stereotipi Heydər Əliyev qırdı, 1994-cü ilin avqustunda Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi üçün fərman imzaladı. Şəhid ailələrinin müdafiəsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı Heydər Əliyevin fərmanı ilə qanun qəbul edildi. Ancaq yenə də içimizdə bir məğlub döyüşçü stereotipi var idi. Ancaq şəhid ailələrinin və qazilərin sosial təminatının gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu stereotipi bir qədər azaltdı. Ancaq indiki dövrdə bizim qazilərimiz, veteranlarımız qəhrəman kimi qayıdır və xalq tərəfindən qəhrəman kimi qarşılanır. Xalqın da, dövlətin də bundan sonra onlara münasibəti fərqli olacaq. Biz uşaqlarımızı və gənclərimizi də elə tərbiyə etməliyik ki, Ordu vətənin ən müqəddəs parçasıdır, cəmiyyətin ən müqəddəs hissəsidir. Vətənin və dövlətin keşiyində duran hər kəsə xüsusi hörmət və ehtiram göstərilməlidir. Bundan sonra da şəhid ailələrini, qazilərimizi başımızın üstündə saxlamağa borcluyuq.

- Azərbaycan müharibəni qələbə ilə başa vurdu, ancaq diplomatik sahədə çox böyük hücumlara məruz qalır. Diplomatik savaş necə qurulmalıdır, başda Fransa olmaqla ermənipərəst qüvvələrə qarşı?

- Biz döyüş meydanında qalibik, qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik, haqqı-ədaləti bərpa etdik. Ancaq şər qüvvələr yenə də öz pisliklərindən əl çəkmir. Diplomatik sahədə də, Azərbaycana qarşı namərd hücumlar var. Hesab edirəm ki, Azərbaycanın Ali Baş Komandanı, diplomatları, siyasətçiləri və bütövlükdə Azərbaycan xalqı diplomatik davadan da qalib ayrılacaq. Çünki haqq bizim tərəfimizdədir. Biz öz haqqımızı müdafiə edəcək qədər güclü dövlətik. Dünya Fransadan və ya 5-10 Avropa ölkəsindən ibarət deyil ki. Dekabrın 3-4-də BMT-nin COVİD-lə bağlı sessiyası çağırılır və Azərbaycan prezidenti orada məruzəçidir. Daha öncə də Azərbaycanın təşəbbüsü ilə bir sessiya çağırılmışdı. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu hərəkatının 130 üzvünün adından Azərbaycan prezidenti danışır, müraciət edir. Bizim beynəlxalq təşkilatlarda nüfuzumuz var, Avropa ilə, digər ölkələr ilə iqtisadi, ikitərəfli, mədəni münasibətlərimiz normaldır. Ola bilər ki, bu münaqişədə Fransa və bəzi dövlətlərin maraqları başqadır. Seçki ərəfəsində olan dövlətlər var ki, erməni lobbisinin dəstəyini əldə etmək üçün bu cür addımlar atırlar. Bu dövlətlər də öz cavablarını aldılar. Milli Məclis Fransa Senatının qərarına qarşı sərt bir bəyanat qəbul etdi, hökumətə öz tövsiyələrini verdi ki, bu istiqamətdə hökumət ciddi tədbirlər görməlidir. Fransa ilə diplomatik-siyasi, iqtisadi münasibətlərin səviyyəsinə baxmaq, bir də Minsk qrupunda Fransanın həmsədrliyi məsələsinə aydınlıq gətirmək. Bunlar hamısı Fransa dövlətinə də, ictimaiyyətinə, fransız diplomatlarına da ciddi bir mesajdır. Fransa səfirliyi qarşısında gənclərimiz etiraz aksiyası keçirdilər. Biz güclü və qalib dövlətik, qalib dövlətlə hər kəs hesablaşacaq. Fransanın hər hansı addımına lazımınca cavab veriləcək. Bizim çox yüksək peşəkarlığa malik prezidentimiz, Ali Baş Komandanımız var. 44 günlük müharibədə də gördük ki, o necə ustalıqla diplomatik mübarizə apardı, xarici jurnalistlərdən gələn düşmən mövqeli sualları neytrallaşdırdı. Cənab prezidentin rəhbərliyi ilə diplomatik sahədəki savaşdan da qələbə ilə çıxacağımıza inanıram. Biz Cənubi Qafqazı və bütövlükdə dünyanı erməni faşizmindən xilas edən dövlət kimi tarixə düşəcəyik.

- Bu savaş bir çox dövlətlərin Azərbaycana münasibətini dəyişdi. Müharibədə qazanılan uğurlardan sonra İran və Rusiya neytral mövqeyə keçdi. Sizcə, Rusiya artıq seçimini edibmi, yoxsa biz yenə ayıq-sayıq olmalıyıq?

- Siyasət mümkün olanı yerinə yetirmək sənətidir və biz bu gün siyasətimizə də günün reallığına uyğun qurmuşuq. Qonşu dövlətlərlə həmişə yaxşı münasibət ümummilli liderimizin tövsiyəsi idi və cənab prezident də münasibətləri maksimum yüksək səviyyədə qurur. Əgər bu yaxşı münasibət qarşılıqlı olarsa, davam edərsə nə yaxşı. Yox əgər hansısa dövlət öz maraqlarına uyğun fərqli hərəkət edərsə, o zaman biz də öz dövlət maraqlarımızı qoruyacağıq. Yadınızdadırsa, bir neçə il öncə ABŞ İrana qarşı sanksiya tətbiq edəndə, İranı təcrid edəndə, Azərbaycan prezidenti o sanksiyalara qoşulmadı və bildirdi ki, İran bizim qonşumuzdur. Bu gün də İran dövləti həmin münasibətə adekvat davrandı. Rusiya ilə də bizi tarixi qonşuluq münasibətləri bağlayır, iqtisadi əlaqələrimiz çoxdur. Rusiyada milyonlarla azərbaycanlı yaşayış, çalışır. Rusiya regionun ən güclü dövlətidir və biz hər zaman münasibətlərimizin isti olmasına çalışmalıyıq, həm də çalışmalıyıq ki, bu münasibətlər hər iki dövlətin maraqlarını təmin etmiş olsun. Əlbəttə, gələcəkdə biz qarşı bir mənfi münasibət olacaqsa, o zaman münasibətlərimizə yenidən baxa bilərik.

- Hazırda ölkəmizi təhdid edən daha bir düşmən COVİD 19 -dur. Yoluxma pik həddə çatıb, ölənlər artır. Ancaq dövlətin iqtisadi yükü o qədər çoxdur ki, indiki məqamda sərt karantinə keçmək də ağır qərar olar. Sizcə, nələr edilməlidir?

- Mən bu barədə təklifimi Milli Məclisdə də səsləndirdim. Doğrudur Operativ Qərargahda çox peşəkar insanlar var. Ancaq bir həkim və sosial sahədə çalışan mütəxəssis kimi görürəm ki, mütləq sərtləşdirməyə getməliyik. Rəqəmlər çox yüksəkdir, biz yaz aylarında gündəlik yoluxma sayı 500-600 olanda həyəcan keçirir və çox güclü tədbirlər görürdük. İndi də payız-qış mövsümü ilə bağlı yoluxma hallarının artması, həmçinin müharibədən dönən qazilərimizin, şəhid olan övladlarımızın qarşılanma mərasimlərində insan sıxlığının müşahidə olunması müəyyən artımlara səbəb olur və bu davam edəcək. Hesab edirəm ki, biz ən azı hər həftənin 4 gününü sərt karantinə keçməliyik. Lazım olarsa, SMS icazə sisteminə qayıtmalıyıq və çalışmalıyıq ki, küçədə, ictimai yerlərdə insanların sayı az olsun. Müəyyən şərtlər var, karatin müddətini də çox etmək olmaz, insanlar sosial -psixoloji gərginlik keçirirlər. Ancaq istənilən halda sərt tədbirlərə əl atmasaq, artıq bütün palatalar dolduğu kimi tibbi personalın çatışmazlığı da müşahidə olunacaq. Evlərdə müalicələrin də effektiv olduğunu demək olmaz, çünki insanların bir çoxu dərmanları tapa bilmirlər. Bu mənada çalışmalıyıq ki, yoluxma hallarının qarşısını alan tədbirlərə gedək. Nə qədər ki, peyvənd tapılmayıb və kütləvi peyvəndləşməyə gedilməyib, çalışmalıyıq ki, yoluxmanı karantin yolu ilə azaldaq. Bu sadəcə mənim fikrim deyil, tibb sahəsindəki hansı mütəxəssisdən soruşsanız sərtləşdirilmiş rejimin vacib olduğunu deyəcək. Rayonlararası əlaqələri bir qədər məhdudlaşdırmalıyıq, gediş-gəlişi azaltmalıyıq. Təkcə maarifləndirmə tədbirləri ilə nəticə almaq olmur. Hamı bilir ki, virus var, təhlükəlidir, ancaq heç də hamı adekvat davranmır. Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var. Hələ ki, ona qarşı ciddi bir silahımız yoxdur. Əlimizd­­ə müəyyən qədər imkanlar var, mübarizə aparırıq. Ancaq yoluxma hallarını azaltmaq üçün insan kontaktlarını azaltmalıyıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru