"Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır"
Tarix: 15-10-2019, 08:39 | Çap et
!["Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır" "Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır"](/uploads/posts/2019-10/thumbs/1571114381_0001.jpg) Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi yenidən gündəmdədir. Ölkə ictimaiyyəti şəhidləri təhqir edənlərlə bağlı cəzaların müəyyənləşdirilməsini tələb edir. Tanınmış Azər Axşamın həyat yoldaşının şəhid Milli Qəhrəman Mübariz İbrahimov haqqında neqativ fikirlər səsləndirməsindən sonra məsələ yenidən aktuallaşıb.
AFN mövzu ilə bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini alıb. Millət vəkili Aqil Abbas AFN-ın suallarına cavab olaraq bildirib ki, şəhid və Milli Qəhrəmanları təhqir edənlərə qarşı xüsusi bir cəza təyin edilə bilər:
“Qanunvericiliyimizdə təhqir edən, böhtan atanlar üçün maddə var. Heç bir vətəndaşı təhqir etmək olmaz. Düşünürəm ki, şəhidlərlə bağlı xüsusi bir cəzaya da ehtiyac var. Milli Qəhrəman olmasa belə, heç bir şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Şəhiddirsə, deməli elə qəhrəmandır”.
Politoloq Toğrul İsmayıl da AFN-ə cəza təklifini dəstəklədiyini söyləyib: “Ümumiyyətlə, təhqir qadağandır və bunun hüquqi cəzası var. Şəhidlərə gəlincə, onlara qarşı da hər hansı bir təhqir olmaz və bunun qanunvericilikdə ayrıca maddəsi olmalı, xüsusi cəza müəyyən edilməlidir. Hesab edirəm ki, ilk başda cəza ağır verilməməlidir. Amma təkrarlandığı zaman həbs də edilə bilər. Bu, dünyada qəbul edilən bir məsələdir. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə xüsusi cəza ilə razılaşmayıb: “Hesab etmirəm ki, xüsusi, ciddi cəzaya ehtiyac var. Bu, mənəviyyat məsələsidir. Ölkəmizin ərazi bütövlüyü, torpaqları uğrunda şəhid olan insanı təhqir etməmək üçün adamda mənəviyyat olmalıdır. Mənəviyyat yoxdursa, cəza ilə nə dəyişəcək? Milli Qəhrəmanları qəbul etməsələr də, susmağı bacarmalıdırlar. Hətta kiminsə içində separatçılıq varsa belə, toplumun, dövlətin ümumi maraqları naminə susmalıdır”.
Qarabağ qazisi Rey Kərimoğlu AFN-ə açıqlamasında bildirib ki, şəhidləri təhqir edənlərə ən ağır cəza verilməlidir: “Belə hallar dövlətə qarşı cinayət kimi dəyərləndirilməlidir. Bura qaziləri, yəni Qarabağ əlillərini də əlavə etmək lazımdır. Türkiyədə qaziyə əl qaldırmışdılar, dövlətə qarşı cinayət maddəsi ilə iddia irəli sürüldü”.
Hüquqşünas Sahib Məmmədov isə AFN-ə qeyd edib ki, cəza problemi həll etməyəcək:
“Qanunvericiliyimizdə təhqirə görə cəza var, amma xüsusi ittiham qaydasında şikayət olmalıdır. Bunu da şəhidin vərəsələri edə bilər. Düşünürəm ki, belə məsələlərdə cəmiyyət özü cəzalandırmalı, ictimai qınaq olmalıdır. Fiziki yox, mənəvi cəzanı nəzərdə tuturam. Məsələn, təhqir edənlərə salam verməmək onlara ən böyük mənəvi cəza ola bilər. Məncə, məsələni qanunla həll etmək, xüsusən cəza yolunu seçmək problemi həll etməyəcək”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43 |
|
|
|
|