Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveç hökumətinin ölkədəki radikal təşkilatları maliyyələşdirdiyini bəyan edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, "Beynəlxalq Şəffaflıq - Gürcüstan" qeyri-hökumət təşkilatının fəaliyyətinin arxasında İsveç maliyyələşdirməsi durur və ümumilikdə radikal QHT-lər müvafiq donorlar tərəfindən dəstəklənir.