Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                 

“Onlar ABŞ-da ermənilərə taleyini bağlamış, Trampı impiçment etmək istəyən, korrupsiyada ittiham olunan şəxslərdir” - deputat
Tarix: 11-10-2019, 08:21 | Çap et
“Onlar ABŞ-da ermənilərə taleyini bağlamış, Trampı impiçment etmək istəyən, korrupsiyada ittiham olunan şəxslərdir”
ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensivləşib. Budur, ABŞ Konqresinin üzvləri Cudi Çu və Cek Spayer Qarabağa qanunsuz səfər edən növbəti konqresmenlərdən olublar.

Konqresmenlər Ermənistandan helikopterlə Azərbaycan torpaqlarına uçublar və Bakının istismarına icazə vermədiyi hava limanına eniblər.

Bu, amerikalı konqresmenlərin ilk belə səfəri deyil. Niyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə ayaq basırlar, nə üçün Bakı-Vaşinqton münasibətlərini nəzərə almırlar? Necə ola bilir ki, BMT-nin qətnamələri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunduğu halda, ABŞ işğal olunmuş Dağlıq Qarabağa maliyyə yardımı həyata keçirir, amma əraziləri işğal olunmuş ölkəyə yardım üçün embarqo uzun illərdir ki, qüvvədə qalır?

Ümumiyyətlə, lobbi qruplarının ABŞ-ın siyasi sistemində fəaliyyəti ona gətirib çıxarıb ki, qanunverici orqanı təmsil edən ayrı-ayrı konqresmenlər beynəlxalq sistemdəki obyektivliyi kənara qoyaraq öz şəxsi maraqlarını güdən işlərlə məşğuldurlar.

Bundan əvvəl də ABŞ konqresmeni Frenk Pallone işğal altında olan Dağlıq Qarabağa səfər etmiş və erməni mətbuatına Vaşinqtonun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxmışdı.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə söhbətimizdə bu məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Asim müəllim, bu gün ABŞ - Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Azərbaycanla Amerika arasında münasibətlər tərəfdaşlıq və bir sıra istiqamətlərdə əməkdaşlıqdan ibarətdir. Bu istiqamətlərdən ən prioritet sahə təhlükəsizliklə bağlıdır.

Azərbaycan antiterror koalisiyasına üzv ölkələrdən biridir, Əfqanıstanda terrorizmlə mübarizəyə dəstəyini verməkdədir. ABŞ-la əməkdaşlıq sahələrindən digər mühüm biri enerji istiqamətindədir. Azərbaycan Amerikanın enerji sahəsində mühüm tərəfdaşları sırasındadır, dövlətimizin həyata keçirdiyi layihələr ABŞ tərəfindən dəstəklənir. Digər bir əməkdaşlıq istiqaməti isə enerji təhlükəsizliyi ilə bağlıdır və bu məsələdə iki ölkə münasibətləri mühüm rol oynayır. Eyni zamanda, ABŞ Azərbaycanla humanitar sahədə əməkdaşlığı davam etdirir. Bura mədəniyyət və təhsil sektorları daxildir. Bir məsələni də qeyd etməliyəm ki, ABŞ təhlükəsizlik sahəsi ilə bağlı ciddi vəsaitlər ayırıb, Azərbaycanda mütəxəssislər hazırlanır.

- Obama administrasiyası ilə Tramp hakimiyyətini Azərbaycana münasibətdə nə fərqləndirir?

- Birinci fərq ondan ibarətdir ki, Barak Obama administrasiyasında 907-ci düzəlişin müəllifləri olanlar mühüm vəzifələr tuturdular. Onlar erməni lobbisi ilə əlaqəli, bilavasitə layihələr həyata keçirənlər idilər. Obama administrasiyasında ermənilərlə əməkdaşlıq edən, vəsait ayıran qüvvələr fəaliyyət göstərirdilər. Amma bunların heç biri Tramp hakimiyyətində olmadı. Onun administrasiyasında 907-ci düzəlişin müəllifləri yoxdur, ermənilərə dəstək vermirlər.

- Siz iki ölkə arasında əməkdaşlıq sahələrini qeyd etdiniz, lakin amerikalı konqresmenlər növbəti dəfə Qarabağa qanunsuz səfər ediblər. Niyə tərəfdaş ölkəyə qarşı bu addımlar atılır?

- Söhbət ondan gedir ki, erməni diasporu ilə müəyyən əlaqələri olan şəxslər Qarabağa gəlirlər. Bu da həmin konqresmenlərin ermənipərəst olmasından qaynaqlanır.

Lakin onların torpaqlarımıza qanunsuz şəkildə səfəri heç bir halda Amerika hökumətinin mövqeyi, rəsmi səfəri kimi qiymətləndirilə bilməz. Bu konqresmenlər nəzərə almırlar ki, atdıqları addım ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir.

- Yəni bu konqresmenlər erməni lobbisindən maliyyələşirlər?

- Onlar Amerikada ermənilərə taleyini bağlamış şəxslərdir və hər bir formada asılılıqları var.

- Sizcə, konqresmenlərin vertolyotla Qarabağa gəlişi hansı mesaj idi?

- Bu da ənənəvi erməni şüurudur. Onlar düşdükləri ağır vəziyyətdən çıxmaq üçün amerikalı, avropalı, ermənilərlə sıx işləyən xarici siyasətçiləri dəvət edirlər.

- Bəs, Azərbaycan tərəfi bu məsələ ilə bağlı hansı addımı atmalıdır?

- İlk növbədə o konqresmenlərin siyasi korrupsiyasını ifşa etməliyik. Eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələlərdən məlumatlandırmalıyıq. Amerika ictimaiyyətinə, konqresmenlərə bildirilməlidir ki, onların bu səfərləri ABŞ hökumətinin prinsiplərinə, öz ölkələrinin maraqlarına tamamilə ziddir. Əslində, Paşinyan o günə qalıb ki, Kim Kardaşyanı çağırır, onunla şəkil çəkdirir. Bu, Ermənistan hökumətinin düşdüyü acınacaqlı vəziyyətin göstəricisidir. Erməni lobbisi ilə əlaqəli konqresmenlər Qarabağa gəlir, Kardaşyan dəvət olunur...

- ABŞ-Azərbaycan arasında tərəfdaşlıqdan danışılır, ATƏTdə həmsədr ölkədir, sizcə, konqresmenlərin Qarabağa qanunsuz gəlişi bizə qarşı hörmətsizlik deyilmi?

- Əslində korrupsiyada ittiham edilən konqresmenlərin Trampın impiçmentini həyata keçirmək cəhdləridir. Onlar Trampın impiçmentini istəyirlər və buna görə Amerikanın maraqlarına qarşı çıxış edirlər. O baxımdan hesab etmirəm ki, onların Qarabağa gəlişi ABŞ-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı tərəfdaşlığa kölgə salır. Sadəcə, özlərini ifşa edirlər, çünki onlar haqda korrupsiya məlumatları yayılır.

- Asim müəllim, konqresmenlərin Qarabağa səfəri, ermənilərlə sıx əlaqələri həm də Azərbaycanın Amerikadakı diasporunun zəif fəaliyyətinin nəticəsi deyilmi?

-Azərbaycan diasporu təbii ki, Amerikada çox zəifdir. Ermənilərin milyardlara malik, güclü diasporu orada fəaliyyət göstərir, illərlə kök salıblar, təşkilatlanıblar.

Eyni zamanda, erməni diasporu Avropada da öz işini görür. Bu mənada onlaral güc nümayiş etdirmək çətindir. Çünki bizim diasporamız hələ təzə başlayıb, ermənilər isə Amerikada çoxdan təşkilatlanıblar. Hesab edirəm ki, ABŞ və Avropa mediası ilə əməkdaşlığımız olmalıdır, beynəlxalq ictimaiyyətə sözümüzü çatdırmalıyıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Dünən, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru