Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                 

“Hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur” - deputat
Tarix: 13-09-2019, 08:26 | Çap et
“Hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur”
Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksi və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinə başlanılıb. Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən bu kompleks həm də “Məhsul” stadionu kimi tanınır. Bakı Şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər üçün Yasamal rayonunda bu stadionu ayırıb.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyətindən report.az-a bildiriblər ki, stadion uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Burada hər hansı idman tədbirinin keçirilməsi mümkünsüz olub, gecə saatlarında stadion tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib, bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionu müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlanılıb”.

Novator.az bildirir ki, “Məhsul” stadionunda sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bu, 2019-cu ildə BŞİH ilə razılaşdırılan yeganə aksiya olub. Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.

Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.

Ekspertlər mitinq yerinin təmir üçün qapadılması səbəbindən iqtidara əlavə tənqidlər olacağı qənaətindədirlər. Sosial şəbəkələrdə müxalif düşərgə əslində təmir adı ilə “sonuncu qalaları”nın dağıdıldığını bildirirlər. Artıq beynəlxalq qurumlara bununla bağlı müraciətlərin ediləcəyi barədə mövqelərə də rast gəlməkdəyik.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyilənlərə sərt münasibət sərgilədi: “Azərbaycanda bir konstruktiv müxalifət var, bir də radikal. Sentyabrın 11-də Əli Əhmədovun iştirakı ilə tədbir keçirildi. Bütün müxalif qüvvələrlə, siyasi partiyalarla hökumətin dialoqa hazır olduğu bəyan edildi. Buna da konstruktiv müxalifət müsbət cavab verdi. Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı heç bir problem yoxdur. Bu gün ölkəmizdə hər hansı bir partiyanın fəaliyyətinə maneçilik törədilmir. Kim istəyirsə, sosial şəbəkələrdə fikrini ifadə edir, mediada da istənilən şəxs azad şəkildə fikirlərini, düşüncələrini deyir. İstədikləri vaxt müxalif qüvvələr yığıncaqlarını keçirirlər. Olan bir sözü deməklə kiməsə nəyisə çatdırmaq istəyirsənsə, orada da heç bir problem yoxdur. Belə bir məqamda hökmdür ki, mitinq keçirəsən? Mitinq hansı zərurətdən yaranıb? Mitinqin mənası nədir? Azərbaycan iqtidarı ilə həmin radikal müxalifət arasında olan ən ciddi fərq odur ki, ölkə iqtidarı qurucudur. Tikir, qurur, abadlaşdırır, insanların istədiyini həyata keçirir. Radikal müxalifət isə öz mövcudluğunu göstərmək üçün ancaq mitinq yolunu tanıyır. Gəlsin orada populist çıxışlar etsin, şər-böhtan danışsın. Bu düşərgə öz fəaliyyətini, mövcudluğunu ancaq mitinq yolu ilə təsdiq etmək istəyir. Əgər burada ehtiyac varsa ki, təmir aparılsın, ora abadlaşdırılsın, bu olmamalıdır? Burada nə var axı? Əgər Avropa buna etiraz etmək istəyirsə, o zaman demək, Avropa Azərbaycanın inkişaf etməsini istəmir. İdman qurğularının olması və insanların ondan istifadə etməsində pis nə var ki? Nə vaxtsa bu təmir, yenidənqurma getməlidir də. Buna görə Avropa etiraz etmək istəyirsə, etsin. Onda biz tikməyək, qurmayaq ki, Avropa buna etiraz edəcək. Bunu qəbul etmək mümkün deyil. Əvvəlki fikrimə bir daha qayıdıram ki, hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur. Əgər sən öz varlığını təsdiq etmək istəyirsənsə, nəzərə al ki, heç stadionu belə doldura bilmirsən. Bir cüt, bir tək adam gəlir. Sən öz zəifliyini, sosial bazanın olmadığını göz önündə sübut edirsən. Belə olan halda hesab edirəm ki, qabağı qışa gedir, idman meydançaları indi təmir olunmalıdır. Çünki yay vaxtı insanlar elə yerlərə daha çox gedirlər, yəni buna ehtiyac görürlər. Ona görə də stadionun təmiri normaldır. Radikal müxalifət bundan inciməməlidir. Bir az səbir etsin. Həm də bəhanə deyil, əsas tapsın. Bundan sonra mitinq keçirəndə əsaslarını göstərə bilsin. Azərbaycan iqtidarı haradasa nəsə təmir edəndə Avropa-filanla məsləhətləşməli deyil. Öz işini görməlidir. Necə ki də görür”.

Deputat Azərbaycana mitinq meydanının bağlanması səbəbindən təzyiqlərin gələcəyini düşünmür: “O qurumlar ki, ölkəmizə qarşı hər zaman qərəzli mövqedən çıxış edirlər, onlar daim bəhanə tapırlar. Heç bir bəhanə tapmayanda da bizim ”Beşinci kolon"un göndərdikləri donoslar onlara bəs edir. Amma Azərbaycana təzyiq etmək, təsir göstərmək mümkün deyil. Azərbaycan müstəqil dövlətdir, demokratiya yolu ilə gedir. Ölkəmiz bu dəqiqə ən mühüm problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi ilə məşğuldur. Əgər Avropa ölkəmizə kömək etmək istəyirsə ki, Azərbaycan sürətlə inkişaf etsin, o zaman ilk növbədə, münaqişənin həllinə kömək etməlidir. O problemi ki, Avropa, ATƏT öz üzərinə götürüb, münaqişənin sülh yolu ilə həllinə kömək etsin. Ondan sonra Azərbaycanda inkişaf daha sürətli olacaq, proseslər də uğurla gedəcək. Avropa bəhanə axtarmasın. Konkret olaraq, kömək etmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etsin".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Bu gün, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Bu gün, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Bu gün, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Bu gün, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Bu gün, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Bu gün, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Bu gün, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru