Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                 

“16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir” - deputat
Tarix: 6-04-2017, 08:54 | Çap et
“16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir”
“16 aprel səsverməsi Türkiyə dövlətinin Osmanlı imperiyasından müstəqil demokratik cümhuriyyətə çevrilməsi ilə müqayisə oluna biləcək tarixi seçim hadisəsidir”.

Milli Məclisin deputatı Zahid Oruc bunu “Yeni Müsavat”a qardaş ölkədə keçiriləcək ümumxalq referendumunu şərh edərkən, referendumdan sonrakı gözləntiləri bölüşərkən bildirdi. Qeyd edək ki, aprelin 16-da 18 dəyişiklikdən ibarət olan dəyişikliklər zərfi “əvət” səsini alarsa, Türkiyə parlament respublikasından prezident respublikasına çevriləcək, baş nazir postu ləğv olunacaq. Türkiyə gündəminin baş mövzusuna, ciddi müzakirə predmetinə çevrilən referendum məsələsi qardaş ölkə ilə nəbzi bir döyünən Azərbaycanda da diqqətlə izlənilir. Z.Orucun sözlərinə görə, əslində dəyişən təkcə ana qanun deyil, eyni zamanda xalqın iradəsi ilə formalaşan bütün hakimiyyət qollarının və idarəetmə fəlsəfəsinin köklü şəkildə yeniləşməsi təklif olunur: “Qətiyyən inkar edilə bilməz ki, referendum və ona qədər hazırkı iqtidarın antidövlət qüvvələri ilə gərgin savaşları Türkiyə cəmiyyətini daha da parçalayıb və bunu siyasi azadlıqlar şəraitində ideoloji fərqlərdən doğan plüralizmlə eyniləşdirmək olmaz. Ona görə də hər iki nəticə halında siyasi böhran dövlət, ictimai institutlar və milli həyatdan yaxın illərdə çox asanlıqla çəkilib getməyəcək”.

Zahid Oruc R.T.Ərdoğanın yeni dövlət modelinə 2005-ci ildən addım-addım gəldiyini vurğuladı: “Onun ən güclü arqumenti parlamentli üsul-idarənin hesabına İnönü dövründən bu yana anqlo-saks dünyasının Türkiyəni içəridən ələ keçirməsi, xarici iradənin türk millətinə hökm etməyə imkanlar qazanması və xalqın idarəsinin bu yolla əngəllənməsidir. AKP özündən əvvəlki hökumətləri az qala xarici işğalçıların daxildə müttəfiqləri elan edir, onların mirasını tanımaq istəmir. Keçmişin belə təftişi isə şübhəsiz, ölkənin ən azı yarısını rəqib cinaha yuvarlayıb. Doğrudur, son 40 ildə 62 hökumətə şahidlik etmiş bir cəmiyyətin halına qibtə ediləsi deyil. Hər halda, öz taleyindən uzaq salındığı üçün hazırkı konstituson islahatlar millətin öz həqiqi azadlığına Atatürkdən sonra ikinci dəfə qovuşması şüarları altında aparılır”.

Milli Məclisin deputatı qeyd etdi ki, yeni konstitusiyanın qəbulu nəticəsində ikibaşlı rəhbərliyə son qoyulacağı və prezidentin yeganə gücə çevriləcəyi aksiomadır: “Məhz bu səbəbdən Ərdoğanın əleyhdarları ona qarşı əks çəkindirmə sütunlarının qalmayacağını, hökuməti formalaşdırmaq üçün müstəsna səlahiyyətlərə heç kəsi buraxmayacağını nəzərə alıb xalqı gözlənilən diktaturaya qarşı mübarizəyə çağırırlar. ”Hayır" tərəfdarlarının Atatürk sistemindən və ənənələrindən imtina olunduğunu iddia etməsi reallıqda o arqumentlərlə izah olunur ki, ötən əsrin 30-cu illərində xilafət mirasından imtina edən Türkiyə sekulyarlığa qədəm qoyaraq qərbləşməni xarici və daxili siyasətinin başlıca kursuna çevirmişdi. Lakin indi referendum Qərblə siyasi toqquşmalar və qarşlıqlı ittihamlar şəraitində keçir, hakim partiyanın dini dövlətə daşıması və panislamizm istəkləri naminə xilafət quruculuğu istəkləri gizlədilə bilmir. Ona görə də Türkiyədə ötənilki silahlı hərbi çevriliş cəhdinə qarşı çıxan milyonlarla insanın içərisində 16 apreldən sonra Türkiyənin siyasi gələcəyini böyük qarşıdurma ilə görənlər də həddindən artıq çoxdur. Faktiki olaraq, Ərdoğana etimad referendumuna çevrilmiş xalq səsverməsi “evet” nəticəsi ilə 17 aprelə qədəm qoyarsa, Trampın qələbəsinə verilən dünyəvi və amerikadaxili reaksiyaların eynisini də burada müşahidə etməli olacağıq. Hər bir halda Azərbaycan Türkiyəni yolayrıcılarını çoxdan dəf etməyi bacarmış və dərin dövlətçilik ənənələrini qoruyub saxlamış güclü bir dövlət hesab edərək, Vətənin taleyi və ay-ulduzlu bayrağın daima yüksəklərdə dalğalanması naminə sağlam ideyaların və dərin idrakın qalib gələcəyinə əmindir. Qarşı duran siyasi düşərgələri hansı adla çağırsalar da, ən sonda vahid dövlətin bütünlüyünü və suverenliyini qoruyub-saxlamaq hər bir partiyanın, hərəkatın və şəxsin borcudur. 16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru