Fazil Mustafa Sərdar Cəlaloğlunu ələ saldı: - “Mənə elmi dələduzluq kimi gəldi”
Tarix: 16-02-2017, 08:55 | Çap et
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə yenidən kəllə-kəlləyə gəlib. Modern.az saytı xəbər verir ki, bir müddət öncə aralarında dini məsələyə görə ciddi mübahisə yaranmış siyasətçilər bu dəfə də eyni prizmadan üz-üzə dayanıblar.
Fazil Mustafa Sərdar Cəlaloğlunun Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazmaq iddiasını gülüşlə qarşılayıb:
“Sərdar Cəlaloğlu adlı dünya şöhrətli alimimiz yazıb ki, bəs o, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Mən də belə bir cümləni işlədən adamın əqli problemi olduğunu yazmışam. Adam mənim bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir. Elə bilir bəlkə bu sözləri paxıllıqdan yazmışam. Yəni Quran barədə hər bir düşünən insan, hansısa alim öz mülahizə və görüşlərini yaza bilər, ancaq Quranın elmini yazmaq iddiası ilə çıxış etmək, başqalarını bilmirəm, mənə elmi dolandırıcılıq, yəni dələduzluq kimi gəldi. Çünki hətta İslam dünyasının ən nəhəng alimi sayılan İmam Qəzzali belə, Quranın elmini yazdığını iddia etməyib. Sərdar Cəlaloğlu isə Quranın elmindən başqa fəlsəfə və sosiologiyasını da tamamlamaq üzrədir. Sərdar bəyin cavabında aşağıdakı cümlələri oxuyandan sonra isə, doğrusu adamla bu mövzuda müzakirəyə girdiyimə görə xeyli peşiman oldum. Biz yan-yörəmizdəki dahiləri tanımayacaq qədər geridə qalmışlarıq, deyə düşündüm. Hörmətli Sərdar bəyin cavabından önəmli hissəni olduğu kimi verirəm: "Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur. Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasına analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”. Ay gözəlim Azərbaycan, sənin qoynunda necə dahilər yetişmiş... Fərabi, Şeyx Nizami, Məhəmməd Füzuli, Sərdar Cəlaloğlu...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|