Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                 

“İl boyu əmək haqqı və pensiyalar artırıla bilər” - deputat
Tarix: 24-01-2017, 07:52 | Çap et
“İl boyu əmək haqqı və pensiyalar artırıla bilər”
Azərbaycan prezidenti yanvarın 21-də minimum əmək haqqının 116 manata qaldırılması və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam imzalayıb. Prezidentin dünən imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indeksləşdiriləcək və minimum aylıq əmək haqqı 116 manat olacaq.

Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək.

Çünki rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapazonunda indeksləşdiriləcək.

Ekspertlər bunun ölkədə gedən bahalaşma fonunda çox az bir artım olduğunu qeyd edirlər.
İqtisadçı ekspert bu artımı xarici dövlətlərlə müqayisə edərək deyir ki, hətta artımdan sonra Azərbaycanda 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatlıq, Böyük Britaniyada isə 3 saatlıq minimum əmək haqqı səviyyəsinə çatıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu artım yetərli deyil. Deputat ilin ortasında da əmək haqqı və pensiyaların artırıla biləcəyini ehtimal edir: “Mən iqtisadçıların bu fikirləri ilə razıyam, artım cüzidir. Ancaq indiki imkan budur. Əmək haqqı və pensiyalar artırılanda büdcəyə baxılır. Büdcədə olan vəsaitlərə uyğun olaraq artım nəzərdə tutulur. Bildiyiniz kimi, vəsaitlər də azlıq təşkil edir. Büdcə çətinliklə formalaşıb. Ona görə də artım az olub. Məndə olan məlumata görə, il boyu imkan daxilində bu məsələlərə baxılacaq. Ola bilər ki, ilin ortasında büdcəyə yenidən baxılsın, əmək haqqı və pensiyalar artırılsın. Cənab prezident də dedi ki, maaşlar azaldılmayacaq, əksinə, artırılacaq. Məndə olan məlumata görə, il boyu bu məsələlərə baxılacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu artım qanunvericiliyə əsasən həyata keçirilib: “Məbləğin kiçik və ya böyük olmasından asılı olmayaraq əmək haqqı və pensiyalarda qiymət artımları müsbət qiymətləndirilməlidir. O baxımdan hökumətin bu addımı olduqca vacibdir. Burada pensiyaların sığorta hissəsinin indeksasiyasından söhbət gedir. Buna görə də qanunvericiliyə əsasən əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksasiya olunur. O baxımdan, burada fərqli faizin seçilməsi qanuna əsasən mümkün deyil. 2016-cı ildə inflyasiya səviyyəsi necə olubsa həmin rəqəm indeksasiya olunur. Burada məqsəd odur ki, pensiyaların sığorta hissəsi inflyasiya səbəbindən azalmasın, sığorta hissəsini qorumaq mümkün olsun. İnflyasiya səviyyəsi yüksək olan illərdə indeksasiyanın tətbiq edilməsi olduqca vacibdir”.

Ekspertin fikrincə, sığorta hissəsinin indeksasiyası ilə yanaşı 2017-ci ildə pensiya məbləğinin artırılmasına ehtiyac var: “Bizim müstəqil qiymətləndirmələrimiz də göstərir ki, mövcud maliyyə resursları çərçivəsində pensiyaların bütövlükdə məbləğinin əlavə 15 faiz artırılması mümkündür. Güman edirəm ki, Maliyyə Nazirliyi də pensiyaların 15 faiz artırılması üçün maliyyə mənbələrinin təmin olunmasını həyata keçirməyə çalışmalıdır”.

V.Bayramov diqqətə çatdırdı ki, minimum əmək haqqının artırılması məbləği də olduqca vacibdir: “Çünki bu həm də digər ödənişlər üçün də vacib kriteriyadır. Belə ki, hər hansı əməyin qarşılığında ödəniləcək minimum səviyyə müəyyənləşdirilir və özəl sektorda belə bu məbləğdən aşağı əmək haqqının ödənilməsi mümkün deyil. O baxımdan, minimum əmək haqqı məbləği olduqca vacibdir. Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə görə, minimum əmək haqqının mərhələli şəkildə orta aylıq əmək haqqının 60 faizinə çatdırılması lazımdır. Hökumət gələn ildən etibarən bu istiqamətdə də müəyyən işlər görməlidir. Minimum əmək haqqını artıran zaman bunun həm hökumətin, həm də iş adamlarının öhdəliklərinə necə təsir etdiyinin də müəyyənləşdirilməsi lazımdır. Manatın mövcud məzənnəsi çərçivəsində 2017-2018-ci illərdə minimum əmək haqqı məbləğinin 150 manata çatdırılmasına ehtiyac var. Biz bunu mərhələli şəkildə həyata keçirməyi təklif edirik. Çünki bu zaman digər öhdəliklərin də optimallaşdırılmasına şərait yaranar. Hökumət bu addımı atmalıdır ki, həm əmək haqlarına təsir göstərsin, həm də özəl sektorun öhdəliklərində çətinlik yaranmasın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Dünən, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Dünən, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru