Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                 

“Ölənə qədər elmlə məşğul olacağam”
Tarix: 25-10-2016, 09:15 | Çap et
“Ölənə qədər elmlə məşğul olacağam”
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi fəaliyyətin getdikcə sanki əhəmiyyətsiz fəaliyyət növünə çevrildiyi, müxalif siyasi liderlərin get-gedə siyasətdən kənar fəaliyyətlərə meylləndiyi, şəxsən özünün siyasətdən elmə transfer olduğu barədə deyilənlərə münasibət bildirdi.

Sərdar Cəlaloğlu qeyd etdi ki, o və bir çox həmkarları siyasətə siyasətdən nəsə qazanmaq üçün yox, siyasətə nəsə vermək üçün qoşulublar. Həyatlarını riskə qoyub müstəqillik uğrunda mübarizəyə qalxıblar və əldə etdikləri nailiyyət əslində çox nəhəng bir nailiyyətdir: “Bizim siyasi fəaliyyətimiz dövründə Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu, bir siyasətçi üçün çox böyük nailiyyətdir. Nə qədər indiki hakimiyyətdəkilər desələr də ki, müstəqillik sanki göydən düşüb, əslində belə deyil. Onlar üçün göydəndüşmədirsə də, bizim üçün həyatımızı riskə qoymaq bahasına əldə edilmiş nailiyyətdir.

Şəxsən mən hər gün meydanlarda mübarizə apardığım dövrlərdə də elmi yaradıcılıqla məşğul olmuşam, kitablar yazmışam. Məsələn, “İlahi siyasət”adlı kitabım, 3500 səhifəlik “Tərəqqinin metofizikası”nı mən ADP meydanlarda olan vaxtlar yazmışam. Kitab yazıramsa, bu, o demək deyil ki, siyasi fəaliyyətlə məşğul deyiləm, siyasətdən gedirəm. Mənim elmi işimlə siyasi fəaliyyəti əlaqələndirmək əsassızdır. Mən “Mahiyyət” adlı kitabımı 1994-cü ildə yazmışam. Həmin kitaba görə mənə birbaşa elmlər doktoru adı elmi dərəcəsi vermək istəyirdilər. “İlahi siyasət” kitabını 1996-cı ildə başlayıb 2010-cu ildə bitirmişəm. Bu həmin dövrlər idi ki, siyasi fəaliyyətimin ən aktiv dövrləri idi. Rəsul Quliyev bizim partiyada olan dövrlərdə partiyanın ən aktiv meydan mübarizəsi dövrləri idi. Mən hətta o dövrlərdə də kitab yazmışam, elmi araşdırmalar aparmışam. Elmi fəaliyyət, kitab yazmaq mənim üçün adi bir həyat normasıdır. Bu işlə məşğulamsa, siyasətdən getməliyəm? İndiyə qədər 6 kitabım çap olunub, amma çapa hazır 10 min səhifəyə yaxın 6 dənə də kitabım var. Maliyyə tapsam bu saat həmin kitabları da çap elətdirərəm. Allah buyurur ki, ölənə qədər elmlə məşğul ol. Mən də bir müsəlman kimi buna əməl edirəm, ölənə qədər elmlə məşğul olacağam. Mən bayram günləri də, istirahət günləri də, bir sözlə, gecə-gündüz həm oxuyuram, həm yazıram. Mən bizim bəzi alimlərimiz kimi onun-bunun kitabından köçürmürəm. Mən fundamental şəkildə, bəşəriyyətin cavab verə bilmədiyi suallarla məşğul oluram və çox ciddi nailiyyətlər əldə eləmişəm. Hansısa partiya sədrləri siyasi tədbirləri olmadığı vaxtlarda oturub televizora baxırsa, sosial şəbəkələrdə qurdalanırsa, vaxtını boşuna keçirirsə, mən elmlə məşğul oluram. Amma mən siyasi fəaliyyətimdən ekonomiya edib elmlə məşğul olmuram. Mövcud şərtlər, imkanlar daxilində tam həcmdə siyasi işlə məşğul oluram. Amma siyasi fəaliyyətin lazımi effektinin olmadığı artıq mənimlə bağlı deyil, ölkədəki vəziyyətlə bağlıdır. Elmi fəaliyyətlə məşğul oluramsa, o demək deyil ki, siyasətdən gedirəm".

ADP sədri siyasətçilərin fəaliyyətinin məhdudlaşmasının səbəblərinin olduğunu dedi. Onun sözlərinə görə, son illərdə hökumət Azərbaycanda çox ciddi şəkildə siyasi fəaliyyəti məhdudlaşdıran addımlar atıb. Birincisi, qanunvericilikdə sərt qaydalar, yüksək məbləğdə cərimələrin tətbiqi qaydaları tətbiq edilib. İkincisi, ölkədə ağır iqtisadi vəziyyətdir və bu vəziyyətdən müxalifət cinahındakı siyasətçilər ikiqat əziyyət çəkirlər.

Bir çox müxalifətçilər hətta bu üzdən, yaşamaq üçün partiyalardan uzaqlaşmağa məcbur oldular: “Müxalif partiyaların maliyyələşmə qaynaqların hökumət tam olaraq kəsib. Kim hansısa partiyaya maliyyə yardımları edirdisə, ya həbsxanaya atıldı, ya biznesdən məhrum edildi. Beynəlxalq təşkilatların Azərbaycandakı demokratik qüvvələrə münasibəti də 180 dərəcə dəyişdi son 10 ildə. Əvvəllər müxalif siyasi liderləri xaricə dəvət edirdilər, xaricdən bura gələn beynəlxalq təşkilatların və bir sıra dövlətlərin rəsmiləri müxalifətlə görüşürdü. İndi bu ənənə aradan qaldırılıb. Digər tərəfdən, demokratiyaya dəstək verən beynəlxalq təşkilatların Azərbaycanda nümayəndəlikləri bağlanıb. Yəni siz əvvəlki illərlə son illərdə müşahidə olunan vəziyyəti müqayisə etsəniz görəcəksiniz ki, beynəlxalq ictimaiyyətin əvvəlki diqqəti 180 faiz tərsinədir.

Bu da bizim işimizdə əks olunur. Müxalifətə qarşı hökumətin iqtisadi sanksiyalar tətbiq etmədiyi dövrlərdə kifayət qədər aktiv olan müxalif siyasi qüvvələr indi blokada dövründə böyük əziyyət çəkirlər. Azərbaycan müxalifəti bu gün iqtisadi blokadaya alınıb. Türkiyədə partiya var ki, büdcəsi Azərbaycanın dövlət büdcəsi qədərdir. Dünyanın normal ölkələrində partiyaların pul problemi yoxdur. Azərbaycanda isə müxalif partiyalar, müxalif siyasətçilər pulsuzluqdan elementar toplantını təşkil etməkdə çətinlik çəkir. Təşkilati, təbliğati iş pul tələb edir. Müsavat Partiyasının başqanı və bir neçə müavinləri bugünlərdə Almaniyaya səfərə getdilər. Çox güman ki, onların səfər xərclərini xaricdəki müsavatçılar öz üzərlərinə götürüblər. İndi Azərbaycanın daxilində Arif Hacılı Lənkərana müsavatçıların konfransına getmək istəsin, görüm gedə biləcək?

Bir tərəfdən maliyyə problemi, bir tərəfdən də hakimiyyət strukturlarının əngəl yaratması imkan verməyəcək. Bir partiya sədri üçün bir rayon təşkilatının konfransında iştirak etmək 200-300 manata başa gəlir. 60-70 rayonun hərəsində bir dəfə olanda böyük məbləğdə vəsait lazım olur. Həmin vəsait isə müxalif siyasətçilərdə yuxarıda qeyd etdiyim səbəblərdən yoxdur. Ona görə də bizim rayonlara da səfərimiz azalıb, siyasi tədbirlərimiz də azalıb. Eləcə də Azərbaycanda telekanallar bizim üzümüzə qapalıdır. Əvvəllər nisbətən ANS-də çıxışlarımıza az-çox imkanlar var idi, lakin son zamanlar ANS o biri telekanallardan betər olmuşdu, ona görə də yaxşı oldu bağlandı. Yəni bizim siyasi fəaliyyətimizi qura biləcəyimiz vasitələrin böyük əksəriyyəti bizim iradəmizdən asılı olmayaraq əlimizdən alınıb. Nəticədə də isə kimlərdəsə belə təsəvvür yaranır ki, Sərdar Cəlaloğlu, filankəs siyasətlə məşğul olmur, siyasətdən gedir”.

S.Cəlaloğlu vurğuladı ki, siyasətçilər olaraq onlar daha aktiv siyasi fəaliyyət, iş aparmaq istəyirlər, lakin yuxarıda sadaladığı problemlər imkan vermir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru