Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                 

"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Tarix: 22-10-2016, 08:52 | Çap et
"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov saxtalaşdırılmış Müstəqillik Aktına imza atması ilə bağlı istiqlalçı deputat, professor Hacıbaba Əzimovun səsləndirdiyi ittihamlara cavab verib.

A.Mütəllibov deyib ki, Hacıbaba Əzimov incik düşən şəxs olduğu üçün bu cür fikirlər səsləndirir:

“Bu adamlar indi öz talelərindən inciyiblər. Hacıbaba Əzimovun təmsil etdiyi təşkilat üzvləri indi kənarda qaldığı üçün onlar da öz bildikləri kimi danışırlar. Yəni, onlar öz etirazlarını bu cür nümayiş etdirir. Hələ ötən il ANS TV-də bu məsələ müzakirə olunanda da Hacıbaba Əzimov dedi ki, Konstitusiya Aktını tərtib edənlərdən biri mən olmuşam”.
A.Mütəllibov Hacıbaba Əzimovun ittihamlarının uydurma olduğunu söyləyib:
“Bu fikirlər doğru deyil. Hətta, 1990-cı ildə biz ilk dəfə olaraq alternativ namizədlərin iştirakı ilə parlament seçkiləri keçirdik. Odur ki, Müstəqillik Aktı ilə bağlı biz nəyi saxtalaşdıra bilərdik? Buna heç bir lüzum yox idi. Hacıbaba Əzimov ad çəkmədən iddia edir ki, guya indi Prezident Administrasiyasında yüksək vəzifədə işləyən adam mənə nə isə göndərib, mən də ona imza atmışam və sairə. Heç bilmirəm kimdən və nədən söhbət gedir. Əgər bilsəydim, elə həmin adamın üzünə deyərdim ki, hərəkətlərindən utan, ayıbdır”.

Sabiq prezident Azərbaycanın Müstəqillik Aktını Moskvaya aparan şəxsin akademik, keçmiş dövlət katibi Midhəd Abbasov olduğunu bildirib:

“Mən Müstəqillik Aktının Midhəd Abbasov tərəfindən Moskvaya aparılmasını da sonradan bilmişəm. Bütün bunları deməkdə məqsədim odur ki, o dövrdə biz prinsipiallıq nümayiş etdirib, Azərbaycanın müstəqillik əldə etməsi ilə bağlı sənədi hazırladıq və daha sonra Konstitusiya Aktı qəbul olundu. İndi Hacıbaba Əzimovun dedikləri xırda söhbətlərdir. Əgər ölkə prezidenti olaraq mən Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasına icazə verməsəydim, sənədin qəbulu üçün iradə nümayiş etdirməsəydim, o zaman Müstəqillik Aktı qəbul olunmayacaqdı. İndi də hərə bir söz danışır. Biri deyir ki, Ayaz Mütəllibov istəmirdi ki, Azərbaycan müstəqillik qazansın və sairə. Həmin adamlara demək istəyirəm ki, bir vicdanınız olsun, kişisiniz, əyninizə şalvar geyinmisiz. Bu nə söz-söhbətdir? Əgər mən Azərbaycanın müstəqilliyini istəməsəydim, o zaman heç Ali Sovetin yığıncağı da olmazdı. Bir-iki kəlmə ilə bu məsələnin qarşısını alardım. Ən azı deyərdim ki, tələsməyin, digər respublikaları gözləyək. Yəni, mən Azərbaycanın müstəqilliyinin qazanılmasına qarşı ortaya sərt yumruq qoymamışam. Halbuki, prezident kimi bunu edə bilərdim”.

A.Mütəllibov həmin vaxtı Moskvaya səfər etdiyini xatırladıb:

“Moskvadakı vəziyyəti görüb, ölkəyə qayıdan kimi ilk tapşırığım rəhmətlik Elmira Qafarovaya Azərbaycanın müstəqilliyi istiqamətində addım atması ilə bağlı oldu. O zaman Elmira Qafarova Ali Sovetin sədri idi. Ona dedim ki, müvafiq tapşırıqları verin, iş aparın və Azərbaycan müstəqilliyini elan etməlidir. Mənimlə Elmira Qafarova arasında bu dialoq 1991-ci il oktyabrın əvvəlində olub. Azərbaycanın müstəqilliyini elan etməsi üçün müəyyən zaman lazım idi, mütəxəssislər iş aparmalı idi. Elə Hacıbaba Əzimovun özü də bu işləri görənlərdən biri idi. O zaman Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndəsi kimi Hacıbaba Əzimov bu işə təhkim olunmuşdu. Əgər müstəqilliyimizi istəməsəydim, o zaman mənə qarşı müxalifət olan AXC ilə ayrı cür də rəftar edə bilərdim. Ancaq mən AXC-yə etiraz etmədim”.

A.Mütəllibov prezident olduğu dövrdə müxalifətlə əməkdaşlıq etdiyini bildirib:

“Ümumiyyətlə, mən müxalifətlə hesablaşırdım, birgə işlər görürdüm, müxalifəti vacib iclaslara çağırırdım, iclaslarda hər zaman AXC təmsilçiləri mənimlə bir yerdə otururdu. Axı onlar bunları niyə danışmırlar? Amma indi deyilənləri eşidib çox təəssüflənirəm. Kimin kim olduğu ortaya çıxır. Hacıbaba Əzimovun bu gün şikayət etməsi və mənə qarşı söylədiyi fikirlər onun yaşına yaraşmaz. O, çox səhv danışır. Əslində, mən onların hər bir ittihamlarına cavab verəndə elə düşünürlər ki, günahkaram və özümə bəraət qazandırmaq istəyirəm. Bu, əsla belə deyil. Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir.

Bu gün yenə də deyirəm ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi təkcə mənim deyil, həm də deputatların xidmətləri olub. Mən isə dövlət başçısı kimi Müstəqillik Aktına imza atmışam. Ona görə də burada kimin imzasının güclü, kiminkinin zəif olmasından söhbət getmir. Hamımız bu Akta imza atmışıq. Mənim əsas istəklərimdən biri də Azərbaycan xalqının itkisiz, qansız müstəqillik qazanması olub. O dövrdə mən Türkiyəyə səfərə getmişdim və özümlə bir qrup ziyalıları da aparmışdım. Həmin səfərdə rəhmətlik Bəxtiyar Vahabzadə də yanımda idi. Bəxtiyar Vahabzadə Türkiyədə bizim təmtəraqlı qarşılanmağımızı görüb mənə dedi ki, hər şey çox əladır, ancaq kaş Azərbaycan müstəqillik də qazanaydı. Mən də ona bildirdim ki, bir az səbir elə, inşallah müstəqillik də qazanacağıq. Yəni, bütün planlarım bu istiqamətdə gedirdi. Ona görə də bu gün kimlərsə deyirsə ki, Azərbaycanın müstəqillik qazanması uğrunda gedən mübarizələrdə mən qabaqda, filankəs arxada olub. Hesab edirəm ki, bu cür söhbətlər yersizdir”.

Sabiq prezidenti indi Azərbaycan cəmiyyətini daha da sıx birləşməyə çağırıb:

“Bu təlatümlü dövrdə qarşımıza əngəllər çıxa bilər. Gərək biz öz müstəqilliyimizi göz bəbəyi kimi qoruyaq. Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi başqa ölkələrə nisbətən cavandır. Bunun üçün də Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda hər birimiz vahid mövqe ortaya qoymalıyıq. Çox təəssüf ki, indi bəzi adamlar müstəqilliyimizi qorumaq əvəzinə, ortalıda dava açıb və deyir ki, Mütəllibov filan işi edib və sairə. Belə ədalətsizlik olar? Adam bu cür söhbətləri eşidəndə utanır”.(Publika.az)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru