“Milli Məclisdə oturanların çoxu Gülənin verdiyi pullar hesabına deputat olublar” - Partiya sədri
Tarix: 9-08-2016, 10:45 | Çap et
Türkiyədə iyulun 15-də Gülən tərəfdarlarının hərbi çevriliş cəhdi beləliklə baş tutmadı.
Türk xalqı və hökuməti birlik nümayiş etdirərək bu cəhdin qarşısını ala bildi. Gülən çetesinin başqa türkdilli ölkələrdə, o cümlədən Azərbahycanda da müəyyən qədər tərəfdarlarının olduğu istisna deyil. Bu fonda belə fikirlər səslənir ki, Türkiyədə çevriliş cəhdi baş tutsaydı, o öz təsirini başqa yerlərə, o cümlədən ölkəmizə də göstərə bilərdi.
Görəsən bu nə dərəcədə realdır?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu barədə düşündüklərini bizimlə bölüşdü.
– Azərbaycanda hakimiyyət dairələrində yerləşdirilən xəyanətkar qüvvələr çoxdur. Görürsünüz ki, oturuşmuş Türkiyə kimi bir dövlətdə hakimiyyət içində olanların 70-80 faizi gülənçilərdən ibarət idi. Azərbaycan hakimiyyətinin içində olanların da deyərdim ki, 80 faizi İlham Əliyevə, vaxtilə Heydər Əliyevə də xəyanət edən qüvələrdən ibarətdir. Onlar da ölkədə mövcud olan stabilliyi pozmaq üçün hər an müəyyən planlar cızırlar. Buna misal olaraq çörəyin qiymətinin qaldırılmasını göstərə bilərəm. Halbuki bu qiymət artımına heç bir əsas yoxdur. Hazırda dünya bazarında unun qiyməti 30 faizə qədər aşağı düşüb. Amma buna baxmayaraq Azərbaycanda çörəyin qiymətini qaldırırlar. Keçən il prezident un idxalını əlavə dəyər vergisindən azad etdi. Habelə, suyun, işığın qiymətinin qaldırılması da stabilliyin pozulmasına aparan yolun başlanğıcıdır. Yəni bu gün Azərbaycan hakimiyyətində elə qüvvələr var ki, onlar çox ustalıqla Azərbaycan müxlifətinin illərlə görmədiyi işi görürlər. Bu barədə ciddi mesajlarımı hətta rəsmi dairələrə də çatdırmışam. Dövlət çevrilişi gözlənilir və onun bünövrəsi əsasən hakimiyyət daxilində olan xəyanətkarlardan ibarətdir. Ona görə də ehtiyatlı olmalıyıq, Azərbaycanda referendum ərəfəsi və ondan sonrakı dövrlərdə ciddi fəsadlar törənə bilər. Amma bunlara imkan verməyəcəyəm. İmkan verməyəcəyəm ki, əziz qardaşıma hardansa bir zərbə dəysin. Dövlətçilik əleyhinə olan qüvvələrin qarşısına canımı sipər olaraq qoymağa hazıram. Sona qədər də bu qüvvələrlə mübarizəmi davam etdirəcəyəm.
Həmin məmurlara da mətbuat vasitəsilə mesajımı çatdırıram ki, ağıllı olsunlar. İmkan verməyəcəyəm ki, Azərbaycan dövlətçiliyi təhlükə altına düşsün. Nə qədər sağam, əziz qardaşım İlham Əliyev yolunda şəhid olmağa hazıram. 90 min partiya üzvü bu məsələdə öz mövqeyini ortaya qoyub və bu əsasda da dövlətimizin sarsıdılmasına imkan verməyəcəyik. Prezidentin yanında oturan bəzi xəyanətkar insanlar barmaqlarına xına qoysunlar. Düşünürəm ki, hər halda daş qayaya rast gəlib. Qardaşımı tam gücü ilə müdafiə edəcəyik.
– Konkret olaraq həmin dediyiniz məmurlar kimlərdir?
– Onları Azərbaycanda bilməyən adam yoxdur. İstəmirəm ki, bu gün onların adını açıqlayam, onları şərəfləndirəm. Bu insanlar vicdanlarını itiriblər. Onların da bir tərəfi ermənilərə, erməni diasporasına sıx bağlıdır. Onlara qarşı mübarizədə ayıq-sayıq hərəkət edirik.
Bilirsiniz ki, Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov, onun anası Rəbiyyət Aslanova və onları hakimiyyətə gətirən insanların bir hissəsi yenə də hakimiyyətdədirlər. Elnur Aslanovun Təhsil Nazirliyində yer tutan səhv etmirəmsə, qaynı təhsilimizə ziyan vurmaqla dövlət əleyhinə ciddi proseslərdə öz rolunu nümayiş etdirir. Hazırda Milli Məclisdə oturanların da çoxu Gülənin verdiyi pullar hesabına deputat olublar. Lazım olsa onların kimlər olduğu barədə siyahı da verə bilərik.
Hər halda düşünürəm ki, yaxın günlər həm gülənçilərdən, həm də Heydər Əliyevi təhqir edənlərdən, İlham Əliyevə xəyanət edən qüvvələrdən Azərbaycan hakimiyyətini təmizləyə biləcəyik. Bunun üçün də prezidentə möhkəm siyasi, ideoloji dəstək lazımdır ki, bu dəstəyin önündə də biz dururuq.
– Bu dövlətçiliyə zidd qüvvələrə qarşı hansı istiqamətdə mübarizə aparmaq niyyətindəsiniz?
– Onlara qarşı ideoloji mübarizə aparırıq. Düşünürəm ki, referendumla xalq vitse-prezidentlik institutunun yaradılmasına razılıq versə, həmin postdan birini tutmaqla qardaşımın qorunmasında öz xidmətlərimi göstərə biləcəyəm.
Ondan sonra da həmin məmurlar çox pis durumda qalacaqlar, əlimdən başlarını götürüb gedəcəklər.
– Həmin vitse-prezident postlarından birini tutmağa özünüzü layiqli sayırsınız?
– Tam hazır vəziyyətdəyəm. Qardaşım prezidentdirsə, mən də onun vəziri ola bilərəm. Hər halda dövlətimizin qorunmasında etibarlı insanlara ehtiyac vardır. Bu insanlar da prezidentin yanında olub, ona yardımçı ola biləcəklər. Həmin yerdə özümü ən güclü və sadiq insanlardan biri hesab edirəm. Bu postda oturaramsa, Azərbaycanda istər insanların maddi rifah halının yaxşılaşması, istər prezidentə xəyanət etmənin qarşısının alınmasında, istərsə də digər siyasi qüvvələrlə aparacağım mübarizə dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. Hər halda bəri başdan namizədliyimi elan etmişəm. Zaman hər şeyi yerinə qoyacaq. Düşünürəm ki, bu məsələdə ciddi füqur ola bilər və dövlətimizin qorunmasında xüsusi xidmətim ola bilər. Mənim qardaşımın yanında olmağım daha sərfəli ola bilər, nəinki ona və atasına xəyanət edən insanların.
Kimsə düşünürsə ki, bundan sonra da İlham Əliyevə xəyanət edə biləcək, onda gəlib meyitimin üstündən keçsinlər. Bir şöbə müdiri Türkiyədə gedib 20 villaya sahib olursa, Təhsil Nazirliyində və digər qurumlarda kök salıb prezidentə xidmət etmək əvəzinə, onu nüfuzdan salmaq üçün addım atırlarsa, sağlıq olsun, qardaşımla birlikdə xəyanətkarlara qarşı mübarizəni asanlıqla həll edib, Qarabağı da azad edəcək və Azərbaycan prezidentinin əbədi olaraq xalqın qəlbində qalmasını təmin edəcəyik.(yeniçağ.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
|