Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                 

Mikayıl Cabbarov bu faktları bilsə yaxşıdır... - Təhsilin müdiri üçün əsas hədəf PULDUR
Tarix: 29-10-2015, 09:27 | Çap et
Mikayıl Cabbarov bu faktları bilsə yaxşıdır...
Təhsil sahəsində, eləcə də bu sahənin ən biabırçı “meydanlarından” biri olan Masallı təhsilində nöqsanlar o qədər iyrənc şəkil alıb ki, adam bu barədə yazmaqdan da bezib.
Əksər yerlərdəki kimi Masallı Rayon Təhsil Şöbəsində də az qala nəfəs almaq da pulladır və burada çalışanların əksəriyyəti orada puldan başqa heç nə fikirləşmirlər. Az qala həftədə 5-6 dəfə keçirilən mənasız iclasların da əksəriyyəti pul yığma məsələlərinə həsr olunur.
Bu, onların həyat tərzində də hiss olunur. Belə ki, təhsilin səviyyəsi alçaldıqca Masallı təhsil işçiləri arasında HÜNDÜR maşın alanların, dəbdəbəli həyat sürənlərin sayı günbəgün artır. Onların, necə deyərlər, “çölü” – yəni dəbdəbəli həyatı “özgələri” yandırsa da, “iç”ləri də özlərini yandırır – belə ki, son 2-3 ildə ürəyi, mədəsi, gözü... əməliyyat olunmayan, Allahın başqa bəlalarına gəlməyən təhsil şöbəsi işçisi yoxdur. Amma onlar nəinki bunlardan ibrət götürmür, nəinki təhsilə, hətta bir-birinə zərbə vurmaqdan da vaz keçmirlər.
Bu yaxınlarda redaksiyaya maraqlı bir məlumat daxil olub. Həmin məlumata inansaq, Təhsil şöbəsinin inşaatçı ixtisaslı müavini Tariyel Əkbərov, şöbənin müdiri Astan İbişova qarşı qiyamçı dəstə hazırlayırmış. Bu dəstəyə isə şöbənin məsul işçiləri Əhməd Şahverdiyev, Hamlet Əliyev, Kamal Tarverdiyev daxil imiş. Dəstəyə yeni üzvlər cəlb etmək cəhdlərinin birində isə “cinayət”in üstü açılır.
Bu söhbəti yarımçıq saxlayıb, bir az əvvələ qayıdaq. Hələ qəzetimizin iyun sayından “Şaiyədir, ya doğru?” adlı bir yazı çap etmişdik. Yazının qısa məzmunu o idi ki, təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin 3 əməkdaşı Masallı təhsilini yoxlamağa gəlib və olduğu məktəbləri əməlli-başlı “şumlayıb”. Kimsədən də nə pul alıb, nə çörək yeyib. Bir neçə məktəbdə isə xoruz səsi eşitməyən nöqsanlar aşkarlayıb. (Arzu edənlər bu lingdə həmin yazı ilə tanış ola bilərlər). Bu yoxlamadan sonra Masallının 3 mindən artıq müəllimindən kütləvi şəkildə pul yığılmağa başlandı (günahı çox olanlar daha çox ödəyiblər). Tək-tük etirazlar, Təhsil Nazirliyinə şikayətlər olsa da, əhəmiyyət verən olmayıb. 50-100 manat arası yığılan pulların yekun rəqəmi 100 min manatdan artıq göstərilirdi. (Deyilənə görə, təhsil şöbə müdiri bu pulun 31 min manatını hələ də düzəldə bilmir, borclu qalıb və çaşıb, bunu iclasda deyib).
Bəs nəticə nə oldu? Təxminən 1 ay öncə Təhsil Nazirliyi həmin nöqsanlara görə cəzalar müəyyənləşdirdi: 2 qadın direktor – Ərkivan qəsəbə və Kəlbhüseynli kənd məktəblərinin qadın direktorları işdən azad edildi. (Qısası, gücləri arvadlara çatdı). Təhsil şöbəsinin 2 məsul işçisi, adı Tariyel Əkbərovun qrupunda hallanan Əhməd Şahverdiyev vəzifədən azad edildi, digəri, Hamlet Əliyev pulsuz-parasız Kəlbhüseynli kənd məktəbinə direktor göndərildi. (Təki RTŞ-dən uzaqlaşdırılsınlar). Xatırladaq ki, Əhməd müəllimin savadına, mədəniyyətinə görə o təşkilatda 2-3 nəfərdən biri olduğu deyilir. Beləliklə, Astan müəllim ətrafını təmizlədi. Kamal müəllim danışıqsız “təslim” oldu, Tariyel müəllim çox arxalı olduğu üçün onun üstünə birbaşa getmək mümkün olmadı. Astan İbişov başda olmaqla təhsil şöbəsinin bütün işçilərinə gözdən pərdə asmaq üçün töhmət verildi. Digər yayılan məlumat odur ki, daha 16 direktorun adı “qara” siyahıdadır, onlar ilin sonuna kimi ya əməlli-başlı silkələnməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar.
Göründüyü kimi, yazdıqlarımızın həqiqət olduğu öz əksini tapdı. Amma daha böyük həqiqət aşkarlandı ki, Təhsil Nazirliyi baş günahkarları – təhsil şöbə müdirini və onun əsas pul yığanlarını yox, onların əl-ayağına dolaşanları vurdu.
Bütün bu olayları müşahidə edəndən sonra fikirləşdim ki, Masallı Təhsil Şöbəsinin müdiri Astan İbişovu tənqid etməkdə düz eləməmişəm. Bu adam olduqca zirək və səriştəli insan imiş. Belə ki, Astan müəllim 71 metrlik mal-qara tövləsini məharətlə idarə etməklə yanaşı, 100-ə yaxın orta-əsas məktəbi də eyni məharətlə fırladır. 3 mindən artıq müəllimdən hər ay, hər il arzu etdiyi məbləği elə yığır ki, onların ruhu da incimir. Astan müəllim məktəblərə ayrılan vəsaiti elə məharətlə “reallaşdırır” ki, şagirdlərinin oturmağa partası olmayan məktəblərin heç ruhu da incimir. Astan müəllim elə gözəl rüşvət sistemi qurub ki, hətta başqa planetlərdə də bundan istifadə etmək olar. Məsələn, uşaq 1-ci sinfə gedirsə, ən yaxşı 1-ci sinif müəlliminin qrupuna düşmək 50 manat, 65 yaşın tamam oldusa, müəllim kimi fəaliyyətini yenə da davam etdirmək 500-1000 manat. Əvvəlki rüşvət metodları da öz yerində.
Astan müəllimin əsas ustalığı ondadır ki, bütün bu cinayətləri, iyrənclikləri, fır-fırıldaqları elə məharətlə edir ki, nə bağ bilir, nə də bağban. Yəni onun fəaliyyətinə nəzarət etməli olan icra başçısından adam tutan idarələrədək hamısı nəinki ona güldən ağır söz deyir, öz məclislərində başda əyləşdirir, onun məclislərinə dəstə ilə gedirlər. Bu şəxsin hörməti ən azından icra başçısının yanında ən hörmətli ziyalıdan da yüksəkdir.
Bəs təhsil şöbəsi nələrlə öyünür? Əvvəllər yeni məktəblərin inşası ilə öyünürdülər, o da neftə görə kütə getdi. Belə ki, ötən il Masallıda 1 dənə olsun, məktəb binası istifadəyə verilmədi – cəmi 2 dənə çıqqılı məktəbin – ƏmirTürbə, bir də Mololon məktəblərinin əsası qoyuldu. Onun da biri deputatın, biri QHT-nin hesabına.
Qaldı bircə repititoruq. Həmin repititorlar valideynlərin əynindən-boğazından kəsib uşaqlara evlərdə elm öyrədir, onlar bu biliklə ali məktəblərə daxil olur – direktorlar, təhsil şöbəsinin müdiri və digər böyüklər də dövlətli evin gəlini kimi sinələrin qabağa verib yellənə-yellənə bununla öyünürlər.
Bütün bunlara görə, maraqlı bir təklifim var. Yaxşı olar ki, hər rayonda ildə bir dəfə repititor müəllimlərin ümumrayon konfransı keçirilsin. Bir idmançı çempion olanda yazırlar ki, ilk məşqçisi kim olub? Kim yüksək balla instituta girdi, yazsınlar ki, repititoru kim olub. Ən yaxşı repititorlara mükafatlar, orden və medallar versinlər, haqq ədalət yerini tutuşun. Onsuz da 10-11-ci siniflərə gedən yoxdur. Həmin siniflərin saxlanması üçün ayrılan vəsaitlər repititor müəllimlərə verilsin, həmin siniflər də onlar üçün ayrılsın. Onsuz da bəzi məktəblərin özündə belə, sinifdə dərs keçməyib, uşaqları o biri otaqdakı repititorun yanına dəvət edirlər.
Nə isə, qaşıdıqca qan çıxır. Mən sonda bir daha Astan İbişovdan üzürxahlıq edirəm. Sən qardaşımsan. Sən böyüksən, Kamilovsan. Bu, alayarımçıq dünyagörüşün, nimdaş, pölüşkəmiş savadınla bu qədər mal-qaranı, eləcə də 3 mindən artıq müəllimi, sənə nəzarət edənləri fırlada bilirsənsə, ən böyük tərifə layiqsən. İnanıram ki, rayonun baş arxitektoru da əlindəki xırda-para işləri başa vurub sənin üçün rayonun ən görkəmli yerində heykəl qoymağa sərəncam verəcək. Adını də belə qoysalar yaxşıdır:
“Masallı təhsilini bataqlığa yuvarladan insana onun pulu ilə təmtəraq quranlardan xatirə.”
“Cənub xəbərləri”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru