Vəzifəli şəxslər və onların yaxınları keçmiş məmurun sərvətini necə taladılar - Əbülfəz Əliyevin üzləşdiyi şok həyat hekayəsi
Tarix: 28-01-2015, 11:58 | Çap et
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə bəzi dövlət məmurlarının və onların ailə üzvlərinin özbaşınalığına, əhalini incitdiyinə, qanunsuz əməllərinə, mənimsəmələrə görə onları cəzalandıraraq işdən azad edib. Hətta bəzi məmurlar olub ki, etdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma bununla belə yenə də elə məmurlar var ki, neqativ əməllərindən geri qalmır, sıravi vətəndaşlara qarşı qanunsuz hərəkətlərindən əl çəkmir, bəzi hallarda isə dələduzluq edərək , işə düzəltmək, biznes qurmaqda yardım etmək adı altında şəxslərin külli miqdarda pulunu alır və sonradan qaytarmır. Düzdür, dediyim kimi, dövlət rəsmiləri və hüquq-mühafizə orqanları bu tip məmurları mütəmadi olaraq ifşa edirlər. Amma bəzi hallarda onlar vəzifələrini itirsələr də, cinayət məsuliyyətindən kənar qala bilirlər. Bu halda isə mətbuatın rolu danılmaz olur. Məhz mətbuatın köməyilə neçə belə dələduz "məmur"lar ifşa olunaraq, ictimaiyyətin nəzərinə çatdırılıb. Nə qədər məzlumun, incidilərək var-yoxu əlindən alınmış şəxsin haqqını mətbuat vasitəsilə həm hüquq-mühafizə orqanlarının, həm də dövlətin daha yuxarı instansiyalarına məlumat verilib. Bu qəbildən olan hadisə Azərbaycan vətəndaşı, vaxtilə məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun da başına gəlib. O da hazırda yüksək vəzifədə işləyən o cümlədən dələduzluğa görə işdən qovulan bir qrup şəxs tərəfindən haqsızlığa düçar olaraq küllü miqdarda pulu mənimsənilib. Bu günlərdə redaksiyamıza gələn Əliyev Əbülfəz başına gələnləri bizə nəql etdi.
Onun dediyinə görə, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı , vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu mənimsəyib: "Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq 482 000 ABŞ dollar pul toplayaraq Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda fabrikin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayınmağa başladı. O müxtəlif bəhanələrlə görüşdən qaçır, vaxtı uzadır, pulu daha böyük vəzifəli şəxslərə verdiyini deyirdi. Bir müddətdən sonra isə o, tamamilə yoxa çıxdı. Sonradan öyrəndim ki, o törətdiyi bu tip qanunsuz əməllərə görə işdən belə qovulub. Hazırda külli miqdarda borca düşdüyümdən çıxılmaz vəziyyətdəyəm. Nə Rövşən Aslanov ona verdiyim pulu qaytarmır, nə qardaşı Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov bu işə qol qoyur, nə də qaynı Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev yaxın gəlir. Halbuki Rövşən Aslanov mənə bu işi təklif edəndə Türkiyənin İstanbul şəhərində alınan tekstil fabrikinin şərikləri sırasında dediklərimin də adını çəkmişdi. Hətta Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev dəfələrlə mənə demişdi ki, pulun yaxın günlərdə bütünlüklə qaytarılacaq. Amma onun da vədi elə vəd olaraq qaldı. İndi çıxılmaz vəziyyətə düşmüşəm, borc sahibləri hər gün qapımı döyürlər. Mənim isə imkanım yoxdur".
Əliyev Əbülfəz Cəlal oğlu bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də bildirdi: "Rövşən Aslanovun etbarımdan sui-istifadə edərək mənə külli miqdarda ziyan vurmaqla 482 000 ABŞ dolları məbləğində əmlakımı dələduzluq yolu ilə əldə etməsi barədə şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdim. Şikayət ərizəm ilkin araşdırma aparıldıqdan sonra mənə məlumat verildi ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən vəzifəli şəxslərin təqsirləndirilməsi ilə bağlı müraciətlər üzrə araşdırma və istintaq prokurorluq tərəfindən aparılır. Bu səbəbdən onlar şikayət ərizəmi aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdilər.
Bundan sonra mən bu işlə əlaqədar hüquqşünaslarla bəzi məsləhətləşmələr apardım. Və onlar mənə bildirdilər ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən daxil olmuş məlumat dərhal qeydiyyata alınır. Cinayət haqqında məlumat alındıqdan sonra 3 gün müddətində, bu mümkün olmadıqda isə 10 gündən artıq olmayan müddətdə cinayət işinin başlanılması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparılmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının nəticələri izrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Amma Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi, 1-ci dərəcəli hüquqşunas Anar Nəsibovun imzaladığı 16.12.2014-cü il tarixli məktubla cinayət xarakterli bir məlumatı ilkin yoxlama aparılmadan, məni dindirmədən cavab yazılaraq işin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyim məsləhət görülmüşdür".
Əliyev Əbülfəz Cəlal oğlu bizimlə söhbətində bildirdi ki, artıq əlacı hər yerdən üzülüb, yeganə ümid yeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınadır. Çünki bu işdə Rövşən Aslanova himayədarlıq edən qardaşı Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov və qaynı Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev bütün gücləri ilə işi ört-basdır etmək istəyirlər. Ona görə də bu məsələni sizin qəzet vasitəsilə ictimailəşdirərək kimin kim olduğunu ölkə Prezidentinə və əlaqədar qurumlara çatdırmaq istəyirəm. Sonda isə Əliyev Əbülfəz Cəlal oğlu qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanladı:
"Möhtərəm çCənab Prezident!
Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və iş şəriki olan vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu tərəfindən dələduzluq yolu ilə aldadılmışam və bunun nəticəsində mənə və yaxin qohum-əqrabama məxsus, ümumilikdə 482 000 ABŞ dolları məbləğində pul vəsaitimiz mənimsənilib.
Hörmətli Cənab Prezident!
Artıq iki ilə yaxındır ki, mən pozulmuş hüquqlarımı bərpa edə bilmirəm. Rövşən Aslanov himayəçilərinin sayəsində öz dələduzluq əməllərini davam etdirir. Müxtəlif bəhanələrlə mənə və ailə üzvlərimə vurduğu maddi zərəri ödəməkdən yayınır.
Rövşən Aslanov himayədarlarının sayəsində qanunların fövqündə dayanır. Heç bir qanun, qayda tanımadığını bildirir və ona "bata" bilməyəcəyimi söyləyir. Keçən müddət ərzində doğrudan da Rövşən Aslanovun himayədarlarının sayəsində qanunların fövqündə durduğunun şahidi oldum.
Yeganə ümidim Sizədir. Axı Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Mən də bu ölkənin vətəndaşıyam. Bəzi dövlət məmurlarının sadə vətəndaşları əzməsinə, ədalətin tapdalanmasına imkan verməyəcəyinizə əminəm. Belə ki, Rövşən Aslanovun himayədarları qüvvətli olsalar da, ədalətli deyillər.
Hörmətli Cənab Prezident!
Əminəm ki, bu müraciətimə biganə qalmayacaqsınız. Bu günədək etdiyim müraciətlərin Sizə çatdırılmasının qarşısı Rövşən Aslanovun yüksək vəzifəli himayədarları tərəfindən alınmışdır. Ona görə Sizə müraciəti mətbuat vasitəsilə etmək məcburiyyətində qaldım. Qeyd edim ki, mən Azərbaycan dövlətinə və Prezidentinə sadiq olan və bunun üçün and içmiş bir zabitəm və bu andıma şərəfimlə sadiqəm. Bu cür məmurların özbaşnalığı və dələduzluğuna sıravi vətəndaşların dövlətdən narazı salınmasına yönəlik bir addım kimi dəyərləndirirəm. Amma qəti əminəm ki, bu kimi hallar möhkəm təməllər üzərində qurulmuş dövlətmizin adına, Cənab Prezident - Sizin yorulmaz fəaliyyətinizə kölgə sala bilməyəcək. Haqq, ədalət Sizin möhkəm iradəniz sayəsində öz yerini tezliklə tutacaq. Mən Sizə güvənərək bu cür məmurlarla sona qədər mübarizə aparacağımı bildirir və pozulmuş hüquqlarımın bərpa olunmasında köməklik edəcəyinizə inanıram.
Hörmətlə. Əbülfəz Cəlal oğlu Əliyev" \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|