Qazaxın icra başçısı rayon sakinlərinin üzünə çıxmır... - Onun öz prinsipləri, öz qaydaları var...
Tarix: 9-10-2014, 13:14 | Çap et
Qərb bölgəsinin ən böyük rayonlarından hesab edilən Qazaxda əhali müxtəlif problemlərdən əziyyət çəkir. 100 min nəfərdən çox əhalisi olan rayonda məmur özbaşınalıqları ərşə dirənib. İddialara görə, Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ayaz Əsgərov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. İcra başçısının fəaliyyətindəki neqativ məqamlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
Həmin informasiyalara keçid almamışdan öncə qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 6 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, Qazax rayonu Ayaz Əsgərovun rəhbərliyi altında bu vaxta kimi çox ağır günlər keçirib və hazırda həmin proses davam edir: "Rayonda mövcud olan çoxsaylı problemlər vətəndaşların rahat yaşamasına imkan vermir. Qərb bölgəsinin digər rayonlarından fərqli olaraq Qazaxda inkişaf ləng gedir. İcra başçısı 3 il ərzində rayonun abadlaşması istiqamətində nəzərəçarpacaq işlər görməyib. Mərkəzi küçə və prospektlər, o cümlədən parklar bərbad vəziyyətdədir. Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılan irihəcmli vəsaitlərin hara xərcləndiyi bilinmir. Məlum olduğu kimi, rayon sakinlərinin əsas hissəsi Rusiya və digər ölkələrdə biznes fəaliyyəti ilə məşğul olurlar. Həmin şəxslər doğma rayonlarının abadlaşması üçün Ayaz Əsgərovdan qat-qat artıq iş görüblər. Qazaxda indiyə qədər hansı abadlıq-quruculuq işləri həyata keçirilibsə, bu Rusiyada çalışan şəxslərin hesabınadır". Mənbənin dediyinə görə, yerli idarə və müəssisələrin rəhbərləri vətəndaşlara qarşı aqressivlik nümayiş etdirirlər: "İcra başçısının qəbul günləri yalnız kağız üzərindədir. Ayaz müəllim nadir hallarda vətəndaşları qəbul edib onların şikayətini dinləyir. Rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərin sakinləri başçının üzünü görmürlər. Ayaz müəllimin başı maliyyə imkanlarını genişləndirməyə qarışıb. Qazaxda həqiqətən də, acınacaqlı vəziyyət hökm sürür. Münasib iş yerləri olmadığından rayon camaatı Rusiyaya axın edir. Yerli idarə rəhbərlərinin demək olar ki, hamısı şəxsi mənafeyi naminə çalışır, camaatı fikirləşən yoxdur. Mövcud olan problemlər özünü rayonun təhsil, səhiyyə və maliyyə sistemində açıq-aşkar şəkildə büruzə verir. Təhsil müəssisələrinin bir çoxunda qanun pozuntuları meydana çıxır. Məktəb direktorları hər ay müxtəlif bəhanələrlə müəllimlərin əməkhaqqından tutur. Bunun səbəbini soruşanda direktorlar başçının tapşırığını yerinə yetirdiklərini deyirlər. Bir sözlə, rayonda fəaliyyət göstərən bütün təhsil ocaqlarının rəhbərləri icra hakiminə vaxtı-vaxtında "çox sağ ol" deyirlər. Qazaxın səhiyyə sistemində də bu tip problemlər qeydə alınır. Digər tərəfdən, əhali normal şəkildə mavi yanacaq və içməli su ilə təmin edilmir. Vətəndaşların bir hissəsi hələ də yanacaq növü kimi odundan istifadə edir. Qaz və su xətlərinin yenilənməsi, çəkilməsi üçün ayrılan vəsaitlər göyə sovrulur. Hələ bu nədir ki. İcra hakimi rayonun mərkəzində ticarət obyektlərinin tikilməsi üçün əlverişli olan yaşıllıq sahələrini kimlərəsə verir. Son 3 ildə rayonun mərkəzi hissələrində minlərlə ağac soyqırıma məruz qalıb. Buna baxmayaraq, aidiyyəti dövlət qurumları səviyyəsində bu məsələyə heç bir münasibət bildirilməyib. Çünki eşitdiyimizə görə, icra başçısının arxasında yüksək rütbəli şəxslərdən biri durub və o rayon rəhbərinin çətin vəziyyətə düşməsinə imkan vermir". Deyilənə görə, bəzi hallarda vətəndaşların hüquqları icra başçısı tərəfindən qorunmur. Əlbəttə, bu kimi halların qeydə alınması onlarda inamsızlıq yaradır. Odur ki, Qazaxın icra başçısı qanuna sığmayan əməllərinə birdəfəlik son qoymalıdır. Əks halda ölkə rəhbərliyi onun barəsində sərt tədbirlərə imza ata bilər.
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|