"Aqrolizinq"in Oğuzdakı nümayəndəsinə qarşı da yeyinti ittihamları var - Bu qurum başdan-başa korrupsiyaya uğrayıbmış...
Tarix: 25-09-2014, 11:59 | Çap et
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəzifəli şəxslərinin barəsində cinayət işinin başlanması haqda xəbər vermişdik. Qeyd edək ki, bir müddət əvvəl "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işinin açılmasından sonra aidiyyəti hüquq-mühafizə orqanlarının bütün diqqətləri ASC-nin yerlərdəki filiallarına yönəldi. Beləliklə, işində qanun pozuntularına yol verən şəxslər müəyyən edilərək istintaqa cəlb olundu. Qurumun sabiq sədri Əli Bayramovun tutduğu vəzifədən kənarlaşdırılması isə ASC-də indiyə qədər baş vermiş maliyyə maxinasiyaları ilə bağlı növbəti iddiaların ortaya atılmasına gətirib çıxardı. Hətta bir neçə gün öncə bəzi mətbuat vasitələrində Əli Bayramovun həbs ediləcəyi barədə xəbərlər yayıldı. Sabiq məmur isə haqqında deyilənlərə bu cür reaksiya verib: "Bu adamlar məndən əl çəkmək istəmir. Axı mən bunlara nə etmişəm? Yəqin ki, bu cür yazıları xüsusi adamlar yazdırır. İnanın ki, mən ömrüm boyu heç kəsə pislik etməmişəm. İndiyədək heç kimi sancmamışam. Çox təəccüblüdür ki, mənim haqqımda bu yazıları nə üçün yazırlar? Tez-tez yazırlar ki, amanın günüdür, qoymayın, Əli Bayramov yeyib-taladı, ölkədən qaçıb getdi və sairə. Axı dövlətin malını kim yeyə bilər? Yeyənin yeri hamıya məlumdur ki, haradır. Axı əllərində heç bir əsas olmadan nə üçün mənim haqqımda şər-böhtan yazırlar? Nazir Heydər Əsədovun özü ilə, nazir müavini İlham Quliyevlə işdən gedəndən bəri neçə dəfə görüşüb söhbət etmişəm". Bu tip açıqlama verərək özünü müdafiə edən Əli Bayramovun vəzifəyə qoyduğu kadrlar bu gün bölgələrdə fermerlərə əməlli-başlı problem yaradır. Həmin şəxslərdən biri də "Aqrolizinq"in Oğuz rayon filialının müdiri Fikrət Cabbarovdur. Mötəbər qaynaqlar tərəfindən redaksiyamıza ötürülən bilgilərə görə, filial müdiri ona həvalə edilən işin öhdəsindən layiqincə gəlməyi bacarmır: "Məlum olduğu kimi, Oğuz rayonu zəngin və əlverişli iqlim şəraitinə malikdir. Bu, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir. Məlumatınız olsun ki, rayon üzrə kənd təsərrüfatına yararlı olan 35355 hektar torpaq var. Bunun 18368 hektarı əkin altındadır. Rayonda əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və meyvəçilikdir. Fikrət Cabbarov əkinçiliklə məşğul olan vətəndaşlara aman vermir. Filialın balansında olan kənd təsərrüfatı texnikaları əsasən imkanlı şəxslərin və yerli məmurların sahələrində işlədilir. Vətəndaşlara təklif edilən texnikalar isə istismar müddətini çoxdan başa vurub. Camaat əkin-biçin dövründə texnika tapa bilmir. Filial müdiri şum traktoru, səpin texnikası, kultivator, kimyəvi mübarizə aqreqatı, yığım kombaynlarını nəyinsə müqabilində fermerlərə təklif edir. Qurumun balansında olan kənd təsərrüfatı texnikaları çox ağır şərtlərlə fermerlərə verilir. Əkinçilər dövlətin yaratdığı güzəştli lizinqdən bəhrələnə bilmir. Bunun nəticəsində rayonda hər il kənd təsərrüfatı üzrə məhsuldarlıq aşağı düşür". Verilən məlumata görə, Fikrət Cabbarov Oğuzun icra başçısı Eyvaz Qurbanovla çox yaxındır. Bu səbəbdən törətdiyi qanunsuzluqlara görə ona güldən ağır söz deyən yoxdur. Biz isə bildirmək istəyirik ki, "Aqrolizinq"in Oğuz filialı Fikrət müəllimin özəl müəssisəsi yox, dövlətin hesabına maliyyələşən qurumdur. Yəni bu şəxsin dövlətin əmlakını məhv etməyə, büdcə vəsaitlərini mənimsəməyə heç bir haqqı yoxdur. Nazir Heydər Əsədov, Maliyyə Nazirliyinin yetkililəri və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi filialda yaşananlara dərhal reaksiya verməlidir. Əks təqdirdə, fermerlərin durumu ağırlaşa bilər. \\ gundelik-baki \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|