Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                 

Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası” - İTTİHAM
Tarix: 4-02-2019, 10:43 | Çap et
Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası”
“Bas düyməni, gör işləyir? Heç monitor açılmır ki, ana səhifədə nə yazıldığını görəsən. Əvvəllər monitor yalandan da olsa göstərirdi”. Metronun “Neftçilər” stansiyası yaxınlığındakı avtobus dayanacağında 30 saylı marşrut avtobusu gözləyən sərnişin Kamil burada quraşdırılan interval monitorunun durumundan danışarkən belə deyir.

Onun sözlərinə görə, indiyə qədər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılmış bu monitorlar işinə yaramayıb:

“Hər gün 30 nömrəli marşrutdan istifadə eləyirəm. Hələ bir dəfə bu aparatın düyməsinə toxunanda görməmişəm ki, avtobusun hansı ərazidə olduğunu, nə vaxt dayanacağa çatacağını göstərsin”.

Nüsrət isə Bakıxanov qəsəbəsi, Komsomol dairəsində 49 saylı marşrutu gözləyir. Onunla da söhbətimizdən aydın olur ki, sözügedən qurğu sərnişinlərə fayda verməyib: “Bu qədər pul xərcləndi, guya nəqliyyat intellektual idarə olunacaqdı. Amma hanı? Nə intellektual, başdan xarab bir aparatdır, əlini vur, heç nə göstərmir. Guya şəhərdə tıxacın yüngülləşməsinə səbəb olacaqdı, ictimai nəqliyyatda nizam-intizam olacaqdı, sərnişin avtobusun haçan gələcəyini biləcəkdi. Məsələn, Avropada belədir. Bizdə işləmədi, çox dayanacaqlarda bu monitorlar quraşdırılsa da, lazımsız əşyaya çevrilib”.

“O aparatların başı əvvəldən xarabdır”

“O aparatların başı əvvəldən xarabdır, heç bir intellektuallığı, çoxbilmişliyi yoxdur. Gör neçə ildir ki, dayanacaqlarda həmin monitorlar quraşdırılıb, soruşun, görün hansı sərnişin avtobus gözləyəndə ordakı qrafikə, intervala baxır?”, - deyə şəhər sakini Vahid ironik şəkildə giley edir.

Doğrudan da, şəhərin mərkəzində və ətraf ərazilərində dayanacaqlarda quraşdırılmış bu monitorlar fəaliyyət göstərmirsə, o zaman NİİM hansı funksiyanı yerinə yetirir?

Axı paytaxtın ictimai nəqliyyatından heç bir intellektual idarəetmədən söhbət gedə bilməz. Hər hansı sərnişin xatırlamır ki, mindiyi avtobusun hansı intervalla işlədiyini, neçə saniyəyə dayanacaqda olacağını həmin monitorlardan öyrənib.

Ona görə dövlət vəsaitinin havaya sovrulduğunu, bu qurumun isə heç bir iş görmədiyini əminliklə söyləmək olar.

Bu sistem 2007-ci ildə yaradılıb. Artıq 12 il ərzində bu struktur təkmilləşməli, şəhərin ictimai nəqliyyat sistemi intellektuallaşmalıydı.

Sanki qurum qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud deyil. Qurumun internet resursları da aktiv fəaliyyət göstərmir.

Əslində, çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi, çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu.

Kiyevdə 30 milyona, Bakıda isə...

Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən 100 milyon manat vəsait ayrılmışdı. O zamankı nəqliyyat naziri Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi.

O, bütün ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı.

Dayanacaqlarda quraşdırılan və hərəsinin dəyəri az qala 10 min dollar olan monitorların vəziyyəti göz qabağındadır və ümumilikdə 100 milyonun necə göyə sovrulduğu göz önündədir.

Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur tamamilə sıradan çıxıb.

Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə 100 milyon xərclənməsinin heç bir məntiqi izahı yoxdur.

Sadəcə, vaxtilə büdcə pullarını talayan sabiq nazir Z.Məmmədovun növbəti “intellektual korrupsiyası”na görə bu layihə batıb, ayağa qaldırmaq mümkün olmur.

Rəsmi məlumata görə, bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir. Hətta qurumun Bakı Nəqliyyat Agentliyinin balanasına verilməsi də nəyisə dəyişə bilmədi.

BNA-nın mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, monitorların işləməməsinin bir neçə səbəbi var:

“Bildiyiniz kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan bu monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız işlərin aparılması olub.

Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər optik naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir. Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində NİİM-in fəaliyyətinin təkmilləşdirilməsi dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi istiqamətində mühüm işlər görüb.

Bununla bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyatı qurumları ilə də sıx əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir.

Müəyyən bir vaxtdan sonra dayanacaqlarda yenidən informasiya tabloları sərnişinlərimizə xidmət göstərəcək.

Çətin proses olsa da agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsinlər".
“Yeni Müsavat










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru