Supernazir Ziya Məmmədovun kartlarını “koda salıb” - GƏLİŞMƏ
Tarix: 7-04-2018, 10:18 | Çap et
![Supernazir Ziya Məmmədovun kartlarını “koda salıb” Supernazir Ziya Məmmədovun kartlarını “koda salıb”](/uploads/posts/2018-04/thumbs/1523081888_0001.jpg) Bakı marşrutlarında kart sisteminin tətbiqinə hələ keçmiş nəqliyyat naziri Ziya Məmmədovun guruldayan vaxtlarında başlanacağı deyilirdi.
Ay ötdü, il keçdi, Məmmədovların erası bitdi, ancaq şəhərin ictimai nəqliyyatının kartlaşdırılması prosesi bitmədi ki, bitmədi…
İndi yalnız “Baku bus” avtobuslarında kart sistemi işləkdir, digər marşrut xətləri isə hələ də nağd gediş haqqı ödəməklə fəaliyyət göstərirlər.
Tək-tük marşrut xətləri var ki – 288, 65 və s. onlarda kartdan istifadə olunur. Amma Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra bu istiqamətdə heç bir addım atılmayıb.
Nazir Ramin Quluzadə nəqliyyat sektorunun yenilənməsi, marşrut xətlərinin tamamilə kart sisteminə keçidi ilə bağlı hər hansı tapşırıqlar verməyib.
Odur ki, Bakıda hələ də “20 qəpiyini ver, düş” prinsipi işləyir. Sürücülər isə deyirlər ki, kart sisteminə keçid yaxın vaxtlarda baş tutmayacaq. Səbəb vahid proqramın olmamasıdır.
Nazirlik ilk növbədə sürücülərin əmək haqları məsələsini hökumət səviyyəsində həll etməlidir, sonra avtobuslara quraşdırılan cihazlar işə düşməlidir.
Hazırda avtobuslarda kartlar üçün cihazlar var, amma heç biri işləmir. Belə desək, supernazir R.Quluzadə Z.Məmədovun kartlarını “koda salıb”.
***
49 nömrəli marşrutun şoferi deyir ki, kart sisteminin tətbiqinə bir şərtlə razıdır: “Mənə yaxşı maaş versinlər, onda işləyərəm. Heç olmasa günə 40-45 manat qazancım olmalıdır.
Gecə-gündüz bilmədən işləyirik. İndiki vəziyyətdə kart söhbəti real deyil. Bizim maaşlarımızı vermək üçün vahid məblıəğ müəyyənləşməlidir”.
18 nömrəli marşrut şoferi bildirir ki, hazırda gündəlik plan verilməsində dərəbəylikdir: “Marşrut xəttinin sahibi istədiyi məbləği qoyur.
Ona görə də yeyinti, əlavə qazanc imkanları burda çoxdur. Kart sisteminə keçid olsa, xətt sahibi vergi ödənişi, gündəlik planda dəqiq olmalıdır. Yəni, bu dəqiqə heç kəsə belə işləmək sərf eləmir”.
Sərnişinlər isə kart sisteminin birmənalı olaraq tərəfdarıdırlar. Onların sözlərinə görə, dayanacaqlar ödəmə aparatlarının sayı artırılmalıdır.
Sərnişinlər əlavə edirlər ki, intervalı göstərən monitorlar düzgün işləməlidir, avtobuslar təzələnməlidir, basabasa son qoyulmalıdır, səliqə-sahman yaradılmalıdır, kart sisteminə başlanmalıdır.
Bundan əlavə, avtobuslar üçün şəhərdə ayrıca zolaqlar olmalıdır, paytaxt sakinlərinin gündəlik işə gedib-gəlməsi nəzərə alınaraq elektron mərkəzdən tıxaclar olan ərazilər haqda sürücülərə tez-tez məlumat verilməli, alternativ yollar göstərilməlidir.
Ümumilikdə Bakı Nəqliyyat Agentliyi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin işi genişləndirilməlidir. Lakin sonuncusu elə Z.Məmmədovun dövründə intellektuallığını itirib, yeni nazir isə… \\AzEuroNews.com\\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
|