Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                 

“Aqrolizinq” aqrar istehsalçıların başına bəla olub - Qurumda qaranlıq işlər yenidən vüsət alıb
Tarix: 29-03-2018, 10:39 | Çap et
“Aqrolizinq” aqrar istehsalçıların başına bəla olub
Kənd təsərrüfatının inkişafı ölkənin qeyri-neft sektorunun dirçəldilməsi baxımından əsas prioritetlərdən biridir. Bu sahəyə dövlət dəstəyi getdikcə artırılır. Lakin təəssüflər olsun ki, ayrılan vəsaitlər hesabına dövlətin nəzərdə tutduğu dəstək heç də tam olaraq aqrar istehsalçılara çatdırılmır. Uzun illərdir həm əkinlərə, motor yağları və gübrəyə görə ödənilən vəsaitlər, həm də güzəştlə veriləsi texnika ilə bağlı çox ciddi korrupsiya faktları aşkarlanıb.
Fermerlərə “yoxdur” deyilən gübrə əlaltından satılır

Bu faktlar üzündən Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi işindən alınıb, onadək rayon şöbəsində ciddi pozuntularla bağlı cinayət işləri qaldırılıb. Lakin son vaxtlar rayonlardan gələn şikayətlər göstərir ki, bu qurumda vəziyyət ciddi şəkildə dəyişməyib. Məsələn, Tərtər-Ağcabədi bölgəsindən olan fermerlərin verdiyi məlumata görə, martın 15-20-si aralığında taxıl əkinlərinə verilməli olan azot gübrəsini “Aqrolizinq”dən ala bilməyiblər. Qurumun yerli şöbəsinə edilən müraciətlərə hələ gübrə gətirilmədiyi deyilsə də, bir çox yerlərlə həmin gübrənin 10-12 manata satıldığı məlum olub. Redaksiyamıza müraciət edən fermerlər bu qiymətə lazım olan qədər gübrəni almağa imkanlarının olmadığını deyiblər: “Martın 15-20 arasında azot gübrəsi verilməsə taxılda məhsuldarlıq minimuma düşəcək. Bilmirik neynəyək...”

Onu da qeyd edək ki, bir neçə həftə əvvəl nazirlikdə keçirdiyi geniş iclasda kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırsa, bu məbləğ 150 manatadək artırılacaq. Fermerlərin şikayətindən aydın olur ki, güzəştin məbləğinin artmasından kənd təsərrüfatı istehsalçıları demək olar ki, heç nə əldə etməyəcəklər: “Aqrolizinq”də strukturlaşmış şəbəkə buna imkan verməyəcək.

İqtisadçı Rövşən Ağayevin virtualaz.org-a dediyinə görə, “Aqrolizinq” yalnız gübrə satışında deyil, texnika satışında da qaranlıq işlərə əl atır: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına avadanlıq güzəştli şərtlərlə təqdim olunsa da, bu, heç də pulsuz deyil. Bu, biznesin növlərindən biridir. Sovet İttifaqının tarixi göstərdi ki, dövlət bizneslə rentabelli məşğul olmaq iqtidarında deyil. Xaricdə aqrolizinqlə dövlətin dəstəyi ilə kooperativlər məşğul olur. Bizim ”Aqrolizinq ASC" isə özünü o qədər də yaxşı tərəfdən göstərməyib. Dövlətin “Aqrolizinq”ə ayırdığı pullar bəzi hallarda onun rəhbərliyinin varlanmasına gedir. Fermerlərə texnikanın “otkat” (təqdim edilən pul vəsaitinin bir hissəsinin borcalanın hesabına mənimsənilməsi-red.) şərtilə verilməsi təcrübəsi çiçəklənir. Bu yaxınlarda fermerlərdən “otkat”a görə “Aqrolizinq”in Ağcabədi şöbəsinin rəhbəri cinayət məsuliyyətinə cəlb edilib. “Aqrolizinq”in rəhbərlərinin ciblərinin doldurulmasına xidmət edən daha bir mənbə isə aqrotexnikanın fermerlərə aşağı qiymətə rüşvətlə satışıdır.
“Aqrolizinq” sistemində korrupsiyaya ictimai nəzarətin büsbütün yoxluğu şərait yaradır. İctimai təşkilatlar fermerlər arasında kənd təsərrüfatı texnikasının bölüşdürülməsi prosesinə buraxılmırlar".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı bildirib: “İctimai təşkilatların iştirakı nəyə lazımdır ki? Onlarsız da keçinərikE”

“Dəfələrlə ”Aqrolizinq"ə müraciət etmişəm ki, mənə istifadə üçün kənd təsərrüfatı texnikası verilsin. ASC-nin təmsilçiləri elə qiymətlər deyirlər ki, adi bankdan kredit götürərək, bu texnikanı özəl şirkətlərdən almaq daha çox sərf edir. “Aqrolizinq” texnikanı “öz” fermerlərinə verməyi üstün tutur", - bunu isə fermer Şöhrət Məmmədov deyib.

Onu da qeyd edək ki, keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Bunun üçün dövlət büdcəsindən on milyonlarla manat vəsait sərf olunub. Dövlət başçısının fevralın 23-də imzaladığı sərəncamla kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, ilk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi nəzərdə tutulur. Artıq pambıqyığan kombaynların alınması üçün müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq.

Bundan əlavə, Gəncə Avtomobil Zavodu ilə 1000-dən çox traktorun alınması ilə bağlı müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, dövlət lazım olan vəsaiti vaxtında ayırır ki, kənd təsərrüfatı istehsalçılarının texnikaya, gübrəyə olan ehtiyacı vaxtında qarşılansın. Lakin “Aqrolizinq” rəhbərliyi nə gətirilən texnikanın, nə də gübrələrin istehsalçılara vaxtında və ədalətlə çatdırılmasına imkan vermir. Bu isə yerlərdə istehsalçıların narazılığına səbəb olur.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru