“Qonşularım olmasa, acından ölərik” - Zaqataladan MÜRACİƏT
Tarix: 25-11-2022, 09:58 | Çap et
 “Gəlib baxdılar, dedilər, pay torpağınız, fındıq tingləriniz var. Dedim, onlar təzə əkilib, hələ heç bar verməyib. Üstəlik, o ağacları suvarmağa su da yoxdur. Əkmişik, quruyub əldən gedir. Getdilər, bir müddətdən sonra ünvanlı sosial yardım təyin edilməsindən imtina cavabı göndərdilər”.
DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Zaqatalanın Bəhmətli kənd sakini İlahə Həsənova deyir.
“Qonşularım olmasa, acından ölərik”
Ailə başçısı Rəşad Hüseynov xəstəlik səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir. İlahə xanım həm ona, həm də daim sağlamlıqlarında problemlər olan övladlarına baxır deyə, o da işləyə bilmir. Nəticədə ailə maddi böhran keçirir, dolanışığa qonşular yardımçı olur. İlahə xanım deyir, nə yaxşı ki, onlar var: “Qonşularım olmasa, acından ölərik. Hamı bir-birini dolandırır. Dövlət baba əlini qoyub əlinin üstünə, tamaşa edir. Gözləyir ki, qonşunun, qohumun çörəyi ilə, geyimi ilə böyüyən iki övladım 18 yaşına çatsın, gəlib, əlimdən alıb aparıb, odun içərsinə atsın, sonra da gətirib tabutunu qapıya qoyub, qaçsın”.
İlahə xanım imkan tapan kimi Zaqatalanın fındıq sovxozlarına gedir, fındıq toplayır. Ancaq bu da həmişə olmur: “Mövsümi işdir, bir ay, iki ay… Qazanc da aylıq 150-180 manat arası olur. Pulu ordan alıb yığılan işığın, odunun borcunu qaytarıram. Daimi işləmək imkanım yoxdur, həyat yoldaşım sərbəst hərəkət edə bilmir, uşaqlarsa biri 6, o biri 11-ci sinifdədir.
“Sənəd toplamaqdan cana doymuşam”
İlahə xanımın sözlərinə görə, həyat yoldaşının xəstəlik sənədlərini və lazım olan digər sənədləri təqdim etsələr də, sənədlərin müddətinin ötdüyünü səbəb gətirərək özlərinə qaytarıblar: “Sənədi toplayırsan, o qədər ləngidirlər ki, sonra da atırlar üstünə ki, vaxtı keçib, get təzələ… Sonra yenə aylarla o həkimdən keç, bu həkimdən keç, zülmlə sənəd toplamağa başlayırsan, nəticədə yenə də eyni şey baş verir”.
Ailə ünvanlı sosial yardım üçün də müraciət edib. Oxşar münasibətlə üzləşib. Xanımın deməsinə görə, hər dəfə bir ətək sənəd toplayıb, nəticədə həyat yoldaşının adına olan pay torpağı və üzərindəki fındıq tingləri səbəb gətirilərək ünvanlı sosial yardımın təyin olunmasından imtina cavabı verilib: “O pay torpağının bizə heç bir faydası yoxdur. Ora heç su da gedib çıxmır. O torpaqda heç vaxt əkin işləri aparılmayıb, dediyim kimi, elə bir yerdədir ki, su yoxdur. Bircə bu yaxınlarda tinglər əkdik, onlar da quruyub əldən çıxır”.
İlahə Həsənova həm həyat yoldaşının əlillik təyinatı, həm də ünvanlı sosial yardım üçün sənəd toplamaqdan və hər dəfə imtina cavabı almaqdan cana doyduğunu deyir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Meydan TV-yə bildirilib ki, Rəşad Hüseynovun sənədləri qəbul edilib və qiymətləndirmə aparılır. Nəticəsi barədə vətəndaşa məlumat veriləcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|