ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                 

Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR - Bu faktlar ARAŞDIRILARSA...
Tarix: 14-11-2022, 16:50 | Çap et
Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR
Azərbaycanda dövlət qurumlarında, yaxud dövlətə məxsus şirkətlərdə vəzifə tutan şəxslərin ictimai vəzifələrdə də təmsil olunması adi haldır. Lakin elə hallar var ki, ikili vəzifə tutan şəxs maraqlar konfliktinin obyektinə çevrilir. Belə ikili vəzifə tutan şəxslərdən biri də dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayevdir. M.Musayev yüz faiz dövlət mülkiyyəti olan QSC ilə yanaşı, Azərbaycan Sahibkarları Milli Konfederasiyasına(ASK) da rəhbərlik edir.

M.Musayevin hansı əsasla sahibkarların hüquqlarını ilk növbədə hökumət qurumları qarşısında müdafiə edən ictimai birliyə rəhbərlik etməsi anlaşılmır.

Öncə gəlin ASK-nın internet saytında birlik haqqında məlumata diqqət yetirək: “ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

-Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.

-Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır”.

İndi bir anlığa təsəvvür edək ki, ASK Azərbaycan hökumətinin Baş Kollektiv Sazişdə təklif etdiyi müddəalarla razılaşmır, onları sahibkarların-işəgötürənlərin mənafeyinə zərbə kimi qiymətləndirir və sazişi imzalamaqdan imtina edir. Bu zaman nə baş verəcək: Azərbaycan hökuməti ASK prezidentinin həssas nöqtəsindən istifadə edərək, “Aqrarkredit”dəki vəzifəsindən ona təzyiq üçün yararlanacaq. Yəni M.Musayevin ASK-yə rəhbərliyi qurumun müstəqilliyinə birbaşa təhdid olmaqla, çox ciddi maraqlar konflikti yaradır.

Çox maraqlıdır ki, M.Musayev həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü kimi onun idarəçiliyində əsas söz sahiblərindən biridir. Bu qurumun da yaradılmasında əsas məqsədin nə olduğu internet saytında açıq qeyd edilib: “Azərbaycan Banklar Assisasiyasının yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur”.

Yenə sual yaranır ki, M.Musayev bankların korporativ maraqlarını “dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında” necə müdafiə edəcək ki, özü bilavasitə dövlət təşkilatına rəhbərlik edir?

Bəs M.Musayevə eyni vaxtda iki kresloda oturmağa, birinə də kəmənd atmağa hansı üstünlükləri imkan verir? Necə olur ki, o, dövlətə məxsus təşkilata rəhbərlik etdiyi halda sahibkar kimi də çıxış edə bilir? Əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur: öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil. Düzdür, əsas fəaliyyəti bank sahəsi ilə bağlıdır – Sovet hakimiyyətinin son illərindən başlayaraq indiyədək bank-maliyyə sektorunda “AqrarKredit”dəkindən əlavə müxtəlif vəzifələr daşıyıb. Bura onun təşəbbüsü ilə Türkiyənin “Ziraat Bankası” ilə birgə yaradıldığı deyilən “Azər-Türk-Bank” Müşahidə Şurasının rəhbərliyindən tutmuş, Beynəlxalq Bankın İdarə Heyətinin üzvlüyünə qədər çoxsaylı vəzifələr aiddir. Onun bank sahəsindəki “Günəşinin” parlamasında Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığının böyük rol oynadığı bildirilir. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab olunur. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.

M.Musayevin bank çevrələrində “Şapka Mamed” adı ilə çağırıldığı da heç kimə sirr deyil. Deyilənə görə, bu adı o, vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. O, həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. M.Musayevin belə qəddar davranışları ilə bağlı ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunmaqdadır. Lakin onunla bağlı məhkəmələrə edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır.

Məlumdur ki, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “AqrarKredit”in idarəçiliyinə verilib – sağlamlaşdırılıb özəlləşməyə çıxarılması üçün. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “AqrarKredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı açıqlama verilmir. Məlum olan budur ki, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə “dəyərsizləşib”. 51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində əksini tapır.

Hazırda “AqrarKredit”in idarəetməsində ABB-dən götürülən aktivlərdən “Xırdalan Metal Konstruksiya” MMC, “Bakı Prefabrik” MMC, “Balaxanı Metal Məmulatları” MMC, “Qaradağ Mərmər Qranit” MMC, “Deutsche Fassaden Technologien” MMC, “Ağstafa Tekstil” MMC, “Mingəçevir Maşınqayırma Zavodu” ASC, “Accopen” MMC, “Abşeron Kərpic” MMC qalıb. QSC-nin İnternet resursunda bu müəssisələr ağızdolusu təriflənir, istehsal etdikləri məhsulların yüksək keyfiyyətə malik olduğu qeyd edilir. Bundan əvvəlki təcrübə deməyə əsas verir ki, sabah həmin müəssisələrin əl dəyişməsi, yaxud özəlləşməyə çıxarılması halında bazar dəyəri qat-qat aşağı “olacaq”.

Hazırda “AqrarKredit” aqrar istehsalçılara ən bahalı kreditləri təklif edən qurumdur. Onun dövlətin güzəştli vəsaitlərindən kənarda fermerlərə təklif etdiyi kreditlər üçün faiz dərəcəsi 18 faizdən başlayır.

Yeri gəlmişkən, M.Musayev özü bir neçə vəzifəni tutmaqla yanaşı, yaxın adamlarını da “işsiz” qoymur. Belə ki, bu ilin iyununda onun kürəkəni - Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. R.Orucov bundan əvvəl Mərkəzi Bankın Baş direktoru idi. Bu vəzifəyə onun qayınatasının E.Rüstəmovla yaxın dostluğu nəticəsində gətirildiyi yəqin ki, hamıya məlumdur...

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru