Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində nələr baş verir..? - İLGİNC İDDİALAR...
Tarix: 2-11-2022, 08:49 | Çap et
 Müasir dövləti ədalətli məhkəmə sistemi olmadan təsəvvür etmək mümkün deyil. Cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında əbəs yerə demədi ki, bura “Ədalət sarayı” olmalıdır. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində ciddi problemlər var. Hətta Milli Məclisin tribunasından deputatlardan biri “Məhkəmə-hüquq sistemimiz fəlakətli vəziyyətdədir” demişdir. Bəli, məhkəmə-hüquq sistemimizin acınaqcaqlı durumu hər kəsə bəllidir. Məlumat üçün onu da qeyd edək ki, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün ilk öncə ölkədə ədalətli məhkəmə ekspertizası olmalıdır. Bu aksilomadır. Bu olmadan ədalətli məhkəmə qərarından danışmaq mənasızdır. Məhkəmədən öncə mütləq və mütləq ədalətli araşdırma və ekspertiza aparılmalıdır. Bunun üçün ekspertin vicdanı, dürüstülüyü ilə bərabər müasir kriminalistik-texniki avadanlıqlar olmalıdır. Bu sahə xüsusi bilik tələb edir. Yaxşı yadımdadır ki, illər öncə Gündəlik-Bakıya daxil olan bir ekspert materialı bizdə heyrət doğurmuşdu. Belə ki, imzanın saxta, yoxsa həqiqi olması ilə bağlı Ukraynada verilən 10 səhifəlik ekspert rəyinə baxanda məəttəl qaldıq. Nə qədər elmi əsaslandırma, nə qədər mükəmməl, savadlı rəy. Etiraf etməliyik ki, bizdə olsaydı 1-2 səhifə cızma-qara ilə necə gəldi rəy verərdilər. Sözün qısası, məhkəmə-hüquq sistemini ekspertizasız təsəvvür etmək mümkün deyil. Çox təəssüf ki, Azərbaycanda normal məhkəmə ekspertizasını təsəvvür etmək belə düzgün sayılmaz. Bu gün az qala hər nazirliyin özünün ekspertiza mərkəzi var. Ədliyyə Nazirliyinin, Müdafiə Nazrliyinin və digər qurumların. Bizim bu yazının mövzusu isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyidir. Nəzərə almalıyıq ki, bütün məhkəmə araşdırmaları məhz Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi əsasında aparılır. Uzun illər bu Birliyin direktoru vəzifəsində Şakir Musayev adlı şəxs olub. Baş prokurorun o zamankı müavini Rüstəm Usubovla quda olan Şakir Musayev Ekspertiza Birliyini sözün həqiqi mənasında bazara çevirmişdi. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, Elspertiza Birliyinin hüquq-mühafizə orqanlarından, prokurorluqdan qəti asılacağı yoxdur, müstəqil qurumdur. Ancaq buna baxmayaraq Ekspertiza Birliyi həmişə kimlərinsə sifarişi ilə ekspert rəyi verib. Ad çəkmədən təkcə bir faktı qeyd edək. İri məmurlardan birinin, yaxud hansısa biznesmenin harın balası avtomobillə qəza törədərək vətəndaşı vurub öldürür. O zamankı Şakir Musayevin rəhbərlik etdiyi birlik ekspert rəyi verir ki, vətəndaş ürək tutmasından ölüb. Bütün bunlar hamısı külli miqdarda marağın, mənfəətin hesabına baş verirdi. Sözün qısası, 2016-cı ildə Şakir Musayevi əməllərinə görə, vəzifədən azad etdilər. Və Allah qoymasa, Şakir Musayevin müavini, onun “biznes şəriki” Ədalət Həsənov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə direktor təyin edildi. Bir soruşan olmadı ki, Ədalət Həsənov uzun illər Ekspertiza Birliyində hansı əməllərə əl atmayıb... Əslində Şakir Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor müavini Ədalət Həsənov məsuliyyətə cəlb olunmalı idi. Amma direktor təyin olundu. Məlumat üçün onu da qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin hər rayonda şöbəsi və rəisi var. Biz cənab Ədalət Həsənovdan soruşuruq ki, Birliyinizin Beyləqan şöbəsinin rəisini vətəndaş niyə bıçaqlamışdı..? Rayon şöbələrinin rəislərindən hər ay nə qədər pul tələb olunur..? 40 ilin həkimi, Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanov deyir ki, nəvəmin ölümü ilə bağlı mən ədalətsiz Ədalət Həsənova heç nə başa sala bilmədim, indi görün yazıq sıravi vətəndaşların başına bu adam hansı oyunları açır..? Sözün qısası, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə ən müxtəlif instansiyalara müraciətlər davam edir. Deməli, problemdən yeganə çıxış yolu, professor Ədalət Həsənovun vəzifəsindən uzaqlaşdırılmasıdır. P.S. Bizdə olan məlumata görə, Ədalət Həsənov həbsdən yayınmaq üçün özünə müxtəlif kağız-kuğuzlar düzəldib və evinin ən etibarlı yerində gizlədərək deyib ki, məni həbs etsələr bu kağızları vəkilimə verərsiniz. Bu haqda sonra... //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|