Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                 

ARİF HACILI BİRGƏ AKSİYA TƏRƏFDARIDIR
Tarix: 8-04-2013, 11:25 | Çap et
ARİF HACILI BİRGƏ AKSİYA TƏRƏFDARIDIR
"BİRGƏ AKSİYALARIN TƏSİRİ ÇOX OLA BİLƏR"

Son iki ildə ard-arda etiraz aksiyaları keçirən İctimai Palatada kütləvi aksiyalar məsələsi hələlik müzakirə səviyyəsindədir. Görəsən, həm demokratik seçki, həm də digər prioritet məsələlərlə bağlı aksiyalara nə zamana start veriləcək? Bununla bağlı suallarımızı cavablandıran Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri ölkədə insanların fundamental haqlarından olan sərbəst toplaşma azadlığı hüququnun pozulmasıdır:
- Seçki ilində bu məsələ daha da aktuallaşır. Ona görə də yəqin ki, sərbəst toplaşma hüququnun təmin olunması istiqamətində hərəkat yaxın müddətdə başlamalıdır. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Hesab edirəm ki, kütləvi etiraz aksiyalarına start verilməsi ilə bağlı aprel ayının sonuna qədər müvafiq qərarlar qəbul ediləcək.
- Bir müddət öncə təmsilçisi olduğunuz İctimai Palatada kütləvi aksiyaların keçirilməsi ilə bağlı fərqli mövqelər var idi. Hazırda da aksiyaların keçirilməsinə müxalif mövqedə olanlar varmı?
- Mənə elə gəlir ki, seçkilərə altı ay qalmış bir müddətdə, siyasi həbslərin əksəriyyətinin motivi məhz sərbəst toplaşmaq azadlığı hüququ olduğu bir məqamda, aksiyaların keçirilməsinin tez olduğunu bildirmək bir qədər çətin olacaq. Bu mənada, hesab edirəm ki, fərqli fikirlər olsa da, əksəriyyət kütləvi aksiyaların aktual olması mövqeyini ifadə edəcək.
- Bütün müxalifət qüvvələrinin birgə kütləvi aksiyalar təşkil etməsi necə, mümkündürmü?
- Hakimiyyət tərəfindən müxalifətin resurslarının məhdudlaşdırıldığı indiki məqamda ümummüxalifət aksiyalarının keçirilməsi məsələsinin aktuallığı daha da artır. Bu baxımdan, ümummüxalifət aksiyalarının keçirilməsinə müsbət yanaşıram. Mənə elə gəlir ki, birgə aksiyaların təsiri də əhəmiyyətli ola bilər.
- Məlumdur ki, müxalifət qüvvələri arasında fikir ayrılıqları var və hər hansı müstəvidə bir arada olmaq problemdir. Sizcə, mövqe fərqlilikləri birgə aksiyalara mane olmaz ki?
- Azərbaycanın milli demokratik qüvvələri, həm ideoloji, həm siyasi dünya görüşünə görə bizə yaxın olan siyasi qüvvələrlə bu tipli məsələlərdə əməkdaşlığımız mümkündür. Kütləvi etiraz aksiyalarının motivi və tələbi bəllidir. Sərbəst toplaşmaq azadlığının təmini, ölkədə demokratik prinsiplərin bərəqrar olması, siyasi məhbusların azadlığa buraxılması və bu kimi tələblər irəli sürən milli demokratik qüvvələrlə birgə müvarizə aparmaqda hər hansı problem yoxdur.
- Arif bəy, prezident seçkiləri yaxınlaşdıqca, namizədin müəyyənləşməsi daha da aktuallaşır. Ancaq hələ də müxalif düşərgə qəti mövqeyə gələ bilməyib. Ќecə düşünürsünüz, qarşıdakı dövrdə bununla bağlı hər hansı problem yaranmayacaq?
- Bu istiqamətdə müzakirələr gedir. Düşünürəm ki, seçki yaxınlaşdıqca, xüsusilə, seçki kampaniyası dövründə müxalifətin real namizədinin kim olduğu daha aydın şəkildə görünəcək. Ancaq müxalifətin vahid namizədi olmaya da bilər. Əgər müxalifət partiyaları vahid namizəd müəyyənləşdirə bilməyəcəksə, Azərbaycanın protest elektoratı müxalifətin vahid namizədini 2003-cü ildə olduğu kimi, 2013-cü ildə də müəyyən edə biləcək.
- Yəqin ki, Siz 2003-ü xatırlatmaqla, bu namizədin İsa Qəmbər olacağını düşünürsünüz?
- Mən tam əminliklə deyirəm ki, 2013-cü il prezident seçkilərində protest elektoratın namizədi İsa Qəmbər olacaq. Bunu təkcə Müsavat Partiyasının rəhbər şəxsi kimi yox, həm də seçki mütəxəssisi kimi deyirəm.
- Axı, 2003-lə 2013 arasında xeyli müddət var və kifayət qədər dəyişikliklər baş verib...
- Təbii ki, bu müddət ərzində çox dəyişikliklər baş verib. Həmin dövr ərzində avtoritar rejim daha sərt mövqelərə keçib, müxalifətin müəyyən resursları məhdudlaşdırılıb, demokratik institutlara təzyiqlər daha da artırılıb. Ancaq Azərbaycan cəmiyyətində hakimiyyətə qarşı olan insanların sayı daha da çoxalıb. Bununla yanaşı, Azərbaycan hakimiyyəti həm ölkə daxilində, həm ölkə xaricində özünün dayaqlarını itirib. Müxalifətin xalqdan səs almaq imkanları bir qədər də artıb. Şəxsən mən düşünürəm ki, ən azı 2013-cü il prezident seçkilərində Azərbaycan cəmiyyətinin daha geniş təbəqələrini öz ətrafında toplamaq imkanı olan siyasi lider İsa Qəmbərdir.
- İctimai Palatanın seçkiyə vahid namizədlə getmə məsələsi hələ də açıq qalır. 5-6 ay ərzində bu məsələdə ortaq məxrəcə gələ biləcəksiniz?
- Mən bu məsələlərə nikbin yanaşıram. Hesab edirəm ki, seçkilər yaxınlaşdıqca, daha real namizədin kim olduğu aydın şəkildə göründükcə, bu suallara cavab vermək və vahid namizədin müəyyənləşməsi ilə bağlı qərarların qəbulu asan olacaq. Düşünürəm ki, 2013-cü il prezident seçkilərində İctimai Palatanın vahid namizədinin olması mümkündür.
- Siz İsa Qəmbərin protest elektoratın əsas namizədi olacağını dediyiniz kimi, AXCP funksionerləri də eyni fikirləri Əli Kərimli barəsində söyləyirlər. Bu ziddiyyətli münasibətlər fonunda vahid güc mərkəzinə çevrilmək necə mümkün ola bilər?
- Bunlara normal yanaşmaq lazımdır. Əgər fərqli fikirlər olmasaydı, çoxpartiyalı sistem də mövcud olmazdı. Yalnız avtoritar rejimlərdə fərqli fikirlər olmur, yaxud fərqli fikirlərin ortalığa çıxmasına imkan verilmir. Ancaq İctimai Palata da, Müsavat Partiyası da, AXCP də demokratik qüvvə olduğu üçün burada müxtəlif fikirlərin olması təbiidir. Hesab edirəm ki, fərqli fikirlər olsa da, həlledici rolu cəmiyyətin əksəriyyətinin fikri oynayacaq.
- Bu günlərdə YAP-çı deputat Siyavuş Ќovruzov açıqlama verərək bildirib ki, Müsavat Partiyasının daxilində İsa Qəmbərin namizəd olması birmənalı qarşılanmır və bu qərar ümumi partiyanın yox, sadəcə, Divanın qərarıdır...
- Bu, Siyavuş Ќovruzovun növbəti yanlışlıqlarından biridir. İsa Qəmbərin prezidentliyə namizədliyi Müsavat Partiyası Məclisinin toplantısında yekdilliklə irəli sürülüb. Düşünürəm ki, hətta qurultay keçirilsə və ya bütövlükdə partiya sturukturlarında bu məsələ ilə əlaqədar referendum olsa, İsa Qəmbərin prezidentliyə namizədliyinin tərəfdarlarının sayı 90 faizdən çox olar.
- Bəs, yerdə qalan 10 faiz niyə tərəddüd edir?
- Heç bir tərəddüd yoxdur. Sadəcə olaraq, seçkilərin saxtalaşdırılacağından narahat olaraq seçkidə iştirak edib-etməmək məsələsində fərqli mövqedə olanlar var. Ona görə də qəti şəkildə deyə bilərəm ki, Müsavat Partiyasında İsa Qəmbərdən başqa prezidentliyə namizəd yoxdur. Ќə belə bir iddialı adam var, nə də başqa bir adamın namizədliyini irəli sürən. Bu mənada, Siyavuş Ќovruzov tamamilə yanlış mövqedədir.
- Neçə müddətdir eks-spiker Rəsul Quliyevlə gərgin mübahisələriniz davam edir. Bu qarşılıqlı ittihamların kökündə nə dayanır?
- Mənə elə gəlir ki, sualı düzgün ünvanlamamısınız. Bu sualı Rəsul Quliyevə vermək lazımdır. Çünki o, son aylar ərzində, xüsusilə də İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürüldükdən sonra dəfələrlə Müsavat Partiyasının və İsa Qəmbərin ünvanına heç indiki yaşına uyğun olmayan fikirlər səsləndirib, bir çox yanlışlıqlara yol vermişdi. Ќəhayət, biz ötən həftə ona cavab vermək məcburiyyətində qaldıq. Əslində, bizim Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan siyasi partiyalarla, siyasətçilərlə hər hansı problemimiz yoxdur. Düzü, Rəsul Quliyevin bu cür davranışı şəxsən məni maraqlandırmır. Hesab edirəm ki, 2005-ci il parlament seçkilərində onun yol verdiyi ağır səhvlərdən sonra Azərbaycan cəmiyyəti və demokratik qüvvələri çox böyük zərbə aldı. Onun səhvləri ucbatından həbs olunmuş insanlar hələ də həbsdən çıxmayıblar. Düşünürəm ki, 2005-ci il parlament seçkilərində Rəsul Quliyevin addımları nəticə etibarı ilə müxalifətə böyük zərbə vurdu. Ona görə də, bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur.
- ALP sədri Əvəz Temirxan isə mətbuata açıqlamasında deyib ki, 2003-cü ildəki seçkidə Rəsul Quliyevə görə İsa Qəmbərin hesabına müəyyən xal yazılıb...
- Əgər Əvəz Temirxan müəyyən xallar yazılmışdı desəydi, mən onun fikri ilə razılaşardım. Həqiqətən də Rəsul Quliyevin seçkilərə 10 gün qalmış İsa Qəmbəri müdafiə etməsi Azərbaycan cəmiyyətinə müxalifətin birliyi barədə bir mesaj idi. Sözsüz ki, bu mesajın müsbət təsirləri oldu. Sadəcə olaraq, Əvəz Temirxan bildirib ki, guya həmin dövrdə İsa Qəmbərin aldığı səslərin çoxu Rəsul Quliyevin hesabınadır. Eyni zamanda, bildirir ki, Lalə Şövkət o zaman seçkilərdə ikinci, ya üçüncü yerdə olub.
İndi onlar müttəfiqdirlər. Ona görə də onlara tövsiyyə edirəm ki, əgər hesab edirlərsə, 2003-cü ildə müxalifətin ən çox səs alan namizədi məhz Rəsul Quliyevin hesabına səs alıb, ondan sonrakı yeri tutan namizəd də yüksək nəticə qazanıb, onda budəfəki seçkilərdə birgə iştirak edib dediklərini təsdiqləyə bilərlər.
- Sizcə, onların belə bir imkanı varmı?
- Mən tövsiyyə edirəm, birləşsinlər, seçkiyə getsinlər və sübuta yetirsinlər ki, onların böyük səs almaq imkanları var. Onu deyə bilərəm ki, bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevlə müttəfiq olmaq niyyətimiz yoxdur.
- Arif bəy, hakimiyyət nümayəndələri qarşıdakı dövrdə müxalifət partiyaları və QHT-lərlə dialoqa başlayacaqlarını bildirirlər. Necə düşünürsünüz, bu dəfə səmimi dialoq baş tuta bilərmi?
- Hakimiyyətin səmimi dialoqa gedəcəyinə müsbət fikir bildirmək qeyri-mümkündür. Çünki hakimiyyət bir neçə aydan bir dialoqa hazır olduğunu, istənilən məsələləri müxalifətlə müzakirə etməkdən çəkinmədiyini bildirsə də, bu bəyanatlar yalnız bəyanat olaraq qalıb. Əksinə, dialoq əvəzinə müxalifətin üzərinə hücumlar olub, bir qisim siyasi məhbusları başqaları əvəz edib və s. Ona görə də hakimiyyətin müxalifətlə, yaxud cəmiyyətlə dialoqa hazır olduğunu deməsi imitasiyadan başqa bir şey deyil. Bu səbəbdən də budəfəki dialoqdan müsbət nəsə gözləməyə dəyməz.
\ "Reytinq" qəzeti \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru